Paşinyan TƏKZİB ETDİ: "Qarabağda mülki əhalisi arasında kütləvi itki olmayıb"
"Bu gün Dağlıq Qarabağda atəşkəs rejiminə ümumilikdə əməl olunur". Mediaxeberleri.Az TASS-a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O, qeyd edib ki, bəzi rayonlarda rabitədə çətinliklər və yollarda müəyyən problemlər olsa da, ümumilikdə vəziyyət stabildir. “Sosial şəbəkələrdə Qarabağın mülki əhalisi arasında kütləvi itkilərin olması ilə bağlı yayılan məlumatlar reallığa uyğun gəlmir. Rusiya sülhməramlıları Qarabağda qalmaqda davam edir və onların bilavasitə vəzifəsi Qarabağ əhalisinin təhlükəsizliyini təmin etməkdir”, - deyə Paşinyan bəyan edib
Oxunub: 188
Xəbəri paylaş
Paylaş: