Ağstafada kanaldan kişi meyiti tapılıb
Ağstafa rayonunun Qıraq Kəsəmən kəndi ərazisindən keçən su kanalında kişi meyiti tapılıb. Mediaxeberleri.Az-ın məlumatına görə, su kanalında tapılan meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə aparılıb. Hazırda mərhumun şəxsiyyətinin müəyyən olunması istiqamətində işlər görülür. İlkin məlumata görə, 60 yaşlarında olan kişi Qazax rayon sakinidir və rayon ərazisində ehtiyatsızlıqdan su kanalına düşüb. Nəticədə boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 313
Xəbəri paylaş
Paylaş: