Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırıldılar
Ermənistan hökuməti sentyabrın 26-da keçirilən iclasında ehtiyatda olan hərbçilər üçün təlimlərin keçirilməsi ilə bağlı qərar qəbul edib. Mediaxeberleri.Az Ermənistan mediasına istinadən xəbər verir ki, sənədə əsasən, təlim-məşq toplanışı 2024-cü il oktyabrın 15-dən dekabrın 20-dək keçiriləcək. Tədbirin əsas məqsədi ehtiyatda olan hərbi qulluqçuların peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və onların döyüş növbətçiliyinə hazırlığının artırılmasıdır. Bildirilir ki, hər bir iştirakçı 25 gündən çox olmayan müddətə təlim-məşq toplanışına cəlb olunacaq.
Oxunub: 203
Xəbəri paylaş
Paylaş: