Mediaxeberleri.az
    
  • Bibisini fermada odun parçası ilə öldürdü - Rəsmi
    Bibisini fermada odun parçası ilə öldürdü - Rəsmi
  • 
  • “Tender kralı”na çevrilən Kamaləddin Qafarovun “Azəri Med”i  4 aya 16 milyon manatlıq müqaviləni necə imzaladı?
    “Tender kralı”na çevrilən Kamaləddin Qafarovun “Azəri Med”i 4 aya 16 milyon manatlıq müqaviləni necə imzaladı?
  • 
  • Tanınmış bloger Sabirabaddakı acınacaqlı vəziyyəti ifşa etdi
    Tanınmış bloger Sabirabaddakı acınacaqlı vəziyyəti ifşa etdi
  • 
  • Çingiz Əlioğlu ilə vida mərasimi keçirildi
    Çingiz Əlioğlu ilə vida mərasimi keçirildi
  • 
  • Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olundu - FOTO
    Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olundu - FOTO
  • 
  • Qayınanasını bıçaqlayan şəxs: “Arvad-uşaqlarımı məndən ayırdığını düşündüm üçün onu vurdum”
    Qayınanasını bıçaqlayan şəxs: “Arvad-uşaqlarımı məndən ayırdığını düşündüm üçün onu vurdum”
  • 
  • İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - FOTOLAR
    İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - FOTOLAR
  • 
  • Qələbənin diplomatiyaya çevrilən gücü
    Qələbənin diplomatiyaya çevrilən gücü
  • 
  • Səbinə Yusif: "Dəyərli insanlara dəyər vermək, özü bir dəyərdir"
    Səbinə Yusif: "Dəyərli insanlara dəyər vermək, özü bir dəyərdir"
  • 
  • Şəmkirdə gənclərlə görüş keçirildi - FOTOLAR
    Şəmkirdə gənclərlə görüş keçirildi - FOTOLAR
  • 
  • Blokadadan böyük iqtisadi qovşağa: Naxçıvan "regionun Dubayı"na çevrilir
    Blokadadan böyük iqtisadi qovşağa: Naxçıvan "regionun Dubayı"na çevrilir
  • 
  • FHN-ə məxsus torpaq sahəsindəki tikililəri sənədləşdirmə adı ilə dələduzluq etdi - MƏHKƏMƏ
    FHN-ə məxsus torpaq sahəsindəki tikililəri sənədləşdirmə adı ilə dələduzluq etdi - MƏHKƏMƏ
  • 
  • Azərbaycanda bu məşhur layihə yenidən başlayır
    Azərbaycanda bu məşhur layihə yenidən başlayır
  • 
  • Tovuzda sel körpünü dağıdıb, kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
    Tovuzda sel körpünü dağıdıb, kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
  • 
  • Məhkəmə 72 min manatlıq dələduzluq işi ilə bağlı qərar çıxardı
    Məhkəmə 72 min manatlıq dələduzluq işi ilə bağlı qərar çıxardı
  • 
  • Hökumə Əliyevanın anasını duyğulandıran jest – VİDEO
    Hökumə Əliyevanın anasını duyğulandıran jest – VİDEO
  • 
  • “Evlilik təklifi alanda həyat yoldaşımdan yalnız bir şey istədim: Evimizdə pianino olacaq, çaldıq-çalmadıq, hər evdə var”
    “Evlilik təklifi alanda həyat yoldaşımdan yalnız bir şey istədim: Evimizdə pianino olacaq, çaldıq-çalmadıq, hər evdə var”
  • 
  • Ceki Çanın Bakıdakı film çəkilişləri başa çatdı
    Ceki Çanın Bakıdakı film çəkilişləri başa çatdı
  • 
  • Bəzi ərazilərdə qaz olmayacaq
    Bəzi ərazilərdə qaz olmayacaq
  • 
  • Axirət günü nə vaxt olacaq?
    Axirət günü nə vaxt olacaq?
  • 
  • Nigar Fərhadla bağlı yeni şikayət: "8500 manat verdik, nə pulumuzu qaytardılar, nə də universitetə qəbul ola bildik
    Nigar Fərhadla bağlı yeni şikayət: "8500 manat verdik, nə pulumuzu qaytardılar, nə də universitetə qəbul ola bildik

Son xəbərlər :
  • BMT-də dünya xəritəsinin dəyişdirilməsi məsələsi səsverməyə çıxarılacaq
  • Partlayış baş verən Goranboyda vəziyyət necədir? - RƏSMİ
  • Renat Dadaşovun yeni klubu bəlli oldu
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • Temperatur 35 dərəcəyə kimi yüksələcək
  • Niyaməddin Musayevin 85 illik yubileyinə həsr olunmuş tədbir...
  • Gömrük Komitəsinin sabiq əməkdaşı Azərbaycana verilir
  • Azərbaycanlı biznesmen ticarət mərkəzi aldı
  • Bakıda piyada ölümü – Anbaan video
  • Kiprdə gəmi qəzasında ölənlərin sayı artdı
  • Növbəti güzəştli mənzil satışı nə vaxt olacaq?
  • Xaricdən gətirilən maşınlarla bağlı prosedurlar sadələşdirilir
  • “Azərsun Holdinq” bu mövzuda təlim keçirdi
  • İranda silahlı qarşıdurma: ölənlər var
  • İmtahanlarda PİSA tipli tapşırıqlar tətbiq edilə bilər
  • Hərbi xidmətdən möhlət alan şəxslər - Qanun nə deyir? - VİDEO
  • Yusif Dursunov yeniyetmələr arasında ağır çəkidə ilk Avropa çempionu olaraq adını tarixə yazdırdı
  • Misli Premyer Liqasında IV tur başlayır: "Qəbələ" "İmişli"yə, "Kəpəz" "Şamaxı"ya qarşı
  • Qayda-qanundan danışan Səidə Bəkirqızı ardıcıl qayda pozdu - VİDEO
  • Bəzi ərazilərdə işıq olmayacaq
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Əhmədin bacısı ilə bağlı şok sözlər: boşanma olmayıb

  • Tarix: 10-10-2024, 14:44

Xəbər verdiyimiz kimi, Bakının Xətai rayonunda ailəsinin beş üzvünü qətlə yetirməkdə təqsirli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Mediaxeberleri.Az Teleqraf.com-a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi prosesdə azyaşlı Ülviyyə Niftəliyevanın hüquqi varisi Rüstəm Niftəliyev ifadə verib.

O bildirib ki, hazırda Bakı şəhərində anket məlumatlarında qeyd etdiyi ünvanda müvəqqəti qeydiyyatda olmaqla babası Mirzə Rəsulov və nənəsi Ülviyyə Rəsulova ilə birlikdə yaşayır. Onun sözlərinə görə, mərhum Ülviyyənin atasının qardaşıdır.

Baş vermiş hadisə ilə əlaqədar qeyd edib ki, mərhum Əhmədova Elmira Mehman qızı onun doğma qardaşı Sərxan Niftəliyevin arvadı olub: "Elmira Əhmədova ilə qardaşım Sərxan Niftəliyev 25 yanvar 2020-ci il tarixdə Rusiyada rəsmi nikaha daxil olublar, birgə nikahdan 2021-ci ildə Rusiyada Ülviyyə adlı uşaqları anadan olub. Sərxan, Elmira və onların qızı Ülviyyə birlikdə Skovorodino şəhərində yaşayıblar.

Sərxan Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə hissəsində dispeçer işləyib.

Ülviyyə anadan olduqdan sonra Elmira həmin şəhərdə darıxdığını dedi. Həm də Skovorodino şəhərində havalar soyuq keçdiyi üçün Elmira azyaşlı qızı Ülviyyə və qayınanası Təranə xanımla birlikdə 2021-ci ilin yay aylarında Bakı şəhərinə gəldi. Onlar daimi olaraq Bakı şəhərində yaşamağa başladılar. Sərxan Rusiyada işlədiyi və hərbi çağırışçı olduğu səbəbindən Rusiyadan başqa ölkəyə gedə bilməzdi. Ona görə də Bakı şəhərinə gəlmədi".

Hüquqi varis qeyd edib ki, hadisə baş verən vaxtadək Elmira Sərxanla rəsmi nikahda qalıb və boşanma olmayıb: "Elmira Bakı şəhərinə gəldikdən sonra əvvəlcə atası Mehman, anası Pikə va qardaşı Əhmədin mənzilində onlarla birlikdə yaşadı. Lakin Əhmədin evdə tez-tez ailə üzvləri ilə mübahisə eləməsi və onlara qarşı kobud hərəkətləri səbəbindən 2023-cü ilin yay aylarında Mehman Əhmədov qızı Elmiraya Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yeni mənzil aldı. Elmira ilə qızı Ülviyyə həmin mənzildə yaşamağa başladılar".

Rüstəm Niftəliyevin sözlərinə görə, 2023-cü ilin yay aylarından hadisə baş verən vaxtadək Əhmədlə bacısı Elmira arasında hər hansı mübahisənin baş verib-verməməsi, Əhmədin ümumiyyətlə bacısıgilə gedib-getməməsi barədə məlumatı yoxdur.

