Üç ali məktəbdə ibtidai sinif müəllimliyi ixtisası üzrə proqram təkrar akkreditasiyadan keçiriləcək
"İbtidai sinif müəllimliyi" ixtisası üzrə proqram akkreditasiyası keçirilib". Mediaxeberleri.Az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, 2024-cü il üzrə TKTA tərəfindən 14 ali təhsil müəssisəsində ibtidai sinif müəllimliyi ixtisası üzrə proqram akkreditasiya qiymətləndirilməsi keçirilib, üç ali təhsil müəssisəsinin (Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı, Gəncə Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu) nəticələri barəsində Akkreditasiya Şurasının 28 noyabr 2024-cü il tarixli iclasında sözügedən ali təhsil müəssisələrində təkrar akkreditasiya zərurətinə dair qərar qəbul olunub: "Digər 11 proqram üzrə yekun hesabatlar müvafiq akkreditasiya komissiyaları tərəfindən hazırlanır və növbəti aylarda Akkreditasiya Şurasının iclasına çıxarılması nəzərdə tutulur".