MƏKTƏBLİLƏR ARASINDA YAYILAN TƏHLÜKƏLİ VİRUS QONŞU ÖLKƏDƏ DƏ AŞKARLANIB
“BƏYAZ AĞCİYƏR” ÇİNDƏ, AVROPADA, AMERİKADA VƏ İNDİ RUSİYADA
Məktəblilər arasında yayılan təhlükəli virus qonşu Rusiyada da aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, xəstəliyin yoluxucu olmasına baxmayaraq, pandemiyanın təkrarlanması ehtimalı çox azdır.
Buna baxmayaraq, virusun daha çox məktəblilər və baxça uşaqları arasında yayılma sayı artır. Çində məktəblərin bağlanması mövzusu gündəmdədir. Həkimlər arsında “Bəyaz ağciyər” adı alan bu virus şiddətli öskürək, sinə ağrısı ilə müşayiət olunur, bronxial obstruksiya yaradır.
Qeyd edilir ki, infeksiyaya yoluxma payızda Çində, qışın əvvəlində Avropa, ABŞ, İndoneziya və hazırda Rusiyada qeydə alınıb.
Xəstəliyin inkubasiya dövrü orta hesabla 14 gün davam edir.
Hava-damcı yolu ilə yayılan virusdan necə qorunmaq olar?
Mütəxəssislər əllərinizi tez-tez yumağı, əhalinin sıx olduğu yerlərə getməməyi, soyuqdəymə əlamətləri olan insanlarla təmasdan çəkinməyi, sağlam immunitet üçün bol meyvə-tərəvəz istehlak etməyi, qazsız su içməyi, açıq havada hərəkət etməyi və yuxu rejiminə ciddi riayət etməyi məsləhət görür.