Yevlaxda erməni icmasını təmsil edənlər kimdir? - Şok isimlər
Yevlaxda reinteqrasiya və erməni icmasının təhlükəsizliyi ilə bağlı bu gün aparılan danışıqlara Qarabağın erməni icmasından kimlərin gəldiyi bəlli olub. Qarabağın erməni icmasını danışıqlarda qondarma deputat David Melkumyan və Sergey Martirosyan (ermənilər onun Areq Avakyan olduğunu da iddia edir - red.) təmsil edir. Onlarla danışıqları Qarabağ bölgəsinin erməni sakinləri ilə əlaqələr üzrə məsul şəxs, parlamentin deputatı Ramin Məmmədov aparır. Bu fakt olduqca ilgincdir. Belə ki, Azərbaycan qondarma qurumun “icra strukturunda” təmsil olunan heç kimlə danışmaq niyyətində deyil – yəni Şahramanyan və onun dəstəsi ilə. Sergey Martirosyan bundan öncə Xocalı şəhərində Ramin Məmmədovla baş tutan görüşdə də iştirak etmişdi. Onun Vitali Balasanyana yaxın olduğu və daim rus sülhməramlılarla işlədiyi haqda məlumatlar var.