Mediaxeberleri.az
    
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
    Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE

Son xəbərlər :
  • Sumqayıtda 21 şagirdin nədən zəhərləndiyi məlum oldu
  • Türkiyə millisinin baş məşqçisi bəlli oldu – Rəsmi
  • “Yelo Bank”dan əmanətçilərə PİS XƏBƏR - Faizlər KƏSKİN ENDİRİLDİ
  • Xəzərdən həyəcan təbili: Abşeron və Qızılağac ətrafında...
  • Ərinin qətlini sifariş verməkdə ittiham olunan qadından xəbər var
  • Bakıda bu ərazidə 10-cu mikrorayon salınır?
  • Türkiyə Ermənistanla bağlı “sürpriz”ə hazırlaşır
  • Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü
  • Ukrayna “Drujba” neft kəmərini vurdu
  • Qazaxda avtomobil su arxına düşdü
  • Neft Fondunun investisiya portfeli 5%-dən çox artıb
  • Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir
  • Rəsmi olmayan VPN-lərdən qaçın – XƏBƏRDARLIQ
  • Kamran Əliyevdən yeni təyinatlar
  • Sabah rayonlara yağış yağacaq
  • Payızda hər kəs "bu üçlüyü" yeməlidir
  • Yaşayış binasına daha iki mərtəbə əlavə olunur - Sakinlər narahatdırlar - VİDEO
  • Kürdəmirdə ağır qəza: Xəsarət alanlar var
  • Narkotik üstündə yaranan mübahisəyə görə tanışlarını bıçaqlayan şəxslə bağlı QƏRAR
  • Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

  • Tarix: 24-04-2024, 08:49

Siyasi şərhçi Asif Nərimanlının Mediaxeberleri.Az-a müsahibəsi:

- Sərhədin müəyyənləşməsinin Qazax istiqamətindən başlaması və işğalda olan kəndlərdən anklav olmayan 4-nün qayıtması ilə bağlı Ermənistanın təbliğatında bir mühüm detal var: Almatı Bəyannaməsinə uyğun olaraq sərhədlərin delimitasiya və demarkasiyasının razılaşdırılması. Bu, nə deməkdir və Ermənistan bunu niyə uğuru adlandırır?

- Ermənistanın məqsədi sərhədin SSRİ dağılanda mövcud olan xətlər üzrə müəyyənləşməsidir. 19 aprel razılaşması onlara bunun üçün rəsmi istinad nöqtəsi verdi. Razılaşmada qeyd olunur ki, tərəflər delimitasiya prosesində 1991-ci il Almatı Bəyannaməsinə əsaslanacaqlarına dair razılaşıb və bunu baza prinsipi olaraq götürürlər. Delimitasiya ilə bağlı hazırlanan əsasnaməyə də bu prinsip daxil edilir. 4 kəndin qaytarılması ilə bağlı razılaşmada Almatı Bəyannaməsinə istinad edilməsi Ermənistan üçün əhəmiyyətli idi və sərhədin digər hissələrinin delimitasiyasında bu əsasnaməyə istinad edərək iki məsələni irəli sürəcəklər: Birincisi, sərhədin SSRİ dağılanda mövcud olan xətlərə uyğun müəyyənləşdirilməsidir. Paşinyan da bildirdi ki, 19 aprel razılaşması yeni sərhədin çəkilməsi məsələsini arxa plana keçirir.

İkincisi, SSRİ dağılanda mövcud olan sərhəd xətlərinin əsas götürülməsi qoşunların geri çəkilməsini şərtləndirir. Bununla ordumuzun 44 günlük müharibədən sonra nəzarətə götürdüyü strateji yüksəkliklərdən imtina etməsinə nail olmaq istəyirlər. Ermənistan bu amillərə görə 19 aprel razılaşmasını uğur adlandırır.

- 1991-ci il Almatı Bəyannaməsinə istinad edilməsi sərhədin 1991-ci il xəritələri ilə müəyyənləşdiriləcəyi anlamına gələ bilərmi?

- Sərhədin Almatı Bəyannaməsinə uyğun müəyyənləşdirilməsi Azərbaycanın strateji maraqlarına ziddir. Çünki bu həm qoşunların geri çəkilməsini şərtləndirir, həm də SSRİ dövründə əkin və otlaq adı altında ermənilərə bağışlanan torpaqlarımız gündəmdən çıxarır. Bu baxımdan, sərhədin 1991-ci il xəttinə uyğun müəyyənləşdirilməsinin Azərbaycan tərəfindən qəbul ediləcəyi ehtimalı azdır. Rəsmi Bakının bu məsələdə strateji gediş etdiyini deyə bilərik. 4 kəndin qaytarılmasına nail olmaq üçün 19 aprel razılaşmasına İrəvanın istədiyi Almatı Bəyannaməsinə istinadın salınmasını qəbul edib, amma həm də sərhədin digər hissələrinin delimitasiyasında baza prinsipinin dəyişdirilməsi üçün istinad nöqtəsi yaradıb. Razılaşma sənədində qeyd olunur ki, əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq. Bu o deməkdir ki, Azərbaycan Ermənistanla sülh sazişində delimitasiya prinsiplərini dəyişdirə və 19 aprel razılaşmasının müvafiq bəndini sıradan çıxara bilər. Bu baxımdan, sərhədin digər hissələrinin delimitasiyasında Almatı Bəyannaməsinə istinadən 1991-ci il xətlərinin götürülməsi qəbul edilməyəcək.

- Bundan öncə Ermənistan Baş naziri 1974-78-ci illər xəritələri haqqında danışırdı və belə görünürdü ki, Azərbaycan o illərin xəritəsinə də razı deyil. Ümumiyyətlə, sizcə, hansı xəritələr əsas götürülə bilər?

- Azərbaycan sərhədin delimitasiyası üzrə iki yanaşma sərgiləyir. Birinci yanaşma xətlərin keçmiş xəritələrə uyğun çəkilməsidir. Ermənistan 1970-ci illərdən sonrakı xəritəni irəli sürməklə bu dövrə qədər ermənilərə verilən ərazilərimiz üzərində legitimlik qazanmaq istəyir. Azərbaycan bunu qəbul etmir. Əgər məsələ xəritələr üzərindən həll olunacaqsa, o zaman AXC dövrünün və sovetləşmə başlayanda mövcud olan illərin xəritələrinə istinad edilməlidir. Bunu Prezident İlham Əliyev də bildirib.

İkinci yanaşmaya görə heç bir xəritəyə, eləcə də 1991-ci il xətlərinə istinad edilmir, sərhəd birbaşa yerdə hissə-hissə müəyyənləşdirilir. Bu o deməkdir ki, hər iki tərəf hazırda dayandığı ərazidə qalır və sərhəd xətti bu formada müəyyənləşir. Beləliklə, Ermənistanın qoşunların geri çəkilməsi məsələsi də arxa plana keçir. Bu, keçmiş xəritələrin əsas götürülməsi aktuallığını itirəcəyi təqdirdə Bakının həll variantıdır.

- Erməni rəsmilərinin təbliğatında elə təəssürat yaranır ki, sanki Azərbaycan bundan öncəki hansısa tələbindən imtina edib. Sizcə, bu razılaşmada hansısa tələbimizdən imtina əlaməti görünürmü?

- Ermənistanın hesab edir ki, Azərbaycan Almatı Bəyannaməsini qəbul etməklə geri addım atıb. Əslində qeyd etdiyimiz kimi, Azərbaycan burada strateji gediş edib. Bunu “qambit gedişi” adlandıra bilərik. Yəni 4 kəndin qaytarılması məqsədilə hazırki üstünlüyündən imtina edir, amma sərhədin digər hissələrinin delimitasiyasında baza prinsipinin dəyişdirilməsi imkanından imtina etmir. Ki, 1991-ci il xətləri, fikrimcə, sərhədin ümumi delimitasiyasında qəbul edilməyəcək.

- Nəhayət, geniş anlamda sərhədin delimitasiya və demarkasiyası prosesinə nə vaxt başlanıla bilər: sülh sazişindən sonra, yoxsa artıq bu prosesin başladığını deyə bilərik?

- Sərhədin ümumi delimitasiyasının başlanması sülh sazişindən sonra mümkün ola bilər. Birincisi, ümumi delimitasiyada fikir ayrılığı var. Dediyimiz kimi, Ermənistan 19 aprel razılaşması ilə öz istədiyinə nail olduğunu düşünsə də, Azərbaycan digər hissələrdə bunu qəbul etməyəcək. Bu halda delimitasiya razılaşması daha da çətinləşə bilər.

İkincisi, delimitasiya ümumiyyətlə uzunmüddətli prosesdir, hətta onilliklər çəkə bilər. Bu baxımdan, sülh sazişinin daha tez imzalanacağı, delimitasiyanın isə sonraya qalacağı gözləntisi daha çoxdur.

Qazax-Tavuş xəttində aparılan delimitasiya prosesin başlanğıcı hesab edilsə də, bu prosesin davam edəcəyi ehtimalı azdır. Ermənistan da anlayır ki, ümumi delimitasiyanın başa çatmasını gözləyərsə, sülh sazişinin imzalanması zaman alacaq. Buna görə İrəvanın əvvəldən irəli sürdüyü mövqe belədir ki, sülh sazişinə delimitasiyanın hansı prinsiplərə, yaxud xəritələrə uyğun aparılacağı qeyd olunsun. Əsasən də Almatı Bəyannaməsinə istinad edilməsini istəyirlər. Əslində, 19 aprel razılaşmasını buna görə “böyük uğur” hesab edirlər, düşünürlər ki, sülh sazişindən öncə istinad nöqtəsi əldə etdilər. Lakin rəsmi Bakı bu razılaşmaya öz maraqlarına uyğun qeyd əlavə etməklə sülh sazişində delimitasiya məsələsini də həll etmiş oldu. Sülh sazişində yeni prinsipləri – bu ya keçmiş xəritələr olacaq, ya da xətlərin ərazidə çəkilməsi – artıq Azərbaycan tərəfi irəli sürəcək.


Oxunub: 1 175
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 14:45 | Sumqayıtda 21 şagirdin nədən zəhərləndiyi məlum oldu
    Bu gün, 14:43 | Türkiyə millisinin baş məşqçisi bəlli oldu – Rəsmi
    Bu gün, 14:42 | “Yelo Bank”dan əmanətçilərə PİS XƏBƏR - Faizlər KƏSKİN ENDİRİLDİ
    Bu gün, 14:24 | Xəzərdən həyəcan təbili: Abşeron və Qızılağac ətrafında...
    Bu gün, 14:16 | Ərinin qətlini sifariş verməkdə ittiham olunan qadından xəbər var
    Bu gün, 14:13 | Bakıda bu ərazidə 10-cu mikrorayon salınır?
    Bu gün, 14:10 | Türkiyə Ermənistanla bağlı “sürpriz”ə hazırlaşır
    Bu gün, 13:51 | Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü
    Bu gün, 13:33 | Ukrayna “Drujba” neft kəmərini vurdu
    Bu gün, 13:32 | Qazaxda avtomobil su arxına düşdü
    Bu gün, 13:27 | Neft Fondunun investisiya portfeli 5%-dən çox artıb
    Bu gün, 13:26 | Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir
    Bu gün, 13:23 | Rəsmi olmayan VPN-lərdən qaçın – XƏBƏRDARLIQ
    Bu gün, 13:19 | Kamran Əliyevdən yeni təyinatlar
    Bu gün, 13:18 | Sabah rayonlara yağış yağacaq
    Bu gün, 09:07 | Payızda hər kəs "bu üçlüyü" yeməlidir
    Bu gün, 08:57 | Yaşayış binasına daha iki mərtəbə əlavə olunur - Sakinlər narahatdırlar - VİDEO
    Bu gün, 08:53 | Kürdəmirdə ağır qəza: Xəsarət alanlar var
    Bu gün, 08:23 | Narkotik üstündə yaranan mübahisəyə görə tanışlarını bıçaqlayan şəxslə bağlı QƏRAR
    Bu gün, 08:19 | Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
    Bu gün, 08:15 | Polşa Azərbaycanı strateji tərəfdaşlar siyahısına daxil etdi
    Bu gün, 08:05 | Uşaq meydançasında təhlükəli çökmə - Video
    Bu gün, 08:02 | UEFA Çempionlar Liqası: "Sabah" Bakıda "Borussiya Dortmund"u qəbul edir
    Dünən, 21:59 | Günəşlidə obyekt piyada səkisinin üzərində inşa edilib - VİDEO
    Dünən, 21:52 | İŞSİZLİK ARTIR, 61 MİN VAKANSİYA BOŞ QALIB... – Səbəb nədir? + RƏY
    Dünən, 21:49 | TƏBİB-in SƏHİYYƏ NAZİRLİYNƏ BİRLƏŞDİRİlMƏSİ... - Hansı yeniliklər olacaq?
    Dünən, 21:43 | İlham Əliyev: "Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Video
    Dünən, 21:40 | Elnarə Akimova: "Əsas meyar vətəndaşın həkimə əlçatanlığı, xəstəxanalarda xidmətin keyfiyyətidir"
    Dünən, 21:06 | Sabah bu rayonda qaz olmayacaq
    Dünən, 21:05 | Rusiyadan buğda axını: Bakı anbarları doldurur... - Səbəb
    Dünən, 21:00 | Türkiyə ilə viza rejimi bərpa olunur? - "Bu sərhəd və dövlət təhlükəsizliyi məsələsidir"
    Dünən, 19:39 | Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var
    Dünən, 19:38 | Bu həftə üç bürcün həyatında çox yaddaqalan olacaq
    Dünən, 19:35 | Onları da əsgər aparacaqlar - VACİB AÇIQLAMA
    Dünən, 19:31 | Azərbaycanda COVID yayılır - Ginekoloqdan xəbərdarlıq
    Dünən, 19:30 | “Sabah” – “Barselona” oyununun biletləri satışa çıxarıldı - 15-1500 manat...
    Dünən, 17:34 | Aqil Babayevin anasından təsirli müraciət: Oğlumun işi qərəzsiz araşdırılsın, mütəşəkkil dəstə məsuliyyətə cəlb olunsun
    Dünən, 17:23 | Pensiyaçılar bu pulla necə dolansın? - Xərclər hesablandı
    Dünən, 16:20 | Abşeronda şəhidlərin anım günləri qeyd edildi
    Dünən, 16:19 | Husilər hərbi düşərgəni vurdu: 40 ölü
    Dünən, 14:37 | Rus ordusu Omelniki işğal etdi
    Dünən, 14:35 | 49 nömrəli marşrutun son dayanacaq məntəqəsi dəyişdirilib
    Dünən, 14:34 | Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək
    Dünən, 14:32 | Prezident onları təltif etdi
    Dünən, 14:04 | "Sabah" - "Borussiya" matçına satılan biletlərin sayı...
    Dünən, 14:03 | Türkiyədə ölənlərin sayı 9-a çatdı
    Dünən, 14:02 | Türkiyədə Azərbaycan kampaniyası bu faktı üzə çıxartdı
    Dünən, 13:27 | İlin sonunda əfv sərəncamı imzalanacaq? - AÇIQLAMA
    Dünən, 13:24 | Bayıldakı Doğum Evi təmir edilir
    Dünən, 13:22 | Sabiq komitə sədrinin hoteli satışa çıxarıldı - FOTO
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.