Mediaxeberleri.az
    
  • Bibisini fermada odun parçası ilə öldürdü - Rəsmi
    Bibisini fermada odun parçası ilə öldürdü - Rəsmi
  • 
  • “Tender kralı”na çevrilən Kamaləddin Qafarovun “Azəri Med”i  4 aya 16 milyon manatlıq müqaviləni necə imzaladı?
    “Tender kralı”na çevrilən Kamaləddin Qafarovun “Azəri Med”i 4 aya 16 milyon manatlıq müqaviləni necə imzaladı?
  • 
  • Tanınmış bloger Sabirabaddakı acınacaqlı vəziyyəti ifşa etdi
    Tanınmış bloger Sabirabaddakı acınacaqlı vəziyyəti ifşa etdi
  • 
  • Çingiz Əlioğlu ilə vida mərasimi keçirildi
    Çingiz Əlioğlu ilə vida mərasimi keçirildi
  • 
  • Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olundu - FOTO
    Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olundu - FOTO
  • 
  • Qayınanasını bıçaqlayan şəxs: “Arvad-uşaqlarımı məndən ayırdığını düşündüm üçün onu vurdum”
    Qayınanasını bıçaqlayan şəxs: “Arvad-uşaqlarımı məndən ayırdığını düşündüm üçün onu vurdum”
  • 
  • İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - FOTOLAR
    İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - FOTOLAR
  • 
  • Qələbənin diplomatiyaya çevrilən gücü
    Qələbənin diplomatiyaya çevrilən gücü
  • 
  • Səbinə Yusif: "Dəyərli insanlara dəyər vermək, özü bir dəyərdir"
    Səbinə Yusif: "Dəyərli insanlara dəyər vermək, özü bir dəyərdir"
  • 
  • Şəmkirdə gənclərlə görüş keçirildi - FOTOLAR
    Şəmkirdə gənclərlə görüş keçirildi - FOTOLAR
  • 
  • Blokadadan böyük iqtisadi qovşağa: Naxçıvan "regionun Dubayı"na çevrilir
    Blokadadan böyük iqtisadi qovşağa: Naxçıvan "regionun Dubayı"na çevrilir
  • 
  • FHN-ə məxsus torpaq sahəsindəki tikililəri sənədləşdirmə adı ilə dələduzluq etdi - MƏHKƏMƏ
    FHN-ə məxsus torpaq sahəsindəki tikililəri sənədləşdirmə adı ilə dələduzluq etdi - MƏHKƏMƏ
  • 
  • Azərbaycanda bu məşhur layihə yenidən başlayır
    Azərbaycanda bu məşhur layihə yenidən başlayır
  • 
  • Tovuzda sel körpünü dağıdıb, kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
    Tovuzda sel körpünü dağıdıb, kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
  • 
  • Məhkəmə 72 min manatlıq dələduzluq işi ilə bağlı qərar çıxardı
    Məhkəmə 72 min manatlıq dələduzluq işi ilə bağlı qərar çıxardı
  • 
  • Hökumə Əliyevanın anasını duyğulandıran jest – VİDEO
    Hökumə Əliyevanın anasını duyğulandıran jest – VİDEO
  • 
  • “Evlilik təklifi alanda həyat yoldaşımdan yalnız bir şey istədim: Evimizdə pianino olacaq, çaldıq-çalmadıq, hər evdə var”
    “Evlilik təklifi alanda həyat yoldaşımdan yalnız bir şey istədim: Evimizdə pianino olacaq, çaldıq-çalmadıq, hər evdə var”
  • 
  • Ceki Çanın Bakıdakı film çəkilişləri başa çatdı
    Ceki Çanın Bakıdakı film çəkilişləri başa çatdı
  • 
  • Bəzi ərazilərdə qaz olmayacaq
    Bəzi ərazilərdə qaz olmayacaq
  • 
  • Axirət günü nə vaxt olacaq?
    Axirət günü nə vaxt olacaq?
  • 
  • Nigar Fərhadla bağlı yeni şikayət: "8500 manat verdik, nə pulumuzu qaytardılar, nə də universitetə qəbul ola bildik
    Nigar Fərhadla bağlı yeni şikayət: "8500 manat verdik, nə pulumuzu qaytardılar, nə də universitetə qəbul ola bildik

