Azərbaycan millisi DÇ-2026-nın püşkatmasında neçənci səbətdə yer alacaq?
Azərbaycan yığmasının 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma mərasimində yer alacağı səbət dəqiqləşib. Mediaxeberleri.Az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığma 4-cü səbətdə olacaq. Komanda onunla eyni səbətdə yer alacaq yığmalarla rəqib ola bilməyəcək. Qeyd edək ki, dekabrın 13-də Sürix şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Seçmə mərhələ matçları 2025-ci ilin martında start götürəcək. 4 və 5 komandadan ibarət 12 qrupun birinciləri birbaşa DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edəcəklər. İkinci yerin sahibləri pley-offda iştirak hüququ qazanacaqlar. DÇ-2026 - Avropa zonası üzrə seçmə mərhələ 1-ci səbət: İspaniya, Almaniya, Portuqaliya, Fransa, İtaliya, Niderland, Danimarka, Xorvatiya, İngiltərə, Belçika, İsveçrə, Avstriya 2-ci səbət: Türkiyə, Ukrayna, İsveç, Uels, Macarıstan, Serbiya, Polşa, Yunanıstan, Rumıniya, Slovakiya, Çexiya, Norveç 3-cü səbət: Şotlandiya, Sloveniya, İrlandiya, Albaniya, Şimali Makedoniya, Gürcüstan, Finlandiya, Şimali İrlandiya, Monteneqro, Bosniya və Herseqovina, İsrail 4-cü səbət: Bolqarıstan, Lüksemburq, Kosovo, Belarus, Ermənistan, Qazaxıstan, Azərbaycan, Estoniya, Kipr, Farer adaları, Latviya, Litva 5-ci səbət: Moldova, Malta, Andorra, Cəbəllütariq, Lixtenşteyn, San-Marino