t s

» » Aslan Aslanov oğlunun polis tərəfindən saxlanmasından danışdı - (Özəl)

Aslan Aslanov oğlunun polis tərəfindən saxlanmasından danışdı - (Özəl)

23-02-2015, 17:55 Yazar:  Aygün Baxılıb: 783 Çap et
Aslan Aslanov oğlunun polis tərəfindən saxlanmasından danışdı - (Özəl)“Polis əməkdaşları tərəfindən Nəsimi rayonu ərazisində saxlanılan “Bentley” markalı avtomobil mənim oğluma məxsus deyil”.

Bunu virtualaz.org saytına eksklüziv açıqlamasında Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanov deyib.

A.Aslanov qeyd edib ki, həmin avtomobilin onun oğlu Turqaya heç bir aidiyyəti yoxdur: “Bəzi mətbuat orqanları mənim haqqımda məqsədyönlü şəkildə yalan informasiyalar yayırlar. Mən rəsmi arayış almışam. Həmin “Bentley” avtomobili Valeh Ramazan Allahverdiyev adlı bir şəxsə məxsusdur”.

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə A.Aslanovun oğlunun sərxoş halda yol polisi tərəfindən saxlanması barədə məlumatlar yayılıb. Xəbərdə bildirilib ki, A.Aslanovun oğlunun “Bentley” markalı, 10 DO 007 nömrəli maşını cərimə meydançasına aparılıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:43 Aslan Aslanovun oğlu polis tərəfindən saxlanıldı – Rəsmi Fevralın 20-si gecə saat 01 radələrində Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Nəsimi rayonu ərazisində kobud qayda pozuntusu törədən bahalı “Bentley” markalı maşını saxlayıblar. Mediaxeberleri.az-ın məlumatına görə, aznews.az-a daxil olan xəbərdə bildirilir ki,
23:11 Lamiyə Quliyeva: "Şəmkirdə çox qalmayacam, Bakıda yaşayacam” Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxan Lamiyə Quliyeva doğulduğu Şəmkir rayonuna gedib. Onu evlərində qohumları və qonşuları qarşılayıblar. Evlərinin qarşısında qurban kəsilib. “Namus qalib gəldi” "Azadlıq" radiosunun məlumatına görə, Lamiyə Quliyeva jurnalistlərlə söhbətində
08:34 Bu gün Lamiyə Quliyevanın məhkəməsidir Aslanovun ətrafında həlqə daralır “Lamiyə işi”ndə əsas fiqurant Aslan Aslanovun həbsi prosesinə ciddi hazırlıq gedir. Redaksiyamıza daxil olan məlumata görə, prosesin ləng getməsi sabiq nazir müavininin hakimiyyətdəki dayaqlarının dəstəyinin nəticəsidir. Qaynağımız qeyd edir ki, A.Aslanovun əsas
11:28 Aslan Aslanovun həbs siyahısı Müdhiş qətllə bağlı bir çox məqamlar üzə çıxıb. “Lamiyə işi” gündəmə gələn gündən az qala 1 aya yaxın vaxt ötür. Mediaxeberleri.az xəbər verir ki, “Yeni Müsavat” bu iş ilə bağlı növbəti materialı dərc edib. Həmin yazının bir hissəsini təqdim edirik. “2003-cü ildə Şəmkirin o vaxtkı icra başçısı
15:09 Bakıda polis-sürücü davası - Qan töküldü Bakıda avtomobilinin cərimə meydançasına aparılması ilə razılaşmayan sürücü özünə xəsarət yetirib. Məlumata görə, hadisə Səbayel rayonu ərazisində, İstiqlaliyyət küçəsi, 31 ünvanının qarşısında baş verib. Burada Baş Dövlət Yol Polisi İdarəsinin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az