Son xəbərlər :
  • "Neftçi" "Şəfa"ya, "Sabah" "Zirə"yə qalib gəldi
  • Mourinyonun Arda Gülər qərarı xoş qarşılanmadı
  • 9 qanunsuz silah aşkarlandı - DİN
  • Bakıda narkotik çəkib maşın sürən şəxs həbs olundu
  • Yəmən ordusu bir sıra strateji yüksəklikləri husilərdən geri aldı
  • Çarıqla qət edilən maarif yolu: İrəvandan Ağstafaya uzanan fədakar ömür salnaməsi
  • 1655-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
  • Müəllim olmaq istəyənlərinə nəzərinə!
  • Tokayev vitse-prezidentin səlahiyyətlərini təsdiq etdi
  • Partiyasının adını unutdu - Video
  • Azər Badamov: “Guya konsolidasiya zamanı vətəndaşların torpaqları məcburi qaydada onların əlindən alınacaq”
  • Sabunçuda su çöllük əraziyə axır - VİDEO
  • “AzerGold” tələbələr üçün növbəti təqaüd proqramını elan edir
  • Xark adasında İran tankeri hədəfə alındı
  • ABŞ müsəlman ölkələrinə 6 milyardlıq silah göndərir
  • Sabah yağış yağacaq
  • FHN-də qanvermə aksiyası keçiridi - Video
  • Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq
  • 1655-ci gün: Rusiyanın itkiləri yeniləndi
  • Neft bahalaşmaqda davam edir
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

20 Yanvar faciəsindən 35 il ötür: Azərbaycan tarixinin, həqiqətlərinin dünyaya çatdırılmasını davam etdirməliyik - RƏY

  • Tarix: 18-01-2025, 16:40

Dünya tarixinə düşən 20 Yanvar faciəsindən 35 il ötür. SSRİ rəhbərliyi 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını tapdalayaraq əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başlayıb. Sovet ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilən hərbi təcavüz nəticəsində Bakıda dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb. 

 

Mövzu ilə əlaqədar Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, XX əsrdə millətimizə, xalqımıza, dövlətimizə qarşı çoxlu sayda müsibətlər, soyqırımıları, qırğınlar, hərbi cinayətlər törədilib:

 

Naqif Həmzəyev: AŞPA-ya ödədiyimiz külli miqdarda üzvlük haqqı ilə  Qarabağda daha yaxşı işlər görə bilərik Pravda.az

 

“Bütün bunların baş verməsinin əsas səbəblərindən biri liderimizin, birliyimizin olmaması, bu cinayətləri törədən qüvvələrə qarşı güc tətbiq edə bilməməyimiz, qarşını almaq üçün öncədən hazırlıqlı, planlı ola bilməməyimiz idi. Buna baxmayaraq, xalqımız heç vaxt həqiqətdən üz döndərməyib, həmişə azadlıq uğrunda mübarizə aparıb. 20 Yanvar faciəsi də imperiya əsarətindən xilas olmaq, müstəqilliyini bərpa etmək istəyən bir millətə qarşı törədilmiş növbəti cinayətlərdən biri idi. Azərbaycan öz müstəqilliyini bərpa etmək, öz varlığını davam etdirmək istəyirdi. Təəssüf ki, Azərbaycan kimi strateji bir ərazini, dövləti itirmək istəməyən SSRİ, xüsusilə, bu imperiyanın başında duran Qarbaçov və onun hökumətində təmsil olunan şəxslər azərbaycanlılara qarşı silah tətbiq etməkdən çəkinmədilər, dinc sakinlərə qarşı ağır texnikalar işlədərək xalqın iradəsini qırmağa cəhd etdilər. Bununla da Azərbaycan xalqı İmperiyanın əsl simasını gördü. Anladı ki, əslində, uzun illərdir, inandıqları, xidmət etdikləri bu ideologiya azərbaycanlıların və Azərbaycanın müstəqil olmasını istəmir, azərbaycanlıları yanlış ideologiyaya vadar edir. Müstəqillik, azadlıq yolunda qorxmadan, çəkinmədən ölümün gözünə dik baxan Bakı sakinləri 20 Yanvar faciəsinin törədiləcəyinə həqiqətən inanmırdılar. İnanmırdılar ki, uzun illərdir, birlikdə yaşadıqları, İkinci Dünya müharibəsində "vətən" deyə mübarizə aparıb, azadlığı üçün çalışdıqları, birlikdə çiyin-çiyinə vuruşduqları hərbçilər onlara qarşı silah qaldıra bilərlər. Təəssüf ki, bu hadisələr baş verdi, çoxlu sayda şəhidlərimiz oldu. Xüsusilə, xalqın bu ağır, çətin günündə ulu öndər Heydər Əliyev özünə qarşı təqiblər olmasına, ev həbsində  olmasına baxmayaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi, dünya ictimaiyyətini azərbaycanlıların başına gətirilən müsibətlə bağlı xəbərdar etdi, onları Azərbaycana dəstək olmağa çağırdı. Xalqın yanında olduğunu hər kəsə göstərdi. Cənab Prezident İlham Əliyev də Ulu Öndərlə birlikdə idi. Nümayəndəliyə gəlmək, o cür çıxış etmək öz ölüm hökmünü vermək demək idi. Buna baxmayaraq, nə Ulu Öndər, nə də cənab İlham Əliyev ölüm və təqiblərdən çəkinmədilər. 20 Yanvar faciəsi törədildikdən sonra Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevin Azərbaycanı bu bəlalardan xilas edəcəyini bilirdi, bunu istəyirdi. Təəssüf ki, o vaxtkı səriştəsiz rəhbərlik Heydər Əliyevə imkan vermədi ki, o, Azərbaycanın başına gətiriləcək növbəti müsibətlərdən xalqımızı və ölkəmizi qorusun. Bu səbəbdən sonradan həm torpaqlarımızın işğalına, həm də Xocalı faciəsinə, digər soyqırımılarına şahidlik etdik.  20 Yanvar faciəsi isə faktiki xalqın gözünü açdı. Azadlığa, müstəqilliyə doğru gedən yolda bu faciə əsas rol oynadı. Biz o vaxt birliyimizi, bərabərliyimizi qorusaydıq, səriştəsiz rəhbərlərə "yox!" deyərək ulu öndər Heydər Əliyevi yenidən hakimiyyətə gətirə bilsəydik, nə torpaqlarımız işğal olunardı, nə də 20 Yanvardan sonrakı müsibət və bəlalar başımıza gələrdi. Yenə də şükürlər olsun ki, nəhayət, xalq 1993-cü ildə özündə güc tapdı, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsini, müstəqilliymizin daimi, dönməz və əbədi olmasını təmin edə bildi. Ən əsası, Vətən ləyaqətli, ədalətli, şərəfli döyüşlər apararaq bizə qarşı törədilmiş bütün soyqırımı və müsibətlərin, o cümlədən 20 Yanvar faciəsinin qisasını aldıq. Şükürlər olsun, bu gün azad, suveren, müstəqil ölkənin vətəndaşlarıyıq. Artıq əminliklə bilirik ki, bir olmalı, həmişə birliyimizi qorumalı, liderimiz cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməliyik. Allah bütün şəhidlərimizə, o cümlədən 20 Yanvar şəhidlərinə rəhmət eləsin. Bu hadisələrdən doğru nəticə çıxarmışıq. Bu gün üzərimizə düşən əsas vəzifələrdən biri gələcək nəsillərə, gənclərimizə başımıza gətirilən müsibətlərin əsl səbəbkarlarını, cinayətkarları tanıdaq, əsas səbəblərini düzgün aşılayaq. Xaricdə yaşayan azərbaycanlıların, diasporumuzun, lobbimizin dəstəyi ilə Azərbaycan tarixinin, həqiqətlərinin dünyaya çatdırılmasını davam etdirək”. 

 

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının qan yaddaşına həm faciə kimi, həm də qürur mənbəyi kimi həkk olunub: 

 

Akif Nağı da deputat olmaq istəyir Pravda.az

 

“Əliyalın xalq, yüz minlərlə insan imperiyanın təpədən dırnağa qədər silahlanmış qüvvələrinə qarşı dayandı. Dinc əhali arasında o qədər itki olmasına, 131 nəfərin həyatını itirməsinə, 700-dən artıq yaralı olmasına baxmayaraq qarşıdurmada xalq olaraq qalib gəldik. İradəmizin sınmaz olduğunu göstərdik. Düşmənin qarşısından geri çəkilmədik. Sovet İmperiyasının çöküşü məhz 20 Yanvar hadisəsi ilə başladı. Xüsusilə, hadisədən 2 gün sonra şəhidlərin kütləvi dəfn mərasimi həm Sovet İmperiyasına, həm də dünyaya göstərdi ki, Azərbaycan xalqının iradəsi möhkəmdir, heç bir halda bu iradəni sındırmaq mümkün deyil. 20 Yanvar tarixi bundan sonra yüz illər boyu Azərbaycan xalqı tarixində özünəməxsus yerini saxlayacaq. Azərbaycan xalqı hələ də heç kimin tapşırığı olmadan öz vicdanının səsi ilə Şəhidlər Xiyabanına qalxır. Şəhidlər unudulanda ölürlər. Qarabağ müharibələrində həyatını itirmiş şəhidlərimizi də daim yad edirik, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə onların xatirəsi ilə bağlı çoxlu sayda yazılar gedir, çəkilişlər aparılır. Şəhidlərimiz heç vaxt unudulmayacaq, hər zaman xalqımızın qəlbində yaşayacaqlar”. 

 

Partiya sədri deyib ki, ermənilər 20 Yanvar hadisələri ilə bağlı həmin dövrlərdə də müəyyən fikirlər səsləndirməyə çalışdılar: “Guya ermənilərə qarşı talanlar, qırğınlar var idi. Hamısı tamamilə yalandır, faktların saxtalaşdırılmasıdır. Hadisələrin gedişində SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən Azərbaycanda ermənilərə qarşı hansısa təxribatlar törədildi. Səbəb isə bu idi ki, həmin təxribatları bəhanə edib, Bakıya daxil olsunlar. Çünki Bakıda artıq Sovet İmperiyası çökür, hakimiyyət xalqın əlinə keçirdi. Naxçıvan istiqamətində İranla sərhədlər dağıdılmışdı. Buna görə də SSRİ rəhbəri çox narahat idi, Bakıya girmək üçün bəhanə axtarırdı. Bu prosesin qarşısını almaq üçün ermənilərə qarşı həmin təxribatı törətdilər. Təbii ki, bu cür təxribatın qarşısında düşünməyən, emosional vəziyyətdə olan azərbaycanlılardan da istifadə edirdilər. Bunun “müəllifi” isə SSRİ-nin xüsusi xidmət orqanları idi. 1988-ci ilin noyabr-dekabr ayında azərbaycanlılar Ermənistandan deportasiya ediləndə 216 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdi. Bütün faktlar ortadadır. Bunu dünya təşkilatları da deyirlər. Burdan çıxanda isə ermənilərdən 54 nəfər həyatını itirmişdi. Onların qanını heç kim Azərbaycanın üzərinə atmasın, səs-küy salmasın. Həmin hadisənin Azərbaycan xalqına heç bir aidiyyatı yoxdur”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub. 

  

Aytəkin Qardaşova 

 

Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış etdi Pravda.az



Oxunub: 636
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 22:24 | "Neftçi" "Şəfa"ya, "Sabah" "Zirə"yə qalib gəldi
    Dünən, 18:51 | Mourinyonun Arda Gülər qərarı xoş qarşılanmadı
    Dünən, 18:48 | 9 qanunsuz silah aşkarlandı - DİN
    Dünən, 18:16 | Bakıda narkotik çəkib maşın sürən şəxs həbs olundu
    Dünən, 18:10 | Yəmən ordusu bir sıra strateji yüksəklikləri husilərdən geri aldı
    Dünən, 17:53 | Çarıqla qət edilən maarif yolu: İrəvandan Ağstafaya uzanan fədakar ömür salnaməsi
    Dünən, 17:48 | 1655-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
    Dünən, 17:46 | Müəllim olmaq istəyənlərinə nəzərinə!
    Dünən, 17:44 | Tokayev vitse-prezidentin səlahiyyətlərini təsdiq etdi
    Dünən, 17:42 | Partiyasının adını unutdu - Video
    Dünən, 15:25 | Azər Badamov: “Guya konsolidasiya zamanı vətəndaşların torpaqları məcburi qaydada onların əlindən alınacaq”
    Dünən, 15:24 | Sabunçuda su çöllük əraziyə axır - VİDEO
    Dünən, 13:45 | “AzerGold” tələbələr üçün növbəti təqaüd proqramını elan edir
    Dünən, 13:39 | Xark adasında İran tankeri hədəfə alındı
    Dünən, 13:28 | ABŞ müsəlman ölkələrinə 6 milyardlıq silah göndərir
    Dünən, 13:25 | Sabah yağış yağacaq
    Dünən, 13:23 | FHN-də qanvermə aksiyası keçiridi - Video
    Dünən, 12:48 | Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq
    Dünən, 12:42 | 1655-ci gün: Rusiyanın itkiləri yeniləndi
    Dünən, 10:31 | Neft bahalaşmaqda davam edir
    Dünən, 10:30 | Hərbi obyektdə partlayış: 2 ölü, 59 yaralı - Video
    Dünən, 10:28 | Toydan çıxdı, faciəvi şəkildə öldü
    Dünən, 10:26 | Ukrayna dörd günlük atəşkəs elan edib
    Dünən, 08:41 | Yuxusuz qalanlar bunu mütləq bilməlidir
    Dünən, 08:40 | Polşa müharibəyə hazırlaşır: Vərəqələr göndərildi
    4-09-2026, 23:23 | Yasamalda qorxulu vəziyyət: "Məktəblər açılana qədər həll edilməsə..." - VİDEO
    4-09-2026, 23:19 | Rusiya NATO-ya hücum edə bilərmi? - Tramp açıqladı
    4-09-2026, 23:15 | Pay torpaqları vətəndaşlardan alınacaq?
    4-09-2026, 22:05 | Misli Premyer Liqası: "Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
    4-09-2026, 21:31 | Peşə təhsili müəssisələrinə tələbə qəbulu: II mərhələnin nəticələri AÇIQLANDI
    4-09-2026, 19:19 | BMT-də dünya xəritəsinin dəyişdirilməsi məsələsi səsverməyə çıxarılacaq
    4-09-2026, 15:00 | Partlayış baş verən Goranboyda vəziyyət necədir? - RƏSMİ
    4-09-2026, 14:39 | Renat Dadaşovun yeni klubu bəlli oldu
    4-09-2026, 14:37 | Qızı Yaşar Nurini belə yad etdi - Foto
    4-09-2026, 12:42 | Temperatur 35 dərəcəyə kimi yüksələcək
    4-09-2026, 12:39 | Niyaməddin Musayevin 85 illik yubileyinə həsr olunmuş tədbir...
    4-09-2026, 12:36 | Gömrük Komitəsinin sabiq əməkdaşı Azərbaycana verilir
    4-09-2026, 12:31 | Azərbaycanlı biznesmen ticarət mərkəzi aldı
    4-09-2026, 12:27 | Bakıda piyada ölümü – Anbaan video
    4-09-2026, 12:25 | Kiprdə gəmi qəzasında ölənlərin sayı artdı
    4-09-2026, 12:16 | Növbəti güzəştli mənzil satışı nə vaxt olacaq?
    4-09-2026, 11:56 | Xaricdən gətirilən maşınlarla bağlı prosedurlar sadələşdirilir
    4-09-2026, 11:53 | “Azərsun Holdinq” bu mövzuda təlim keçirdi
    4-09-2026, 11:50 | İranda silahlı qarşıdurma: ölənlər var
    4-09-2026, 11:44 | İmtahanlarda PİSA tipli tapşırıqlar tətbiq edilə bilər
    4-09-2026, 09:44 | Hərbi xidmətdən möhlət alan şəxslər - Qanun nə deyir? - VİDEO
    4-09-2026, 09:40 | Yusif Dursunov yeniyetmələr arasında ağır çəkidə ilk Avropa çempionu olaraq adını tarixə yazdırdı
    4-09-2026, 09:07 | Misli Premyer Liqasında IV tur başlayır: "Qəbələ" "İmişli"yə, "Kəpəz" "Şamaxı"ya qarşı
    4-09-2026, 09:02 | Qayda-qanundan danışan Səidə Bəkirqızı ardıcıl qayda pozdu - VİDEO
    4-09-2026, 07:58 | Bəzi ərazilərdə işıq olmayacaq
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.