Mediaxeberleri.az
    
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino

Son xəbərlər :
  • Respublika üzrə 11 ədəd modul tipli məktəb binalarının quraşdırılması işlərinin 5.6 milyon xərclənəcək
  • FHN strukturlarında Konstitusiya Günü ilə bağlı tədbirlər keçirildi
  • MN məlumat yaydı: Azərbaycan və Türkiyə arasında...
  • Azərbaycana yeni təlim təyyarələri gətiriləcək
  • Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bu imiş - Professordan izah
  • Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
  • Bakıda külək güclənəcək - Xəbərdarlıq
  • Baş Nazirdən Əli Əhmədovla bağlı QƏRAR
  • Aslan Fətullayev dəfn olundu - Foto
  • İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
  • “Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
  • Türkiyə bu ölkəyə 15 min əsgər göndərəcək?
  • “Mançester Yunayted” Maykl Karriki qovdu
  • Azərbaycanda taksilərlə bağlı gözlənilən qərar - 18 manat…
  • Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi - FOTO - YENİLƏNİB
  • Güclü yaddaş və sağlam damarlar üçün qaragilə yeyin
  • Məktəblərdə şagirdlərdən “mygov”, “Sima” qeydiyyatı niyə tələb olunur? – AÇIQLAMA
  • Bu şəxslərə şad xəbər: Elektrik xərclərinin yarısını dövlət ödəyəcək
  • Keçməyən öskürək və döş qəfəsində ağrıya diqqət!
  • Şəhriyar Məmmədyarov erməni şahmatçıya qalib gələ bilmədi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Azərbaycanın Trampdan gözləntiləri – TƏHLİL

  • Tarix: 25-01-2025, 13:49

Donald Trampın ABŞ-nin 47-ci prezidenti kimi and içməsi, bu mərasimdəki nitqi əsasən daxili problemlərə yönəlsə də,  qlobal təhlükəsizlik və beynəlxalq münasibətlərin gələcəyinə də vurğular idi.
Trampın ABŞ-nin “Qızıl dövrü”nün başlanmasını qeyd etməsi onun “Amerikanı bütün dünyada birinci yerə qoymaq” prioritetlərini icra etməsi deməkdir.
ABŞ-nin yeni dövrdəki strategiyası təbii ki, Azərbaycanın da diqqət mərkəzindədir. Bakı Vaşinqtonla Tramp administrasiyası dövründə səmərəli, qarşılıqlı hörmət və maraqların təmininə əsaslanan əlaqələr qurmaqda maraqlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin Donald Trampa ünvanladığı təbrik məktubunun xarakteri və məzmunu da Bakının Ağ Evdən konstruktiv istiqamətlərdəki gözləntilərini ifadə edir.
Trampın bəzi sərəncamlarına ümumi baxış 
Trampın Oval Ofisdəki kürsüsünə əyləşər-əyləşməz imzaladığı sərəncamlar ABŞ-nin daxili prioritetlərdə müdafiə və təhlükəsizlik siyasətinin güc vasitəsilə həyata keçiriləcəyini vurğulayır. Xüsusilə Meksika kartellərinin xarici terror təşkilatı kimi tanınması, ABŞ-nin cənub sərhədləri boyunca fövqəladə vəziyyət elan edilməsi, sərhədə qoşunların yerləşdirilməsi qərarı Trampın sərhəd təhlükəsizliyi planlarında uğurlu nəticə əldə etməyinə hesablanıb. Hərçənd ki, sərhəd təhlükəsizliyi planlarının uğur qazanması üçün milyardlarla dollar lazımdır və bu, bəlkə də heç yaxın 4 ildə həll olunmayacaq. 
İlk baxışda Trampın sərəncamlarındakı “daxili kataloq” ABŞ-ın öz prioritetlərinə cavab vermək üçün qlobal fəaliyyətini məhdudlaşdıracağı təəssüratları yarada bilərdi. 
Lakin Trampın nitqində Panama kanalının Çinin strategiyasını zəiflətmək məqsədilə geri alınması kimi elan etdiyi strategiya, ABŞ-nin Marsa ekspedisiya göndərməyə vurğular etməsi həmin təəssüratları xarici siyasət doktrinasına yönəldir.
Trampın nitqində ABŞ-nin müttəfiqləri və ya ittifaqlar haqqında heç bir söz yox idi. Rusiya-Ukrayna müharibəsindən də söz açılmayıb. Yaxın Şərqlə bağlı yeganə qeyd edilən müşahidə, andiçmə mərasimindən bir qədər əvvəl HƏMAS-ın bəzi israilli girovları azad etməsi olub.
Bununla belə, nitqdən sonra Trampın ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından, Paris İqlim Sazişindən çıxarmaq barədəki qərarları, Rusiyaya Ukraynadakı müharibəni dayandırmaq barədəki ultimatumu Vaşinqtonun beynəlxalq rəqabət arenasında fərqli siyasət izləyəcəyini söyləməyə əsas verir. 
Yəni, Trampın elan etdiyi prioritetlər:
- ABŞ-nin qlobal fəaliyyəti yenidən nəzərdən keçirdiyini nəzərdə tutur,
- Bununla paralel olaraq, ABŞ-nin beynəlxalq təhlükəsizlik və sabitliyin təminatçısı kimi böyük rol almaq üçün imtiyazlarını genişləndirəcəyini əhatə edir.
Əliyevin Trampdan gözləntiləri
Donald Trampın Amerikanı strateji güc vitrinində ən önə çıxarmaq planı ABŞ-nin xaricdəki maraqlarının təmini üçün lazım olan maliyyələri məhdudlaşdırmaqla müşayiət oluna bilər. Yəni, demokratlardan, o cümlədən sələfi Co Baydendən fərqli olaraq cənab Tramp beynəlxalq və regional konyunkturadakı “demokratik” hərəkatlara, “demokrat” dövlət və hökumət başçılarına Ağ Evin təyin etdiyi büdcəni ya dondura, ya da onu əhəmiyyətli şəkildə azalda bilər.
Bu, ABŞ-nin beynəlxalq müdafiə siyasətindəki öhdəliklərini azaldacaq bir akt deyil, sadəcə olaraq Vaşinqtonun izafi xərclərə getmədən də supergüc iddialarının yerinə yetirilməsini əhatə edən prosesdir. Başqa sözlə, Trampın daha geniş baxışları ABŞ-nin müttəfiqləri, o cümlədən NATO üçün daha çox yükün bölüşdürülməsini əhatə edir, bir növ onları Vaşinqtonun zəmanətləri olmadan birbaşa rəqabət müstəvisinə itələyir.
ABŞ belə olan halda az məsuliyyətlə daha böyük işlər görməyi qarşıya məqsəd qoya bilər ki, onun bu siyasətinin Cənubi Qafqazdan da yan keçməyəcəyi şübhəsizdir.
Bununla bərabər, Trampın Panama kanalını geri alacağına dair vədi, strateji dəyərinə görə Qrenlandiyaya olan marağı Azərbaycanın da öz prioritetlərindəki vurğuları ABŞ-yə rahat izah etmək imkanları qazandırır.
Bu mənada, Azərbaycan lideri İlham Əliyevin Donald Trampa məktubu Cənubi Qafqazın sülh və təhlükəsizlik naminə fərqli şəkildə yenidən qurulmasında ABŞ-nin faydalı iştirak perspektivinin qiymətləndirilməsidir.
Lakin Düşünülə bilər ki, Trampın Paris İqlim Sazişindən çıxması, COP29-da əldə edilmiş razılıqların icrası üzrə ABŞ-Azərbaycan münasibətlərinə mənfi təsirlər yarana bilər. Ancaq geniş bucaqdan bu məsələ yalnız texniki mübahisə predmeti kimi görünür, ona görə ki, Azərbaycanın ənənəvi enerji resurslarındakı payı, onun Avropa bazarlarındakı təhlükəsizlik rolu ABŞ-nin diqqətindən kənarda qala bilməz.
Tramp administrasiyası artıq milli enerji fövqəladə vəziyyəti elan edərək, daxili və xarici siyasətinin əsası kimi “enerji üstünlüyünü” vurğulayıb. Bu sənəd o iddiaya əsaslanır ki, enerji təhlükəsizliyi qlobal rəqabətin getdikcə daha vacib bir teatrıdır. Belə bir enerji gündəmi Azərbaycanın maraqları ilə uyğundur. Çünki Azərbaycanın, əsasən, Cənub Qaz Dəhlizi kimi transregional enerji təşəbbüslərindəki mənşə və strateji rolu ABŞ üçün hədsiz qiymətlidir.
Bunları nəzərə alaraq, Azərbaycan Cənubi Qafqazda 2025-ci ildə geosiyasi təsir imkanlarını genişləndirən addımlara ABŞ-nin maraqlarının inteqrasiyasını hədəfləmiş kimi görünür. Azərbaycan onun da analizini aparır ki, regiondakı münasibətlər sistemindəki ABŞ-nin yeri Vaşinqtonun Rusiya, Çin və İranla əlaqələrinin necə olacağından asılı ola bilər. Yüksək ehtimalla İlham Əliyevin ABŞ rəsmiləri ilə gələcək təmasları zamanı bu amil nəzərə alınacaq. Cənubi Qafqaz səhnəsindəki enerji siyasəti ilə yananaşı, Zəngəzur dəhlizi layihəsi Azərbaycan-ABŞ münasibətlərini yeniləyən təsirli  amil ola bilər. Bu mənada, ABŞ-nin gündəliyində Bayden administrasiyası dövründəkinin əksinə olaraq Ermənistanın yeri ən aşağı səflərə doğru düşə bilər.
Üstəlik, Azərbaycan Trampın yanaşmalarından onu da proqnozlaşdırır ki:
- Ağ Ev növbəti 4 ildə Cənubi Qafqazda Rusiya ilə məsafəli davranacaq, 
- Vaşinqton Avropa İttifaqının Ermənistandakı missiyasına dəstək verməkdən yayınacaq, 
- Vaşinqton ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Xartiyasının icrasını faktiki olaraq dayandıracaq.
Aqşin Kərimov,
"Kaspi" qəzeti

Oxunub: 1 150
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 18:36 | Respublika üzrə 11 ədəd modul tipli məktəb binalarının quraşdırılması işlərinin 5.6 milyon xərclənəcək
    Bu gün, 18:34 | FHN strukturlarında Konstitusiya Günü ilə bağlı tədbirlər keçirildi
    Bu gün, 18:32 | MN məlumat yaydı: Azərbaycan və Türkiyə arasında...
    Bu gün, 17:41 | Azərbaycana yeni təlim təyyarələri gətiriləcək
    Bu gün, 17:39 | Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bu imiş - Professordan izah
    Bu gün, 17:37 | Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
    Bu gün, 17:35 | Bakıda külək güclənəcək - Xəbərdarlıq
    Bu gün, 16:11 | Baş Nazirdən Əli Əhmədovla bağlı QƏRAR
    Bu gün, 16:10 | Aslan Fətullayev dəfn olundu - Foto
    Bu gün, 16:08 | İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
    Bu gün, 16:07 | “Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
    Bu gün, 14:52 | Türkiyə bu ölkəyə 15 min əsgər göndərəcək?
    Bu gün, 14:37 | “Mançester Yunayted” Maykl Karriki qovdu
    Bu gün, 14:36 | Azərbaycanda taksilərlə bağlı gözlənilən qərar - 18 manat…
    Bu gün, 14:31 | Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi - FOTO - YENİLƏNİB
    Bu gün, 14:27 | Güclü yaddaş və sağlam damarlar üçün qaragilə yeyin
    Bu gün, 14:16 | Məktəblərdə şagirdlərdən “mygov”, “Sima” qeydiyyatı niyə tələb olunur? – AÇIQLAMA
    Bu gün, 14:14 | Bu şəxslərə şad xəbər: Elektrik xərclərinin yarısını dövlət ödəyəcək
    Bu gün, 13:40 | Keçməyən öskürək və döş qəfəsində ağrıya diqqət!
    Bu gün, 13:37 | Şəhriyar Məmmədyarov erməni şahmatçıya qalib gələ bilmədi
    Bu gün, 13:36 | Daxili Qoşunların keçmiş komandanına ağır itki
    Bu gün, 13:35 | Naxçıvanın Bakı nümayəndəliyi buna görə ləğv edildi
    Bu gün, 12:45 | Vətən müharibəsi şəhidi Sübhan Kərimov ildönümündə ehtiramla anılıb
    Bu gün, 12:04 | GENERALIN QIZI SAXLANILDI - Şikayətçi də general imiş... (DETALLAR)
    Bu gün, 07:41 | MMA döyüşçüləri arasında insident: Nurməhəmmədov saxlanıldı
    Bu gün, 07:40 | Şəmkirdə ağır qəza: İki nəfər öldü
    Bu gün, 07:38 | Çinlilər toyuğun bu hissələrini yemir – Səbəb
    Bu gün, 00:10 | Bu gün Azərbaycanda Konstitusiya Günüdür
    Dünən, 20:10 | QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz
    Dünən, 20:08 | Coşqun Əliyev Avropa çempionu oldu
    Dünən, 20:03 | Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video
    Dünən, 19:55 | NATO qırıcıları Ukrayna dronunu vura bilmədi
    Dünən, 19:40 | Milli Qəhrəmanımız süni tənəffüs aparatına qoşuldu
    Dünən, 18:16 | DANIŞIQLAR BİTDİ:NƏTİCƏ AÇIQLANDI - Zelenski niyə Trampın planına qarşı çıxdı? (Yenilənib)
    Dünən, 18:09 | Vətən müharibəsi şəhidi kiçik çavuş Əhməd Məmmədov ildönümündə ehtiramla anılıb
    Dünən, 17:58 | AzTU tələbələri FAB Şirkətlər Qrupunun istehsal müəssisələrində olublar
    Dünən, 17:52 | DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq
    Dünən, 17:46 | 2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
    Dünən, 16:58 | Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
    Dünən, 16:55 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNİB
    Dünən, 16:52 | Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"
    Dünən, 16:31 | Minaya düşən traktorçunun bir əli amputasiya olundu
    Dünən, 16:29 | DYP adından saxta cərimə mesajları göndərilir
    Dünən, 15:58 | Azərbaycanda taksi qiymətləri artacaq?
    Dünən, 15:54 | Lixtenşteyn - Azərbaycan oyununun hakimləri bəlli oldu
    Dünən, 15:53 | Ev almaq istəyənlərin nəzərinə - 13 Noyabrdan...
    Dünən, 14:35 | Əbu-Dabidə danışıqların ikinci raundu başa çatdı
    Dünən, 14:31 | Onların DSMF-yə borclarını silmək mümkün deyil...
    Dünən, 14:12 | Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video
    Dünən, 14:11 | Onlara mənzil əvəzinə pul verilsin – Təklif
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.