O qeyd edib ki, 13 fevral 2024-cü ildə Bakı şəhərində yaşadığı evdə olub: "Mehman Əhmədovla eyni binada yaşayan xalası qızı Nəzrin telefonla zəng edərək dedi ki, Əhməd atası, anası və qardaşını qətlə yetirib. Mən də Elmiradan narahat olduğum üçün ona zəng vurdum. Lakin Elmira telefona cavab vermədi. Dərhal hadisənin baş verdiyi Xətai rayonu, General Şıxlinski küçəsindəki binaya getdim. Orada Elmira və Ülviyyənin yerini soruşdum.

Daha sonra Elmiranın yaşadığı mənzilə çıxdım. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən mənzilin qapısı sındırıldı. İçəridə Elmira və Ülviyyənin meyitləri aşkar olundu. Bəlli oldu ki, bütün qətl cinayətlərini Əhməd Əhmədov törədib".

Rüstəm Niftəliyev qeyd edib ki, Əhmədlə cəmi bir neçə dəfə ünsiyyətdə olub: "Əhməddə az da olsa əqli gerilik əlamətlərini müşahidə etmişəm. Özünü sakit aparsa da, suallara gec cavab verirdi. Ailə üzvlərinin dediklərinə görə, idman yarışı vaxtı xəsarət aldığı üçün beynində pozuntu yaranmışdı. Amma Əhmədin şizofreniya xəstəsi olduğunu bilməmişəm".

Rüstəm Niftəliyev ifadəsinin sonunda təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra mərhum Mehman Əhmədovun xalası oğlu Vüqar Əhmədov şahid qismində ifadə verib. O bildirib ki, hadisəni eşidəndən sonra ora gedib. Onun sözlərinə görə, ailə qapalı olub, bu səbəbdən daxildə baş verənlərdən heç bir məlumatı olmayıb.

Vüqar Əhmədov qeyd edib ki, mərhum Mehman Əhmədovla münasibətləri yaxşı olub.

Digər şahidlərin ifadəsi dinlənildikdən sonra işdə olan sənədlərin tədqiqi mərhələsi başlanıb.

İşdə olan sənədlərdən məlum olur ki, bundan əvvəl Əhməd Əhmədov ağır cinayət törədib. O, 2016-ci ildə Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham edilib və həmin cinayət işinə 2017-ci ildə xitam verilib.

Bundan başqa sənədlərdə qeyd olunub ki, Əhməd Əhmədov sürücülük vəsiqəsi alıb, həkim rəyinə görə, o sağlam olub.

Sənədlərin tədqiqi mərhələsi başa çatdıqdan sonra dövlət ittihamçısı Ziya Mansurov çıxış edib. O bildirib ki, Əhməd Əhmədovun cinayətləri anlaqsız vəziyyətdə törətməsi tam sübuta yetirilib. Bu əməlləri ilə o, Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşüb. Əhməd Əhmədovun şizofreniyadan əziyyət çəkdiyi sübuta yetirilib.

Prokuror Əhməd Əhmədovun cəzadan azad olunması, barəsində məcburi müalicə təyin edilməsini tələb edib.

Zərərçəkmiş şəxslərin hüquqi varisləri prokurorun çıxışı ilə razı olduqlarını deyiblər.

Daha sonra müşavirə keçirən hakimlər məhkəmənin qərarını açıqlayıblar. Qərara görə, kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizaların rəylərinə əsasən, təqsirləndirilən Əhməd Əhmədovun hadisə baş verən zaman anlaqsız vəziyyətdə olması müəyyən edilib.

Qərarda göstərilir ki, Əhməd Əhmədov ittiham olunduğu maddələr üzrə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edilib. O, cinayət məsuliyyətindən azad olunub.

Əhməd Əhmədovun barəsində Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib.

Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.

Əhməd Əhmədovun barəsində prokurorluq tərəfindən məhkəyə göndərilən qərarda göstərilib ki, dəhşətli qətl hadisəsi bu il fevralın 13-də baş verib. Əhməd Əhmədov 1972-ci il təvəllüdlü atası Mehman Əhmədov, 1977-ci il təvəllüdlü anası Pikə Əhmədova, 1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədova, 2021-ci il təvəllüdlü azyaşlı bacısı qızı Ülviyyə Niftəliyeva və 2015-ci il təvəllüdlü azyaşlı qardaşı Məhəmməd Əhmədovu aşkar surətdə köməksiz vəziyyətdə, xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilib.

Qərardan məlum olub ki, Əhməd Əhmədovun uşaqlıqdan psixoloji durumu normal olmayıb. Onun şizofreniyadan əziyyət çəkdiyi sübuta yetirilib.

Əhməd orta məktəbdə 9-cu sinifə kimi təhsil alıb, hərbi xidmətə yararsız hesab edilib. Yaxınlarının köməyi ilə Moskva şəhərində hansısa universitetdə ali təhsil alıb.

Qərara görə, Əhməd Əhmədov ailə üzvlərini öldürməsinin səbəbini ailədə onu heç kimin saymaması, ona diqqət göstərməməsi ilə izah edilib. Ailəsi ona ayrıca ev alıb, həmin evdə tək yaşayıb.
İstintaq sənədlərinə görə, o, tək yaşadığı üçün ailə üzvləri ilə münasibətləri normal olmayıb. Amma hadisə günü atası Mehman Əhmədov onu öz evinə gətirib.

Əhməd atası səhər yeməyi hazırlayan vaxt qəfil onu öldürmək fikrinə düşüb. Qatil oğul evdə atasını tək olanda öldürüb.

Atası öləndən sonra onun avtomobilinin açarını götürərək evdən çıxıb və maşına minib birbaşa bacısı Elmiranın evinə gedib. Elmira qapını açan kimi Əhməd əlindəki bıçaqla onu da öldürüb. Əhməd azyaşlı bacısı qızını öldürmək istəyərkən əlindəki bıçaq qırılıb. Buna baxmayaraq evin mətbəxindən başqa bıçaq götürərək uşağı da öldürüb. O, bıçaqları meyitlərin yanına atıb, avtomobillə atasını öldürdüyü evə qayıdıb.

Əhməd evin həyətindəki marketdən siqaret almaq istəsə də, satıcı əlinin qanlı olduğunu görüb ona siqaret verməyib.

Marketdən çıxdıqdan sonra anası Pikə və qardaşı Məhəmmədin evə gəldiyini görüb. Yaxınlıqdakı mağazadan 20 manata balta alan Əhməd ana və qardaşını həmin balta ilə öldürüb.İstintaq materiallarına görə, balta ilə əvvəl anasını sonra da qardaşını öldürüb. İşini bitirdikdən sonra baltanı evin şkafında gizlədib.

Qeyd olunub ki, dəhşətli qətllərin törədildi ərazidə polis əməkdaşları olub. Orada olan Əhmədin özünü şübhəli aparması nəticəsində saxlanılıb. Dəhşətli qətllərin üstü açılıb.

Qeyd edək ki, Əhmədin əvvəllər cinayət törətməsi ilə bağlı istintaq heç bir məlumat əldə etməyib. O, qısa müddət atasının aldığı avtomobillə taksi fəaliyyəti ilə məşğul olub. Ondan əvvəl isə barmen və ofisiant işləyib.

İstintaq zamanı təyin olunmuş kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizaların rəylərinə əsasən, təqsirləndirilən şəxs Əhməd Əhmədovun hadisə baş verən zaman anlaqsız vəziyyətdə olmasına, həmçinin cəmiyyət üçün təhlükəli olmasına əsaslı şübhələr müəyyən edildiyindən onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat başlanıb.

Əhməd Əhmədova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub.Barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxənası” publik hüquqi şəxsinə yerləşdirilib.


Oxunub: 347
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 19:19 | BMT-də dünya xəritəsinin dəyişdirilməsi məsələsi səsverməyə çıxarılacaq
    Bu gün, 15:00 | Partlayış baş verən Goranboyda vəziyyət necədir? - RƏSMİ
    Bu gün, 14:39 | Renat Dadaşovun yeni klubu bəlli oldu
    Bu gün, 14:37 | Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Bu gün, 12:42 | Temperatur 35 dərəcəyə kimi yüksələcək
    Bu gün, 12:39 | Niyaməddin Musayevin 85 illik yubileyinə həsr olunmuş tədbir...
    Bu gün, 12:36 | Gömrük Komitəsinin sabiq əməkdaşı Azərbaycana verilir
    Bu gün, 12:31 | Azərbaycanlı biznesmen ticarət mərkəzi aldı
    Bu gün, 12:27 | Bakıda piyada ölümü – Anbaan video
    Bu gün, 12:25 | Kiprdə gəmi qəzasında ölənlərin sayı artdı
    Bu gün, 12:16 | Növbəti güzəştli mənzil satışı nə vaxt olacaq?
    Bu gün, 11:56 | Xaricdən gətirilən maşınlarla bağlı prosedurlar sadələşdirilir
    Bu gün, 11:53 | “Azərsun Holdinq” bu mövzuda təlim keçirdi
    Bu gün, 11:50 | İranda silahlı qarşıdurma: ölənlər var
    Bu gün, 11:44 | İmtahanlarda PİSA tipli tapşırıqlar tətbiq edilə bilər
    Bu gün, 09:44 | Hərbi xidmətdən möhlət alan şəxslər - Qanun nə deyir? - VİDEO
    Bu gün, 09:40 | Yusif Dursunov yeniyetmələr arasında ağır çəkidə ilk Avropa çempionu olaraq adını tarixə yazdırdı
    Bu gün, 09:07 | Misli Premyer Liqasında IV tur başlayır: "Qəbələ" "İmişli"yə, "Kəpəz" "Şamaxı"ya qarşı
    Bu gün, 09:02 | Qayda-qanundan danışan Səidə Bəkirqızı ardıcıl qayda pozdu - VİDEO
    Bu gün, 07:58 | Bəzi ərazilərdə işıq olmayacaq
    Bu gün, 07:57 | Dərnəgül tikinti bazarı hara köçürüləcək? - VİDEO
    Bu gün, 07:55 | Almaniyada bu dəfə hərbi zavod yandırıldı
    Dünən, 21:18 | İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTOLAR
    Dünən, 21:09 | Gerçək səbəb bu imiş... Şəhərdə otel tapa bilmədilər, millinin oyununu Bakıya “köçürdülər”
    Dünən, 21:02 | MOSKVADAN BAKIYA UÇUŞLAR DAYANDI - Reyslər təxirə salınır
    Dünən, 21:00 | 3 uşağı olan ailələrə şad xəbər - Müavinət...
    Dünən, 20:57 | Ölkəmizə qarşı dezinformasiya kampaniyası aparılır - Bəyanat
    Dünən, 20:51 | Ayxan Mirzəzadə Avropa çempionu oldu
    Dünən, 17:27 | Şagirdlərin yerdəyişməsi prosesi bu tarixdə dayandırılacaq
    Dünən, 17:25 | Bakının 111 küçəsində təmir aparılacaq: işlər nə vaxt yekunlaşacaq? – VİDEO
    Dünən, 17:23 | ETSN 156 minlik müqavilə imzaladı
    Dünən, 17:22 | Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə neçə nəfər qəbul olub?
    Dünən, 16:40 | Ağstafada İcra başçısının sentyabr ayı üzrə vətəndaşlarla keçirilən ilk səyyar görüşü rayonun Düz Qışlaq kəndində olub
    Dünən, 16:03 | Direktor məktəbin avadanlıqlarını söküb evinə aparıb? - AÇIQLAMA
    Dünən, 12:40 | Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Dünən, 12:35 | "Ağstafa Gəncləri"nin qələbəsindən - VİDEO
    Dünən, 12:26 | Daha bir klub ev oyunlarını Şamaxıda keçirəcək
    Dünən, 12:24 | Torpaq uğrunda canını qıyana BİR QARIŞ TORPAĞI DA QIYMIRLAR... - GİLEY
    Dünən, 12:19 | “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    Dünən, 10:39 | Səhiyyə Nazirliyi adından saxta vakansiya ilə vətəndaşları aldadanlar CƏZALANDIRILDI – RƏSMİ/ÖZƏL
    Dünən, 10:37 | "Guya yoxlanılır və məhsul uyğunsuz məhsul çıxarılır..." - NARAZILIQ VAR...
    Dünən, 10:34 | 8 saatlıq mikrocərrahi əməliyyat: Həkimlər 3 yaşlı uşağın qopmuş əlini xilas etdi - (Foto)
    Dünən, 10:32 | Azərbaycan – Litva matçının yeri dəyişdirildi - Gəncədə olmayacaq
    Dünən, 10:23 | Azərbaycan neftinin qiyməti bahalaşıb
    Dünən, 10:20 | İrana qarşı hərbi əməliyyatlar 2027-ci ilədək uzana bilər
    Dünən, 10:01 | 167 saylı məktəbdə təmir üçün valideynlərdən pul yığılır? - İTTİHAM VAR...
    Dünən, 09:50 | Uşaqların telefon istifadəsi ilə bağlı VACİB XƏBƏRDARLIQ: Hər əlavə saat riski artırır
    Dünən, 09:48 | "İşləri abonentlərin ciblərinə girməkdir..." - İTTİHAM VAR...
    Dünən, 09:14 | Anasını amansızlıqla öldürən şəxs: “Onu “TikTok”da yazışmalara görә qətlə yetirdim, namusumu təmizlədim” – TƏFƏRRÜAT
    Dünən, 09:10 | 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.