Taksilərin qiymətinin artmasının səbəbi nədir?
Hazırda qiymət taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır. Bu sözləri Mediaxeberleri.Az-a açıqlamasında son günlər taksilərin qiymətində artım olması ilə bağlı danışan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib. “Taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır”, - deyə T.Orucov bildirib. Qeyd edək ki, son günlər taksilərin qiymətində 20%-dən çox artım müşahidə edilir.
Oxunub: 693
Xəbəri paylaş
Paylaş: