Təyyarə qəzasının baş verdiyi ərazini çəkən qazaxıstanlı bloqer həbs olundu
Aktau şəhər məhkəməsinin qərarı ilə qazaxıstanlı bloqer Azamat Sarsenbayev polisə tabe olmamaqda ittiham olunaraq 10 sutkalıq həbs olunub. Mediaxeberleri.Az bu barədə vlast.kz portalına istinadən xəbər verir. Bloqer Azamat Sarsenbayev Bakı-Qroznı qəzasının baş verdiyi yerin fotosunu çəkib və onun materialları kütləvi informasiya vasitələrində istifadə olunub. O, polisin "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğradığı yerdə çəkilişlərin dayandırılması tələblərinə tabe olmaqdan boyun qaçırıb.
Oxunub: 83
Xəbəri paylaş
Paylaş: