Media Xəbərləri > Çap üçün versiya > 17 yaşlı oğlanı çayxanada bıçaqladılar

17 yaşlı oğlanı çayxanada bıçaqladılar

17 yaşlı oğlanı çayxanada bıçaqladılarGəncə sakini ağır xəsarətlərlə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Mediaxeberleri.azxəbər verir ki, xəstəxanadan Kəpəz TV-yə (Region TV) verilən məlumata görə, şəhərin Mahrasa bağı massivində yaşayan 17 yaşlı Cavid Kazımova döş qəfəsinin sol hissəsinin daxilə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Əməliyyat edilən zərərçəkənin vəziyyəti ağırdır. Yaralı xəstəxanaya yaxınları tərəfindən çatdırılıb. Onların sözlərinə görə, hadisə şəhər ərazisində yerləşən çayxanalardan birində mübahisə zəminində baş verib.

Fakt araşdırılır.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=9032

© 2014 www.mediaxeberleri.com