Payızda bu 3 analizi verməlisiniz, yoxsa.. - Həkim
Payızda bir sıra analizləri yoxlamaq lazımdır. Çünki bu ərəfədə bəzi xroniki xəstəliklər kəskinkləşir. Mediaxeberleri.Az medicina.az-a istinadən bildirir ki, infeksionist Yelena Meskina payızda lazım olan analizləri sadalayıb. "İlk növbədə qanın ümumi analizi, qanda şəkər, insulin, eləcə də maqniy yoxlanmalıdır. Nəticələr sağlamlıqla bağlı hər hansı gözlənilən problemləri göstərir.
Insulinin qanda norması 2,5-24 arasıdır. Yüksək insulin piylənmə və diabet, normadan az isə mədəaltı vəz problemi və I tip diabetdə olur.
Qanda maqniy osteoporoz, ürək-damar problemi, qıcolma, təzyiqin necə olacağını göstərir. Maqniy az olduqda bu xəstəliklər olur.
Eləcə də onu defisiti orqanizmdə kasium, kaliy və D vitamini əskikliyini göstərir.
Maqniy psixi sağlamlıq və sinirlər üçün də vacibdir.