Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…
Tavuş rayonundakı ərazidə dövlət sərhədi müəyyən edildikdən sonra sərhədçilər tərəfindən mühafizə olunacaq. Bundan sonra sərhədin bütün perimetri boyunca prosesi davam etdirilməlidir. Mediaxeberleri.Az xəbər verir ki, bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində parlamentin Müdafiə və milli təhlükəsizlik üzrə komissiyasının rəhbəri Andranik Köçəryan deyib. “İş mübahisəli olan ərazilərə də çatacaq. Ermənistanın suveren ərazisində Azərbaycan qüvvələri var və danışıqlar prosesi başlayacaq ki, sərhədlər düzgün çəkilsin və tərəflər qəbul etsinlər: onlara məxsus olan onlarındır, bizə aid olan isə bizimdir”, - Köçəryan əlavə edib. Onun sözlərinə görə, ola bilsin ki, proses zamanı mübahisəli ərazilər müvəqqəti olaraq “saxlanılsın”: “Biz sadəcə olaraq demirik ki, bura bizimdir, bura isə onların – bunun üçün çoxsaylı hüquqi sənədlər və xəritələr var”.