Dezinformasiya yayan şəxslərə xəbərdarlıq edildi
"Dezinformasiya yayan 10-a yaxın şəxs Daxili İşlər Nazirliyinə çağırılaraq profilaktik söhbətlər aparılıb". Mediaxeberleri.Az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, ermənilər sosial şəbəkələrdə dezinformasiya xarakterli məlumatlar yayır və bununla vətəndaşlar arasında nikbinlik yaratmağa çalışırlar: "Vətəndaşlarımıza xəbərdarlıq edirik ki, qarşı tərəfin yaydığı qeyri-ciddi xəbərlərə aldanmasınlar. Birmənalı şəkildə bilinməlidir ki, Qarabağ bölgəsində qanunsuz erməni silahlılarına qarşı antiterror tədbirləri görülür. Hələ ki ciddi bir siqnal bizə daxil olmayıb".
Oxunub: 258
Xəbəri paylaş
Paylaş: