Təyyarə qəzası: Dövlət rəsmilərimiz hadisə yerində - Foto
Azərbaycanın hökumət rəsmiləri Azərbaycan Hava Yolları QSC-yə (AZAL) məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğradığı Qazaxıstandadır. Mediaxeberleri.Az xəbər verir ki, bunlar, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdən, eləcə də fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Onlar Prezident İlham Əliyevin tapşırığı əsasında Aktauda yerli rəsmilərlə birlikdə qəza ilə bağlı araşdırma aparırlar. *** Qazaxıstana ezam edilən Azərbaycanın dövlət rəsmiləri Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğradığı yerə baxış keçiriblər.
Oxunub: 82
Xəbəri paylaş
Paylaş: