Azərbaycanda 2 sığorta agentinin lisenziyası ləğv edildi
Azərbaycan Mərkəzi Bankı (AMB) 2 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarını ləğv edib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Məlumata görə, bu qərar dekabrın 24-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyalardan biri könüllü müraciət əsasında, digəri isə lisenziyanın qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş halın 9 ay ərzində təkrar yarandığı nəzərə alınaraq ləğv olunub.
Oxunub: 83
Xəbəri paylaş
Paylaş: