Mediaxeberleri.az
    
  • Səməd Vurğunun pianoçu nəticəsi: Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb - MÜSAHİBƏ
    Səməd Vurğunun pianoçu nəticəsi: Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb - MÜSAHİBƏ
  • 
  • Tiflisdə öldürülən Fatimə ilə bağlı rəsmi açıqlama
    Tiflisdə öldürülən Fatimə ilə bağlı rəsmi açıqlama
  • 
  • Bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
    Bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
  • 
  • Təhsil işçilərinə şad xəbər: İctimai nəqliyyatda ödənişlərin 10%-i geri qaytarılacaq
    Təhsil işçilərinə şad xəbər: İctimai nəqliyyatda ödənişlərin 10%-i geri qaytarılacaq
  • 
  • Səfərbərlik Xidmətinin vəzifəli şəxsinin cinayət işi məhkəməyə göndərildi
    Səfərbərlik Xidmətinin vəzifəli şəxsinin cinayət işi məhkəməyə göndərildi
  • 
  • Bibisi qızının ərinə xəyanət etdiyini düşünərək ona 35 bıçaq zərbəsi vurdu, digərini öldürdü: “Tez ölməsini istəyirdim”
    Bibisi qızının ərinə xəyanət etdiyini düşünərək ona 35 bıçaq zərbəsi vurdu, digərini öldürdü: “Tez ölməsini istəyirdim”
  • 
  • Tanışına 3 bıçaq zərbəsi vuran şəxsə 6 il 6 ay həbs cəzası: “Özümü müdafiə etdim”
    Tanışına 3 bıçaq zərbəsi vuran şəxsə 6 il 6 ay həbs cəzası: “Özümü müdafiə etdim”
  • 
  • Bölgələrə yenə güclü yağış yağır - hava haqqında
    Bölgələrə yenə güclü yağış yağır - hava haqqında
  • 
  • Bəzi rayonlara leysan yağır
    Bəzi rayonlara leysan yağır
  • 
  • İcra başçısı onu özünə müavin təyin etdi
    İcra başçısı onu özünə müavin təyin etdi
  • 
  • Xroniki stress bağırsaqlara necə təsir edir? - Bu əlamətlərə diqqət
    Xroniki stress bağırsaqlara necə təsir edir? - Bu əlamətlərə diqqət
  • 
  • İlham Əliyev İordaniya baş nazirinin müavinini qəbul etdi
    İlham Əliyev İordaniya baş nazirinin müavinini qəbul etdi
  • 
  • Psixiatr xəbərdarlıq edir: "Artıq çəki beyinin fəaliyyətini zəiflədir"
    Psixiatr xəbərdarlıq edir: "Artıq çəki beyinin fəaliyyətini zəiflədir"
  • 
  • Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı – MƏHKƏMƏ
    Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı – MƏHKƏMƏ
  • 
  • Dünyanın aparıcı media resursları IV Şuşa Qlobal Media Forumundan nə yazdılar? - VİDEO
    Dünyanın aparıcı media resursları IV Şuşa Qlobal Media Forumundan nə yazdılar? - VİDEO
  • 
  • Qazaxda icra başçısı şəhidin evində aparılan təmir işlərinin mövcud vəziyyəti ilə yerində maraqlanıb
    Qazaxda icra başçısı şəhidin evində aparılan təmir işlərinin mövcud vəziyyəti ilə yerində maraqlanıb
  • 
  • Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
    Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
  • 
  • Dərinləşən Bakı-Berlin əlaqələri: Siyasi, iqtisadi və rəqəmsal inkişaf prioritetləri
    Dərinləşən Bakı-Berlin əlaqələri: Siyasi, iqtisadi və rəqəmsal inkişaf prioritetləri
  • 
  • Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür - VİDEO
    Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür - VİDEO
  • 
  • Ağstafada “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü”nün 151-ci il dönümü münasibəti ilə media nümayəndələri ilə görüş təşkil olunub
    Ağstafada “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü”nün 151-ci il dönümü münasibəti ilə media nümayəndələri ilə görüş təşkil olunub
  • 
  • Tanışını Xankəndidən iribuynuzlu heyvan gətirəcəyi vədi ilə aldatdı - 17 min manatlıq dələduzluq
    Tanışını Xankəndidən iribuynuzlu heyvan gətirəcəyi vədi ilə aldatdı - 17 min manatlıq dələduzluq

Son xəbərlər :
  • Nikol Paşinyan yenidən Ermənistanın Baş naziri təyin edildi
  • Bilgəhdə 21 yaşlı gənc dənizdə batdı
  • Paylaşımlarına görə psixiatriya xəstəxanasına yerləşdirildi
  • Güləşçimiz gümüş medal qazandı
  • Tovuzda minik avtomobili yük maşınına çırpılıb: Xəsarət alan var - FOTO
  • Təhsil tələbə krediti ilə bağlı VACİB XƏBƏR: Müraciətlər başladı
  • Şəkidə bədbəxt hadisə: 58 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü
  • Azərbaycanda 36 yaşlı məşqçi VƏFAT ETDİ - FOTO
  • Həftənin ilk iş günü hava necə olacaq? - 03.08.2026
  • Moskvada restorana bomba aparan qadının törətdiyi partlayışda ölənlərin sayı artdı
  • Xalq şairi Nəriman Həsənzadə son mənzilə yola salındı - FOTO - VİDEO
  • Nəriman Həsənzadənin oğlundan təsirli çıxış - VİDEO
  • Anar Nəriman Həsənzadə ilə bağlı xatirələrini bölüşdü: "O səsi bir daha eşidə bilməyəcəyəm"
  • Nizami Cəfərov: "Nəriman Həsənzadə minillik Azərbaycan poeziyasının və ədəbiyyatının ən böyük hadisələrindən biridir"
  • Kartdan karta köçürməyə gündəlik limit qoyuldu
  • Nəriman Həsənzadə ilə vida mərasimi keçirildi
  • Goranboyda 33 yaşlı kişi qətlə yetirildi, Atası saxlanıldı
  • İkram Kərimov vəfat etdi
  • Tofiq Musayev UFC-də növbəti qələbəsini qazanıb
  • Çətinliklə yuxuya gedənlərdə insult riski çox artır – Diqqət
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Ulu xəzinənin, nadir səslərin, şanlı tarixin saxlancı Beynəlxalq Muğam Mərkəzi - MÜSAHİBƏ

  • Tarix: 26-08-2024, 13:46

Bakıda, dənizkənarı Milli Parkda müasir üslubda inşa edilmiş möhtəşəm tikililərdən biri də Beynəlxalq Muğam Mərkəzidir (BMM). Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. 15 ildən çoxdur ki, Beynəlxalq Muğam Mərkəzində gənc ifaçılar Azərbaycan musiqi mədəniyyətinin mühüm qismini təşkil edən muğam sənətinin incəliklərinə yiyələnirlər. Mərkəzdə görkəmli muğam ustalarının konsertləri, muğam gecələri, beynəlxalq konfrans və festivallar təşkil olunur. Bir sözlə, Azərbaycan muğamının dünyada geniş təbliği məqsədilə yaradılmış bu mərkəz öz missiyasını uğurla yerinə yetirir.

AZƏRTAC-ın əməkdaşı hər il bir-birindən fərqli layihələrlə tamaşaçıların görüşünə gələn Beynəlxalq Muğam Mərkəzində olub, mərkəzin direktoru, Əməkdar artist , tarzən Sahib Paşazadədən müsahibə alıb

-Sizin ölkəmiz üçün xüsusi önəm daşıyan mədəni tədbir və festivallarda, müxtəlif musiqi tədbirlərində solo çıxışlarınız böyük maraqla qarşılanır. Həm solo ifaçısı kimi fəaliyyət göstərmək, həm də mərkəzə rəhbərlik etmək vaxt baxımından çətinlik yaratmır ki?

- Azərbaycanın milli musiqi mədəniyyətinin inkişafında müstəsna yer tutan alətlər sırasında tarın öz yeri var. Tar dünya ictimaiyyətini Azərbaycan musiqi səsinin sehrinə salmağı bacarıb. Tar bizim milli kökümüz, kimliyimiz, xalqın səsini dünyaya çatdıran bir musiqi aləti olaraq hər zaman var olacaq! Ata-babadan bizə yadigar qalan tarzənlik sənəti bu gün layiqincə yaşadılır. XX əsrdə tar sənətinin mahir biliciləri, bu alətin gözəl ifaçıları yetişib. Qurban Pirimov, Bəhram Mansurov, Hacı Məmmədov, Həbib Bayramov, Əlikram Hüseynov, Sərvər İbrahimov, Ramiz Quliyev, Ağasəlim Abdullayev, Möhlət Müslümov, Zamiq Əliyev və s. fədakar insanlar hesabına daim inkişaf edib. Mən də bu ənənəni layiqincə yaşatmağa və tar ifaçılığı sənətini gələcək nəsillərə ötürməyə çalışıram. Bunu özümə borc bilirəm. UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına salınmış Azərbaycan tar ifaçılığı sənətini yaşatmaq, gələcək nəsillərə ötürmək biz ifaçıların ən ümdə vəzifəsidir. Solo ifaçısı olaraq milli musiqi alətimiz olan tarı həm ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda beynəlxalq festivallarda, tədbirlərdə layiqincə təbliğ etməyə, tanıtmağa çalışıram.

Sözsüz ki, Beynəlxalq Muğam Mərkəzinə rəhbər təyin olunduqdan sonra bir müddət vaxt “qıtlığı” yaşadım, amma artıq hər şey qaydasındadır. Hər iki işin məsuliyyətini anlayaraq onları vaxtı-vaxtında yoluna qoymağa çalışıram. Əgər insan qarşısına məqsəd qoyursa ki, bu işləri görəcəyəm, mütləq istəyinə nail olur.

- Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başladığı vaxtdan 15 ildən artıq vaxt ötür. Ötən müddət ərzində burada irili-xırdalı çoxlu tədbirlər keçirilib. Mərkəz Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğamlarımızın tanınması, təbliği istiqamətində nə kimi işlər görür?

-Milli mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin təbliği sahəsində həyata keçirilmiş layihələr arasında UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan muğamının dünyada geniş təbliği məqsədilə Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin yaradılması önəmli yer tutur. 2005-ci ildə Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görkəmli muğam ustaları ilə birlikdə dəyirmi masa keçirildi və Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alındı. 2005-ci il aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında Sərəncam imzaladı. Muğam ustaları ilə mütəmadi görüşlərin, məsləhətləşmələrin nəticəsi olaraq Beynəlxalq Muğam Mərkəzinin layihəsi tərtib edildi. 2005-ci il avqustun 24-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın, UNESCO-nun baş direktoru Koişiro Matsuuranın iştirakı ilə Dənizkənarı Milli Parkda Mərkəzin təməlqoyma mərasimi keçirildi. 2008-ci il dekabrın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Beynəlxalq Muğam Mərkəzinin açılışını ediblər.

Yarandığı gündən burada irili-xırdalı yüzlərlə tədbir keçirilib. Təkcə son dövrlərdə mərkəzdə bir sıra mühüm layihələr reallaşdırılıb. Bu işdə mərkəzin kollektivi çox yaxından iştirak edib. Hazırda yeni layihələrimizdən biri də “Azərbaycan muğamı” adlanır. Layihənin məqsədi klassik ifaçılıq məktəbimizin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə, ustad-şagird ənənələrinin qorunmasına dəstək olmaqdır. İl ərzində mütəmadi olaraq təşkil edilən ustad dərslərində muğamlarımız, onların şöbələri, tar, kamança ifaçılığı, çox nadir ifa olunan guşələr, onların ifa xüsusiyyətləri barədə məlumat verilir. Həmçinin layihə çərçivəsində “Muğam mühazirələri” gecələrinə başlanılıb. Muğam konserti şəklində təqdim olunan ədəbi-bədii gecələrdə muğam və qəzəlin bir-biri ilə bədii-estetik, lirik-emosional bağlılığı, qəzəllərin məzmunu, obrazlılığı, muğam musiqisinə təsiri mövzusunda çıxışlar dinlənilir. Qəzəl janrının muğam ifaçılığında əhəmiyyətindən danışılır, muğam dəsgahları və təsniflər təqdim olunur.

“Muğam mühazirələri” tanınmış xanəndə, pedaqoq, Əməkdar incəsənət xadimi Aqil Məlikovun təqdimatında, “Ustad dərsləri” isə qocaman tarzən, muğam bilicisi Elxan Müzəffərovun rəhbərliyi ilə gerçəkləşib. Onlar muğamların xüsusiyyətləri, qəzəl seçimi, təsniflərin işlənməsi, uyğunluğu barədə geniş məlumatlar verib və onları ifaları ilə dinləyiciyə çatdırıblar.

- Gənc muğam ifaçılarının mərkəzin səhnəsində çıxış etməsinə şərait yaradılırmı?

- Bildiyiniz kimi, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə 2005-ci ildən ölkəmizdə “Muğam” Televiziya müsabiqələri keçirilir. Hər il respublikamızın müxtəlif şəhər və rayonlarından müsabiqədə iştirak etmək üçün onlarla muğam həvəskarı müraciət edir. Təbii ki, bu qədər insanın müsabiqədə iştirakını təmin etmək mümkün deyil. Ona görə də müsabiqənin qəbul olunmuş şərtləri çərçivəsində iki turdan ibarət seçimlər aparılır. Muğam müsabiqəsinin keçirildiyi qısa zamanda televiziya ekranlarından bənzərsiz ifa tərzi ilə muğamsevərləri öz səsinin sehrinə salmağı bacaran onlarla gənc tanınır, sevilir. Sözsüz ki, bu musiqi yarışı ilk gündən sonadək demək olar ki, Beynəlxalq Muğam Mərkəzində təşkil olunur. Bu, olduqca çox gözəl ənənədir. Gənc muğam ifaçılarının yetişməsi mərkəzin əsas hədəflərindəndir. Biz də bu istiqamətdə çalışırıq.

Mərkəzdə keçirilən “Muğam mühazirələri”ni dinləmək üçün biz tədbirlərə daha çox Milli Konservatoriyanın, eləcə də konservatoriya nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin tələbələrini, musiqi məktəblərinin yuxarı sinif şagirdlərini dəvət edirik.

- Görkəmi muğam ustadlarının yubileylərində də gənc ifaçıların çıxışlarına şərait yaradılır...

- Bəli, qeyd etdiyiniz kimi, həmçinin biz muğamlarımızın bilicilərini, korifey sənətkarlarımız da unutmuruq, yaddan çıxarmırıq. BMM-nin müxtəlif layihələri var ki, bu layihələr bizim muğam korifeylərimizin irsinin təbliğinə, tanıdılmasına xidmət edir. “Dəyirmi masa” layihəsində biz elmi-tədqiqat xarakterli tədbirlərimizi təqdim edirik. Həmçinin səhnəmizdə konsert mövsümü müddətində görkəmli muğam ifaçılarımızın, sənətkarlarımızın yubiley tədbirləri keçirilir. Unudulmaz muğam ifaçılarımız, xanəndələr Xalq artisti Tələt Qasımovun 90 illiyi, Əməkdar artist Süleyman Abdullayevin 85, xanəndə və bəstəkar Qulu Əsgərovun 95 illiyi tədbirləri, həmçinin novator tarzən, professor, Əməkdar artist Həmid Vəkilovun anadan olmasının 75 illiyi, Əməkdar incəsənət xadimi, professor Məmmədağa Kərimovun 75 illik yubileyi və pedaqoji fəaliyyətinin 55 illiyinə həsr olunmuş tədbir, tarzən Zərif Qayıbovun xatirə gecəsi, eləcə də bu qəbildən olan neçə-neçə tədbirə gənc ifaçıları dəvət etmişik. Eyni zamanda, hazırda muğam sənətinin incəliklərini gənc nəslə öyrədən pedaqoq Xalq artisti Malik Mansurovun və digər tanınan pedaqoqların tələbələri ilə birgə konsertlərinin də mərkəzimizdə təşkili muğamsevərlər tərəfindən böyük maraqla qarşılanır. Məqsədimiz onların püxtələşib yetişməsinə təkan verməkdir. Biz, həmçinin belə tədbirlərə peşəkarlığı olsa da az tanınan ifaçıları da dəvət edirik. Bir sözlə, Beynəlxalq Muğam Mərkəzinin qapıları hər zaman istedadlı gənclərin üzünə açıqdır. Məqsədimiz muğam irsimizi yaşatmaq, gələcək nəsillərə ötürməkdir.

- Burada təkcə muğamlarımız deyil, bütövlükdə musiqinin müxtəlif janrları, eləcə də aşıq sənətinə həsr olunmuş tədbirlər də təşkil edilir. Həmin proqramlar mərkəzin profilinə nə dərəcədə uyğundur? Mərkəzin digər layihələri barədə də məlumat verərdiniz.

- Beynəlxalq Muğam Mərkəzində muğamlarımızla yanaşı klassik musiqi nümunələri, klassik əsərlər, fortepiano, skripka, violonçel ifaçıları, hətta caz musiqisinin tanınmış nümayəndələri, aşıq musiqisi səslənir.

Sözsüz ki, bura adından da göründüyü kimi, muğamlarımızla bağlı məkandır. Amma unutmamalıyıq ki, aşıq sənəti də bizim tarixi keçmişimizi yaşadır. Ona görə də bu, başa düşüləndir. Hər gün muğam konserti bəlkə də müəyyən qədər tamaşaçını yorar. Düşünürəm ki, keçirilən layihələr mütləq şəkildə rəngarəng olmalıdır.

Mərkəzin səhnəsində dünyanın müxtəlif yerlərindən - Rusiya, İtaliya, Almaniya və Fransadan klassik musiqi ifaçıları çıxış edir. Mərkəzdə musiqi gecələri, kvartetlər təşkil olunur. Həmçinin Beynəlxalq Muğam Mərkəzində görkəmli bəstəkarımız Fərəc Qarayevin 80 illik yubileyi keçirildi. Eyni zamanda, mərkəzdə bu ilin may ayında yeddi gün müddətində “Cadenza” orkestrinin ilk dəfə “Müasir musiqi günləri” festivalı təşkil olundu. Festivalda demək olar ki, dünyanın ən tanınmış bəstəkarlarının maraqlı əsərləri səsləndi. Çox maraqlı solistlər, vokal ifaçıları iştirak etdi. Yaponiya, Qazaxıstan, Özbəkistan, Rusiya və onlarla digər ölkələrin musiqiçilərinin səhnəmizdə çıxışları, folklor, milli və klassik musiqilərdən ibarət proqramları yaddaqalan konsertlər sırasındadır.

Həmçinin mərkəzin səhnəsində 2023-cü ilin oktyabr ayında caz festivalı keçirilib. Bizi yenə qarşıda həmin ənənəvi caz festivalı gözləyir. Hansı ki, dünyanın ən tanınmış musiqiçiləri bu festivalda iştirak edəcəklər.

Yeri gəlmişkən, onu da qeyd etməliyəm ki, burada poeziya gecələri də keçirilir, şəhidlərlə bağlı kitab, film təqdimatları olur. Mərkəzdə bir çox səfirliklər də tədbirlər keçirir. Beynəlxalq əlaqələrimiz də genişlənir. Müxtəlif ölkələrin musiqi kollektivləri, milli musiqisi, folklor nümunələri səhnəmizdə təqdim olunur. Onlar öz mədəniyyətini, mətbəxini Azərbaycan auditoriyasına təqdim edirlər.

Mərkəzdə rəngarəng tədbirlər təşkil olunur. Bu səbəbdən də hər zaman tamaşaçımız çox olur. Sevinirik ki, mərkəz belə gözəl tədbirlərə ev sahibliyi edir. Bizim bütün tədbirlərimiz və dəstək verdiyimiz layihələr Heydər Əliyev Fondunun muğama göstərdiyi diqqət və qayğı nəticəsində mümkün olur. Biz bu işi fəxr hissi duyaraq, məmnuniyyətlə görürük.

- Bu yaxınlarda Beynəlxalq Muğam Mərkəzi ilə Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutu arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu kimi sənədlər mərkəzin beynəlxalq əlaqələrinin inkişafına necə təkan verir?

- Bəli, iyun ayında Beynəlxalq Muğam Mərkəzi ilə Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutu arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu, Özbəkistanla bizim aramızda imzalanmış ikinci memorandumdur. Yaxın zamanda Özbəkistanla birgə qarşılıqlı tədbirlər, ustad dərslərinin keçirilməsi, seminarlar, konfranslar, konsertlər, eyni zamanda, müsabiqələrin təşkil olunması planlaşdırılır. Həmçinin ifaçılarımızın Özbəkistanda çıxışları, ustad dərsləri, Azərbaycan musiqisi haqqında təlimlər nəzərdə tutulur.

Belə sənədlər Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətinə çox böyük təkan verməkdədir. Bundan əvvəl Beynəlxalq Muğam Mərkəzi bir çox beynəlxalq təşkilatlarla, səfirliklərlə memorandumlar imzalayıb. Bu gün də həmin tendensiya davam edir. Yaxın gələcəkdə bu memorandumlar nəticəsində Muğam Mərkəzinin fəaliyyəti çoxşaxəli şəkildə davam edəcək.

Yeri gəlmişkən, onu da xatırladım ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə artıq 6-cı dəfə “Muğam aləmi” Beynəlxalq Muğam festivalı keçirilib. Festival çərçivəsində Türkiyə, İtaliya, Suriya, İraq, Çin, Mərakeş, Özbəkistan, İran, Misir, Hindistanın və digər ölkələrin musiqiçiləri Azərbaycana gəliblər. Festivalın keçirildiyi konsert salonları sırasında BMM-nin yer alması bizi çox sevindirir. Bu festival təkcə ölkələr deyil, həmçinin ifaçılar arasında geniş əməkdaşlıq imkanları yaradıb.

- Beynəlxalq Muğam Mərkəzi milli muğamlarımızın, milli musiqi alətlərimizin gənc nəslə tanıdılması, sevdirilməsi istiqamətində nə kimi işlər görür?

- Beynəlxalq Muğam Mərkəzinə daxil olan hər kəsi ilk andaca muğam korifeylərinin büstləri qarşılayır. Onların simaları daş büstlərə çevrilsə də, oxuduqları muğamlar insanların qəlbində canlı heykələ dönüb. O, daş büstlərin hər biri bir sənət xəzinəsi, bir sənət məbədidir. Bizim savadlı, peşəkar kollektivimizin üzvləri buraya üz tutan hər kəsə Azərbaycanın musiqisi, muğam ifaçıları haqqında ətraflı məlumatlar verirlər.

Eyni zamanda, mərkəzdə tez-tez gənc xanəndə və ifaçılar üçün ustad dərsləri təşkil olunur, həmçinin bayramlarda tələbələr üçün nəzərdə tutulmuş maarifləndirici proqramlarımız olur. Bilirsiniz ki, Muğam Mərkəzinin foyesində Azərbaycanın qədim musiqi alətlərindən ibarət muzey kolleksiyası var. Sentyabr ayından sonra muzeyin fəaliyyəti daha da genişləndiriləcək. Muzeyə tələbələr üçün giriş ödənişsiz olacaq. Muzeydə yer alan milli musiqi alətlərimiz barədə gənclərə geniş bilgilər veriləcək.

- Mərkəzin inşası zamanı ən müasir texnologiyadan istifadə edilib. Zaman keçir və texnologiyalar durmadan bir-birini əvəz edir, yenilənir. Mərkəz zamanla ayaqlaşa bilirmi? Yəni texnologiyaların alınması, dəyişdirilməsi üçün hansı işlər həyata keçirilir?

- Düzdür, ən müasir texnologiyadan istifadə edilməklə tikilən Muğam Mərkəzi üçün lazımi avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilib. İnşaat işləri zamanı 2 mindən çox müxtəlif ölçülü şüşədən istifadə olunub. Bina müasir havalandırma və istilik sistemləri ilə təchiz edilib. Təbii ki, biz mütəmadi olaraq avadanlıqların müəyyən hissələrini yenisi ilə əvəzləyirik. Ötən 15 ildə avadanlıqların yenilənməsi istiqamətində müəyyən işlər görülüb. Muğam mərkəzində hazırda bizim üçün ən qabaqcıl məsələlərdən biri, xüsusi səs avadanlığıdır ki, yaxın zamanlarda bu məsələ də öz həllini tapacaq.

Eyni zamanda, Muğam Mərkəzində səsyazma studiyası fəaliyyət göstərir və studiya bu günə qədər öz aktuallığını qoruyub saxlayır. Yeri gəlmişkən, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Beynəlxalq Muğam Mərkəzi haqqında fikirlərini yenidən səsləndirməyi çox vacib hesab edirəm: “Bu gün biz tam əminliklə deyə bilərik ki, Muğam Mərkəzi bütün dünya muğamsevərləri üçün əsl muğam evinə çevrilib. Bu gündən etibarən burada çox gözəl, ölməz musiqi - muğam səslənəcək”. Çox sevinirik ki, onun dediyi kimi, mərkəz doğrudan da dünya muğamsevərləri üçün əsl muğam evinə çevrilib.


- Bu il Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək və bununla əlaqədar ölkəmizə minlərlə turistin gələcəyi gözlənilir. Şübhəsiz ki, gələn qonaqların üz tutacağı məkanlardan biri də Beynəlxalq Muğam Mərkəzi olacaq. Mərkəz bu möhtəşəm tədbirə necə hazırlaşır?

- Belə mötəbər tədbirin - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsi ilə bağlı yekdil qərar iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulmuş ölkəmizin məqsədyönlü fəaliyyətinə verilən dəyərdir. BMM hər zamankı kimi öz repertuarına müxtəlif mövzulu tədbirlər və konsertlərlə davam edəcək. Bu qlobal əhəmiyyətli bir tədbir olduğu üçün BMM Mədəniyyət Nazirliyinin strukturuna daxil olan müəssisə kimi nazirlik tərəfindən irəli sürülən və tədbirlə bağlı reallaşdırılacaq bütün layihələrdə yaxından iştirak edərək dəstək olacaq.

- Son olaraq, yeni mövsümdə muğamsevərləri hansı yeniliklər gözləyir?

- Yeni mövsümdə mərkəzdə çox sevilən və muğam sənətimizdə iz qoyan ustadlar, Xalq artisti İslam Rzayevin 90, Əməkdar artist Əhsən Dadaşovun 100 illiyinə həsr olunan xatirə gecələri, bu gün muğam sənətimizin incəliklərini gənclərə tədris edən tanınmış muğam ifaçıları, pedaqoqlar Xalq artisti Möhlət Müslümov, Əməkdar incəsənət xadimi Arif Əsədullayevin yubiley tədbirləri, bir-birindən fərqli milli və klassik musiqi axşamları təşkil olunacaq. Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri, Cahangir Cahangirov adına Xor da maraqlı proqramlarla tamaşaçıların görüşünə gələcək. Həmçinin işğaldan azad olunmuş ərazilərimizdə dövlətimiz tərəfindən təşkil edilən tədbirlərdə BMM-nin solistlərinin çıxışları, ustad dərslərimiz, bölgələrdə konsertlərimiz və yeni nəşrlərimizi də bu silsiləyə aid etmək olar. Bu səbəbdən inanıram ki, yeni mövsümdə tamaşaçıları çox maraqlı və zəngin proqram gözləyir.

-Müsahibəyə görə təşəkkür edirəm.


Oxunub: 1 057
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    2-08-2026, 21:35 | Nikol Paşinyan yenidən Ermənistanın Baş naziri təyin edildi
    2-08-2026, 21:33 | Bilgəhdə 21 yaşlı gənc dənizdə batdı
    2-08-2026, 20:01 | Paylaşımlarına görə psixiatriya xəstəxanasına yerləşdirildi
    2-08-2026, 19:56 | Güləşçimiz gümüş medal qazandı
    2-08-2026, 14:55 | Tovuzda minik avtomobili yük maşınına çırpılıb: Xəsarət alan var - FOTO
    2-08-2026, 14:51 | Təhsil tələbə krediti ilə bağlı VACİB XƏBƏR: Müraciətlər başladı
    2-08-2026, 14:43 | Şəkidə bədbəxt hadisə: 58 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü
    2-08-2026, 14:25 | Azərbaycanda 36 yaşlı məşqçi VƏFAT ETDİ - FOTO
    2-08-2026, 13:43 | Həftənin ilk iş günü hava necə olacaq? - 03.08.2026
    2-08-2026, 13:41 | Moskvada restorana bomba aparan qadının törətdiyi partlayışda ölənlərin sayı artdı
    2-08-2026, 12:35 | Xalq şairi Nəriman Həsənzadə son mənzilə yola salındı - FOTO - VİDEO
    2-08-2026, 12:30 | Nəriman Həsənzadənin oğlundan təsirli çıxış - VİDEO
    2-08-2026, 12:28 | Anar Nəriman Həsənzadə ilə bağlı xatirələrini bölüşdü: "O səsi bir daha eşidə bilməyəcəyəm"
    2-08-2026, 12:23 | Nizami Cəfərov: "Nəriman Həsənzadə minillik Azərbaycan poeziyasının və ədəbiyyatının ən böyük hadisələrindən biridir"
    2-08-2026, 12:14 | Kartdan karta köçürməyə gündəlik limit qoyuldu
    2-08-2026, 11:50 | Nəriman Həsənzadə ilə vida mərasimi keçirildi
    2-08-2026, 10:26 | Goranboyda 33 yaşlı kişi qətlə yetirildi, Atası saxlanıldı
    2-08-2026, 10:23 | İkram Kərimov vəfat etdi
    2-08-2026, 10:20 | Tofiq Musayev UFC-də növbəti qələbəsini qazanıb
    2-08-2026, 09:41 | Çətinliklə yuxuya gedənlərdə insult riski çox artır – Diqqət
    2-08-2026, 09:37 | Yerə maqnit qasırğası yaxınlaşır - Xəbərdarlıq
    1-08-2026, 23:59 | Yayın istisində su ilə İMTAHAN: Lökbatan sakinlərinin problemi nə zaman həll ediləcək? - VİDEO
    1-08-2026, 23:50 | Ana dili tarixi yaddaşımızı və milli kimliyimizi qoruyan mühüm mənəvi irsdir
    1-08-2026, 22:46 | Anar İsgəndərov:Azərbaycan–Qırğızıstan münasibətləri müttəfiqlik mərhələsində
    1-08-2026, 22:42 | “MÜTTƏFİQLİK ÇOX BÖYÜK MƏSULİYYƏTDİR VƏ BİZ BUNA HAZIRIQ” - Azərbaycan - Qırğızıstan münasibətlərinin yeni səviyyəsi Türk Dünyasına nə vəd edir?
    1-08-2026, 21:33 | Azərbaycan - Qırğızıstan strateji müttəfiqliyində yeni mərhələ
    1-08-2026, 21:26 | Prezidentin sosial media hesablarında Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edilib
    1-08-2026, 15:50 | Yollarımız niyə çökür? - FOTO
    1-08-2026, 15:27 | Əfv sərəncamı nə vaxt imzalana bilər? - AÇIQLAMA
    1-08-2026, 15:24 | Ukrayna dəniz dronları "Rosatom"un konteyner gəmisini batırdı
    1-08-2026, 15:22 | "Arpa işi"ndə icra başçısı sakinlərə uduzdu
    1-08-2026, 14:38 | Bu şəxslərin pensiyası artırılacaq - DETALLAR AÇIQLANDI
    1-08-2026, 14:36 | Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu
    1-08-2026, 14:34 | Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı
    1-08-2026, 11:33 | Nəriman Həsənzadə ilə vida mərasiminin keçiriləcəyi məkan BİLİNDİ
    1-08-2026, 10:05 | Azərbaycanda zəlzələ oldu
    1-08-2026, 10:04 | Prezidentdən Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım
    1-08-2026, 10:02 | FİFA qalmaqallı planından imtina etdi
    1-08-2026, 07:58 | Xalq şairi, çağdaş poeziyamızın ən ağsaqqalı Nəriman Həsənzadə dünyasını dəyişdi...
    31-07-2026, 12:33 | 135 nömrəli marşrut xətti üzrə avtobuslar dəyişdirilir
    31-07-2026, 12:31 | Şəmkirdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - VİDEO
    31-07-2026, 12:22 | Avqustun ilk günü hava necə olacaq? - PROQNOZ
    31-07-2026, 12:16 | Estetik cərrah və anestezioloqa hökm oxundu
    31-07-2026, 11:41 | Prezident və xanımının şərəfinə dövlət ziyafəti verildi
    31-07-2026, 11:39 | Yük maşını avtomobilə çırpıldı: 2 ölü, 3 yaralı
    31-07-2026, 09:22 | Azərbaycan-Qırğızıstan arasında sənəd mübadiləsi aparıldı
    31-07-2026, 09:11 | Dövlət Radiotezliklər İdarəsi 476 mini bu istiqamətə xərcləyəcək - İcraçının vergi borcu var
    31-07-2026, 09:05 | 50 yaşlı Şarliz Teron qala gecəsində göz oxşadı
    31-07-2026, 09:02 | RUSİYA YAŞAYIŞ BİNALARINI, UKRAYNA ANBARLARI VURDU - Daha bir qanlı gecə + FOTO/VİDEO
    31-07-2026, 08:53 | Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.