Mediaxeberleri.az
    
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video

Son xəbərlər :
  • “Dostluq” ordeni ilə təltif edilən Dragan Vladisavljeviç kimdir?
  • Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
  • Babək Quliyev UEFA-dan təyinat alıb
  • Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayrağımız - FOTO
  • Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir
  • Bu il Azərbaycan millilərinə hansı əcnəbi idmançılar cəlb olunub?
  • Elnarə belə arıqlayır
  • "Ucuz dönər"ə görə kütləvi iğtişaşlar başladı
  • Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb - FOTO
  • Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
  • Füzuli Rzaquliyev vəfat edib
  • Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb- FOTO
  • Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb
  • Mətanət Əliverdiyevanın sevinc göz yaşları - VİDEO
  • Ağac qaz borusunun üzərinə aşdı, avtomobil yararsız hala düşdü.
  • "Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz"
  • Prezident sərəncam imzaladı
  • İki nəfərin öldüyü qəzada sağ qalan şəxsin vəziyyəti açıqlandı
  • Bakıda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilib - FOTO - YENİLƏNİB
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

KREML KURSKUN İŞĞALINI DAYANDIRA BİLMİR – Zelenski yeni uğurları elan etdi

  • Tarix: 16-08-2024, 16:56

Rusiya Ukraynadakı işğalçı ordu qüvvələrinin bir hissəsini Ukrayna Silahlı Qüvvələrinin irəlilədiyi Kursk bölgəsinə çəkməyə başlayıb.

“AzPolitika” xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Kirbi Kursk vilayətindəki vəziyyətin qiymətləndirilməsi barədə danışmaqdan imtina edib, lakin ABŞ-nin “Kursk bölgəsinə bəzi canlı qüvvə və texnikanın yerləşdirilməsi kontekstində Rusiyanın reaksiyasını müşahidə etdiyini” deyib. Bununla yanaşı, Kirbi Rusiyanın Ukrayna cəbhəsindən nə qədər qüvvə çəkdiyi barədə dəqiq məlumat verməyib və deyib ki, vəziyyət hələ ABŞ üçün də aydın deyil. Bu, o deməkdir ki, Putinin Kursku azad etmək üçün ciddi sayılacaq miqdarda qoşunları Ukraynadan çəkib-çəkməyəcəyi sualı açıq qalır. Belə görünür ki, hələ Kremlin özü də bu suala dəqiq cavab verməyə hazır deyil və hər şey Kurskdakı döyüşlərin gedişatından asılı olacaq.



Ancaq məsələ təkcə Kurskla bitmir. Belqorod vilayətində də federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib. Vilayətin qubernatoru deyib ki, vilayətdə vəziyyət son dərəcə ağırdır. Sərhəd bölgələrinə giriş bağlanıb, əhali təxliyə edilir. Kreml Kurskla yanaşı, Belqorod vilayətinə də əlavə qüvvələr göndərir. Bunu Belqorod qubernatoru ilə görüşdə Rusiyanın Müdafiə naziri Andrey Belousov deyib: “Söhbət ilk növbədə komandanlıq və idarəetmə sisteminin səmərəliliyinin artırılmasından, eləcə də əsas tapşırıqların yerinə yetirilməsi üçün göndəriləcək əlavə qüvvə və vasitələrin ayrılmasından gedir”. Ancaq maraqlıdır ki, Belousov “idarəetmə sisteminin səmərəliliyindən” danışarkən nəyi nəzərdə tutur? Əgər idarəçilik, o cümlədən də onun rəhbərlik etdiyi nazirliyin idarəçiliyi səmərəli olsaydı, bugünkü vəziyyət yaranmazdı...

Bir sözlə, görünən odur ki, Kreml alıdığı qəfil və güclü zərbədən özünə gəlməyə çalışsa da, hələ ki, buna nail ola bilmir və çaş-baş vəziyyətdədir. Çıxış yollarından biri kimi isə çağırışçıların, yəni, 18-20 yaşında gənclərin Kurska atılmasını görür. Baxmayaraq ki, Ukraynanın hücumun ilk günlərində əsir götürdüyü və məhv etdiyi də əsasən çağırışçılar olub. Sudja şəhərini ələ keçirərkən rekord sayda əsir düşən rus əsgərlərinin çoxu çağırışçılardır və onlar təbii ki, bu cür əməliyyatlara qətiyyən hazır deyillər.

“Forbes” nəşrinin analitiki Devid Axın yazdığı kimi, Rusiyada rəsmi olaraq çağırışçılar 18-30 yaş arasında hərbi xidmətə cəlb edilirlər və onlar qətiyyən döyüş əməliyyatlarında iştirak etməməli, yalnız cəbhənin ikinci xəttində yerləşdirilməli idilər. Təcrübəli və daha yaxşı silahlanmış Ukrayna briqadalarının qarşısında onların heç bir şansı yoxdur və təsadüfi deyil ki, təslim olan rus hərbçilərin sayının 2 mini ötdüyü bildirilir. Buna baxmayaraq, Kremlin qatı təbliğatçılarından olan Duma deputatı, general Andrey Qurulyov Vladimir Solovyovun son verilişində açıq şəkildə çağırışçıların da qaynar döyüş əməliyyatlarında iştirak etməyə borclu olduğunu dedi. Hətta İkinci Dünya müharibəsi və Əfqanıstan müharibəsini misal gətirərək qeyd etdi ki, bu savaşlarda indiki kimi müqaviləli əsgərlər olmayıb və orada adi çağırışçılar iştirak edib. O, xüsusilə də müharibənin Rusiya ərazisində getdiyini vurğulayaraq, “vətənə sədaqət andı içmiş” hər bir gənc əsgərin döyüşə və ölümə hazır olmalı olduğunu qeyd edib. Maraqlıdır ki, Solovyov da onun dediklərini təsdiqləyib, baxmayaraq ki, özünün çağırışçı yaşında olan övladları heç də orduda yox, xaricdədir...


Onu da qeyd edək ki, Putin müharibənin ilk vaxtlarında çağırışçıların heç bir halda döyüş zonasına göndərilməyəcəyini vəd etmişdi. İndiyə qədər Putinin vədlərilə əməlləri arasındakı fərqlərə nəzər yetirsək, bu vədin də pozulmasında qeyri-adi heç nə yoxdur.

Xatırladaq ki, Rusiyada çağırışçıların sayı 250-300 min civarında olur. Bu, kifayət qədər böyük say olsa da, onların hazırlıq və təchizat səviyyəsi əlbəttə ki, qaynar döyüşlərdə effektiv şəkildə iştirak etməyə imkan vermir...

Qərb KİV-ləri yazır ki, Rusiya artıq Ukraynanın Kursk bölgəsinə hücumunu dəf etmək üçün Ukrayna cəbhəsindən hər birində min nəfərə yaxın şəxsi heyət olan bir neçə qrupu geri çəkib. Lakin bu, ciddi sayılacaq miqdar deyil. Bu barədə CNN kəşfiyyat məlumatlarına istinadla məlumat verib: “Rusiyanın Ukraynada cəbhədə yüz minlərlə əsgəri var. Buna görə də rəsmilər deyirlər ki, bir neçə min əsgərin oradan çıxarılması həmin cəbhəyə qısa müddətdə böyük təsir göstərməyəcək”. Bununla yanaşı, CNN qeyd edir ki, vəziyyət tam aydın deyil. Bilinmir ki, Rusiyanın cəbhədən Kurska göndərəcək əlavə qüvvəsi olmadığı üçün bunu etmir, yoxsa Kreml sadəcə, belə bir qərar verməkdə tərəddüd edir. Kəşfiyyatın yüksək rütbəli məmurlarından biri CNN-ə deyib ki, ABŞ kəşfiyyatının məlumatına görə, Rusiya Ukraynadan olan bölmələrlə yanaşı, Leninqrad Hərbi Dairəsindən və Kalininqraddan da Kursk vilayətinə şəxsi heyət göndərib. CNN həmçinin iddia edir ki, ABŞ Ukraynaya Kursk bölgəsində 300 km-ə qədər mənzilli ATACMS taktiki raketlərindən istifadə etməyə hələ də icazə vermir. Lakin bu, ABŞ-nin eskalasiyadan qorxduğu üçün deyil, bu raketlərin sayının az olması və Amerika hərbçilərinin həmin raketləri Krımda istifadə etməyi daha məqsədəuyğun hesab etməsi ilə əlaqədardır.

Bu arada isə Ukrayna Silahlı Qüvvələri daha bir neçə yaşayış məntəqəsinə daxil olub. Onların arasında Vyazovoye kəndi də var. Qeyd olunan ərazidə ukraynalı hərbçilərin olmasını əks etdirən fotolar dərc edilib. Beləliklə, Ukrayna bir qədər ləng olsa da, irəliləyir.

Artıq Kursk vilayətinə hücum başlayandan bəri Ukrayna Silahlı Qüvvələri 1150 kvadratkilometr ərazini əhatə edən 82 yaşayış məntəqəsini nəzarətə götürüb. İrəliləyişin dərinliyi 35 kilometrə çatıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski bunu Volodimir Zelenskiyə məruzəsində deyib. Sırski həmçinin, Kursk vilayətində ilk hərbi komendantlığın yaradılması haqqında məlumat verib və bildirib ki, hərbi komendant general Eduard Moskalyov təyin olunub. Bəli, son günlərin Kreml üçün ən ağrılı xəbəri yəqin ki, budur - Rusiya ərazisində başqa bir dövlət hərbi komendantlıq yaradır! Görünür, Putin müharibənin gedişində dəfələrlə “hər şey plan üzrə gedir” deyərkən, bunu da nəzərdə tuturmuş...

Cəlal Məmmədov


Oxunub: 405
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 17:51 | “Dostluq” ordeni ilə təltif edilən Dragan Vladisavljeviç kimdir?
    Bu gün, 17:35 | Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
    Bu gün, 17:31 | Babək Quliyev UEFA-dan təyinat alıb
    Bu gün, 17:27 | Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayrağımız - FOTO
    Bu gün, 17:20 | Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir
    Bu gün, 16:29 | Bu il Azərbaycan millilərinə hansı əcnəbi idmançılar cəlb olunub?
    Bu gün, 16:25 | Elnarə belə arıqlayır
    Bu gün, 16:19 | "Ucuz dönər"ə görə kütləvi iğtişaşlar başladı
    Bu gün, 16:15 | Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb - FOTO
    Bu gün, 16:11 | Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
    Bu gün, 16:06 | Füzuli Rzaquliyev vəfat edib
    Bu gün, 16:00 | Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb- FOTO
    Bu gün, 15:52 | Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
    Bu gün, 15:48 | Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb
    Bu gün, 14:55 | Mətanət Əliverdiyevanın sevinc göz yaşları - VİDEO
    Bu gün, 14:51 | Ağac qaz borusunun üzərinə aşdı, avtomobil yararsız hala düşdü.
    Bu gün, 14:46 | "Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz"
    Bu gün, 14:40 | Prezident sərəncam imzaladı
    Bu gün, 14:15 | İki nəfərin öldüyü qəzada sağ qalan şəxsin vəziyyəti açıqlandı
    Bu gün, 14:10 | Bakıda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilib - FOTO - YENİLƏNİB
    Bu gün, 13:59 | Azərbaycanda qarın hündürlüyü 29 sm-ə çatıb
    Bu gün, 13:43 | Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev vəfat edib
    Bu gün, 10:13 | Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
    Bu gün, 09:04 | Alınmaz hesab edilən mövqelər necə ələ keçirildi? - Video
    Bu gün, 01:32 | Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışları Rusiya mediasında - Foto
    Bu gün, 01:00 | "Euronews" Azərbaycanda Zəfər Günü və Ərdoğanın səfəri barədə məqalə dərc edib
    Bu gün, 00:00 | Azərbaycanda Dövlət Bayrağı Günüdür
    Dünən, 20:36 | Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirib
    Dünən, 20:22 | İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
    Dünən, 20:13 | Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
    Dünən, 19:59 | Zəfər Günü İzmirdə də qeyd edildi
    Dünən, 19:56 | Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video
    Dünən, 19:54 | Onlar Ermənistanın düşmənidir - Rubinyan
    Dünən, 19:50 | Əliyevlə Ərdoğanın görüşü ilə bağlı daha bir paylaşım...
    Dünən, 19:48 | Fransanın orada olacağı şübhəsizdir - Barro
    Dünən, 19:46 | Yük avtomobilinin sürücüsü sükan arxasında öldü
    Dünən, 16:34 | "Ağstafa Gəncləri" “Şəmkir” səfərindən üç xalla qayıdır
    Dünən, 11:35 | Mehriban Əliyeva 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib
    Dünən, 11:28 | Tovuzun icra başçıları niyə həmişə tovuzlu olur? – 35 illik maraqlı ənənənin sirri
    Dünən, 11:26 | Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - Foto
    Dünən, 10:40 | "Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
    Dünən, 10:37 | "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
    Dünən, 10:36 | "Haber Global": 44 gündə yazılan dastan - Video
    Dünən, 10:34 | Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
    Dünən, 10:33 | Zəfərdən Böyük Qayıdışa: Qalib xalqın qürur dastanı - Foto
    Dünən, 10:31 | Mətbuat Şurası: " Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar"
    Dünən, 00:03 | Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
    7-11-2026, 23:40 | Yaxın gələcəkdə şanslı olacaq BÜRCLƏR
    7-11-2026, 23:36 | Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
    7-11-2026, 23:34 | Ronaldonun Messiyə jestləri cavabsız qaldı
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.