Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?

Son xəbərlər :
  • Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq
  • İlin ən yaxşı gənc futbolçusu bəlli oldu
  • Trombdan qorunmaq üçün səhərlər bunu edin!
  • 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
  • Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
  • Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
  • Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
  • Keçmiş icra başçısı Rusiyada vəfat etdi
  • 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
  • Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
  • Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
  • Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
  • Dövlət başçısından daha bir SƏRƏNCAM
  • Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
  • YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
  • Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
  • Qarabağ qazisi vəfat etdi
  • Həyətdəki ağacı kəsdi: arvadı faciəvi şəkildə öldü
  • Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı
  • İranda Azərbaycan dilində tədris aparılan bir məktəb yoxdur – Nazirlik
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“Attestatla qəbul” tələsinə düşənlər: Kimdir günahkar?

  • Tarix: 7-09-2024, 12:04

Ali məktəblərə qəbul imtahanlarının da, ixtisas seçimlərinin də həyəcanı başa çatdı. Universitetlərə qəbul ola bilməyənlər kədərlənməklə yanaşı, tələbə olmaqdan ötrü alternativ yollar axtarışındadırlar. Bu cəhdlər təkcə boş qalan plan yerlərinin ixtisas seçimi ilə məhdudlaşmır, daha çox xarici ölkələrin ali məktəblərində oxumaq arzuları ilə meydana çıxır. Elm və Təhsil Nazirliyinin akkreditasiya siyahısında olmayan, Türkiyə, Ukrayna və Rusiyanın aşağı reytinqli, tanınmayan ali məktəblərinə daxil olmaq üçün yarış başlayır. Vasitəçi şirkətlər də gəncləri diplomu ölkəmizdə tanınmayan, attestatla qəbul aparan universitetlərə şirnikləşdirirlər. Təbii ki, bu tora düşənlər də az deyil.
Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi bəyan edib ki, xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır: “İddiaçılara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd tanınma müddətində heç bir rol oynamır”.

Təhsil məsələləri üzrə ekspertlər xaricdə təhsilin zərərli tərəflərinin də olduğunu gizlətmirlər.

“Sadəcə attestatla qəbul” təklifləri

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova hesab edir ki, öz ölkəmizdə imtahandan uğur qazanmayan gənc başqa ölkədə də buna müvəffəq olmur: “Valideyn fikirləşir ki, övladım imtahandan keçmədisə, xaricdə “sadəcə attestatla qəbul” təkliflərinə yönəlməliyəm. Təcrübəmizdən görürük ki, bu cür gənclərin 90%-i həmin ölkələrdəki təhsil müəssisələrində illərlə vaxt itirib, sonra da diplom ala bilmədən ölkəmizə geri qayıdırlar”. G.Əkbərova bildirir ki, bu cür universitetlərin bəziləri dərs keyfiyyətinin aşağılığına və bir çox fərqli faktorlara görə dünya ölkələri tərəfindən tanınmır, ölkəmizdə də akkreditasiyası yoxdur: “Belə universitetlərin hər zaman bir işbaz dəstəsi olur və bir çox gözboyayıcı vədlərlə valideynləri “yanlış yön”ə çəkməyi bacarırlar. Valideyn fikirləşir ki, problemsizdir. Gənc bitirib qayıdır, lakin diplom tanınmır. Nəticədə valideynlər verilmiş vədlərin qurbanına çevrilməklə yanaşı, öz övladlarının da həyatını alt-üst edirlər. Dövlət qurumları tərəfindən bu cür universitetlərin siyahısının açıq qaynaqlı paylaşılmasına baxmayaraq, yenə də maariflənməyən onlarla valideyn bu “tələ”yə düşür”. İŞ katibinin fikrincə, bəzən də valideynlər əsgərlik yaşına çatmış övladlarını müəyyən müddətlik məcburi hərbi xidmətdən yayındırmaq məqsədi ilə bu yollara baş vururlar”.

“Nə olursa-olsun, daxil olum...”

Təhsil məsələləri üzrə ekspert Vaqif Fətullayev hesab edir ki, ölkədə ali məktəblərə qəbul olmayan gənclərin xaricdə təhsilə can atmasının əsas səbəbi stereotiplə - valideynlərin və ya qohumların qınağı ilə bağlıdır: “İmtahanlarda uğur qazana bilməyən gənclər özlərini bir qədər təzyiq altında hiss edirlər. “Nə olursa-olsun, attestatla da olsa, lap diplomu tanınmasa belə, istənilən universitetə daxil olum”, - deyə düşünürlər. Digər səbəb oğlanların hərbi xidmətdən müəyyən qədər möhlət almaq istəməsi ilə bağlıdır”. Ekspertin fikrincə, xarici ölkələrdə yüksək reytinqli universitetlərə qəbul almaq bir qədər çətindir: “O ali məktəblərin dil bilgisi və müəyyən qəbul şərtləri var. Onların şərtlərini ödəyə bilmədikləri üçün əksər gənclər az reytinqli universitetlərə daha asan qəbul olmaq yolunu seçirlər. Məsələn, attestatla Türkiyə, Ukrayna və ya Rusiyada tanınmayan, kollec səviyyəli ali məktəblərə daxil olurlar. Sonra da diplomları tanınmır. Onlar mütəmadi olaraq “təhsil aldıqları” ölkədə olmur, tədris dilini də bilmirlər”. V.Fətullayevin fikrincə, belə halların qarşısını almaq üçün güclü maarifləndirməyə ehtiyac var: “İnsanlar başa düşməlidir ki, ali məktəbə qəbul olmamaq, diplom qazanmamaq həyatın sonu deyil, başqa alternativlər var. Onlar peşə təhsilinə yönələ, yaxşı peşə öyrənə bilərlər. Hesab edirəm ki, bu istiqamətdə “Məsləhət xidmətləri”nin təkmilləşdirilməsi yaxşı olar. Həmçinin 9-11 siniflərdə bu yöndə maarifləndirmə işi təşkil olunmalı, valideynlərə təlimlər keçirilməlidir”.

V.Fətullayev distant təhsil infrastrukturunun formalaşdırılmasını da məqsədəuyğun hesab edir: “Gənclər xaricdə əhəmiyyətli təlim proqramlarını mənimsəyə və sertifikatlar əldə edə bilərlər. Bu infrastrukturun formalaşdırılması, elə bilirəm, bu kimi halların qarşısının alınmasına dəstək ola bilər”.

Mövcud bazara uyğun peşələr axtarılmalıdır

Azərbaycan “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Tural Əfəndiyevin sözlərinə görə, Türkiyənin reytinq sıralamasında ilk yerdən son yerə qədər yer alan universitetlərin diplomu ölkəmizdə tanınır: “Türkiyə universitetlərində əyani təhsil alan Azərbaycan vətəndaşları məzun olduqdan sonra diplomları birmənalı olaraq tanınır. Əgər distant formada təhsil alıbsa, Azərbaycan qanunvericiliyinə görə diplom tanınmır. Düzdür, Türkiyə universitetlərinə attestatla, daha rahat imtahan formatları ilə də qəbul aparılır. Ancaq tələbənin oxumaq qabiliyyəti aşağıdırsa, o, Türkiyə universitetlərindən rahatlıqla məzun ola bilmir. Çünki qəbul olmaq nə qədər asandırsa, universiteti bitirmək o qədər çətindir. Çox rastlaşılan haldır: tələbə 8 il ilişib qalır, amma ikinci kursu belə tamamlaya bilmir”.
Rusiya və Ukrayna universitetlərinə gəlincə, TUMİB sədri bildirir ki, əgər həmin universitetlər Elm və Təhsil Nazirliyinin akkreditasiya siyahısında yer alıbsa, onların da diplomları tanınır. Amma müəyyən proseslərdən keçməlidir: “Məlumdur ki, Rusiya və Ukrayna universitetlərinin təhsilində hələ də xoşagəlməz hallar mövcuddur. Tələbələr universitetlərə adlarını yazdırır, hər hansı “şirinlik” müqabilində 4 ildən sonra diplom alırlar. Müəyyən dövrdə ora gedən insanlar olur, təhsil aldıqları dili bilmirlər, ölkədə olmurlar. Təbii ki, onların diplomları tanınmayacaq”.

T.Əfəndiyev imtahanlardan kəsilən və aşağı nəticə göstərən gənclərə məsləhət görür ki, peşə təhsilinə üz tutsunlar: “Əksər peşə sahələrində ciddi problemlər yaşanır. Avtomobil ustası, aşpaz, şirniyyat ustası peşələrinə ciddi ehtiyac var”.


Oxunub: 1 255
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 07:25 | Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq
    Bu gün, 07:24 | İlin ən yaxşı gənc futbolçusu bəlli oldu
    Bu gün, 07:23 | Trombdan qorunmaq üçün səhərlər bunu edin!
    Dünən, 18:12 | 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
    Dünən, 18:09 | Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
    Dünən, 18:08 | Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
    Dünən, 18:06 | Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
    Dünən, 17:26 | Keçmiş icra başçısı Rusiyada vəfat etdi
    Dünən, 15:55 | 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
    Dünən, 14:22 | Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
    Dünən, 14:12 | Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
    Dünən, 13:45 | Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
    Dünən, 13:44 | Dövlət başçısından daha bir SƏRƏNCAM
    Dünən, 13:42 | Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
    Dünən, 13:23 | YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
    Dünən, 13:21 | Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
    Dünən, 13:10 | Qarabağ qazisi vəfat etdi
    Dünən, 12:57 | Həyətdəki ağacı kəsdi: arvadı faciəvi şəkildə öldü
    Dünən, 12:54 | Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı
    Dünən, 12:50 | İranda Azərbaycan dilində tədris aparılan bir məktəb yoxdur – Nazirlik
    Dünən, 12:45 | Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
    Dünən, 12:43 | EYNİ DƏRMAN APTEKLƏRDƏ NİYƏ FƏRQLİ QİYMƏTƏ SATILIR? - Tarif Şurasından açıqlama
    Dünən, 12:40 | U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib
    Dünən, 12:34 | Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
    Dünən, 12:32 | Tibb xidməti leytenantı Adil Əfəndiyevin əziz xatirəsi ehtiramla anıldı
    Dünən, 11:50 | 14 İCRA HAKİMİYYƏTİNDƏ MİLYONLUQ YEYİNTİLƏR – Vəsaitlər necə mənimsənilib?
    Dünən, 11:42 | İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi
    Dünən, 11:38 | BŞİH: Ağacların kəsilməsində qayda pozuntusuna yol verən əməkdaş işdən azad edilib
    Dünən, 10:01 | Bakıda deputatın oğlunun da olduğu cinayətkar birliyin fəaliyyəti ilə bağlı RƏSMİ MƏLUMAT
    Dünən, 09:27 | Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video
    Dünən, 09:24 | Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
    Dünən, 09:19 | Qubadlı əməliyyatının az bilinən detalları: Xanlıqda nə baş verib? - Video
    Dünən, 09:14 | Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Dünən, 09:07 | Məktəb dərsliklərində plagiat iddiası: Nazirlikdən açıqlama - Video
    Dünən, 09:05 | Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştat boş qalıb? - Video
    Dünən, 09:01 | Netanyahu İrandan danışdı, nüvə partlayışını əks etdirən görüntü paylaşdı - Foto
    25-10-2026, 20:08 | "Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
    25-10-2026, 16:33 | Ukraynadan Rusiya ordusuna ağır zərbə
    25-10-2026, 14:56 | Altı il öncə bu gün – 25 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR
    25-10-2026, 14:34 | Azərbaycan Premyer Liqasında IX tur başa çatır: "Sabah" "Qarabağ"ı qəbul edir
    25-10-2026, 13:43 | Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı
    24-10-2026, 22:36 | “Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
    24-10-2026, 22:34 | Millimizdən dünya çempionatında böyükhesablı qələbə
    24-10-2026, 21:48 | Bəzi tibb işçilərinin maaşına 50 faizədək əlavə veriləcək
    24-10-2026, 21:37 | Məşhurlar ən çox bu kokteyli içir
    24-10-2026, 21:34 | Kafedəki dəhşətli qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir?
    24-10-2026, 21:30 | Çay içənlərə XƏBƏRDARLIQ
    24-10-2026, 21:25 | 10 yaşlı uşağa təcavüz edən "Akula Akif"in dəhşətli cinayəti: "Cinlər məni yoldan çıxardı"
    24-10-2026, 21:20 | Zeytun Festivalının açılışı olub - Foto
    24-10-2026, 20:55 | “Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.