Qazaxıstanlı həkimdən təyyarə qəzasında yaralananların vəziyyəti barədə AÇIQLAMA
"12:00-dan sonra xəstəxanamıza təyyarə qəzasında yaralanan 27 nəfər daxil olub. Onların 14-ü Azərbaycan vətəndaşlarıdır". Mediaxeberleri.Az xəbər verir ki, bunu Azərbaycan Televiziyasına təyyarə qəzası nəticəsində xəsarət alanların müalicə olunduğu Manqistau vilayət xəstəxanasının şöbə müdiri Janan Bayramova bildirib. Onun sözlərinə görə, 27 nəfərdən 11-i Ümumi Reanimasiya Mərkəzinə aparılıb. "Onların vəziyyəti ağır və həddən artıq ağırdır. Həmin xəstələrə reanimatoloqlar, cərrahlar, travmotoloqlar və neyrocərrahlar nəzarət edirlər", - deyə həkim qeyd edib.
Oxunub: 87
Xəbəri paylaş
Paylaş: