Media Xəbərləri > Çap üçün versiya > “Şpaqat” açan müğənni: “Sinəmi böyütsəm...”

“Şpaqat” açan müğənni: “Sinəmi böyütsəm...”

“Şpaqat” açan müğənni: “Sinəmi böyütsəm...”“İndiyədək müğənnilər arasında “şpaqat” açan olmayıb deyə, məni belə tanıyırlar. Mən idmanla məşğul oluram. Uşaqlıqda bədii gimnastika dərslərinə getmişəm. İndi isə qaçışla məşğulam, idman zallarında məşq edirəm. Deyilənlər mənə bir qram da təsir etmir. Bəzən məndən soruşurlar ki, toyda oxuyarkən şpaqat açırsan? Mən də deyirəm ki, hə, açıram...”

Mediaxeberleri.az-ın xəbərinə görə, bunu “şpaqat” açmağı ilə gündəmə gələn müğənni Könül Şıxəliyeva gun.az-a müsahibəsində deyib.

O bildirib ki, onun üçün insanın zahiri deyil, daxili gözəlliyi önəmlidir: “Hamı istəyir ki, yanında olan qadın və ya kişinin görünüşü gözəl olsun. Baxırsan ki, gözəl qadındır, amma içi boşdur. Yəni gözəlliklə ovsunlamaq uzun sürmür”.

Şou-biznesdə qalmaqalla gündəmə gəlməyin rol oynadığını söyləyən gənc müğənni “ya gərək şpaqat açasan, ya da ki, qısa ətək geyinəsən. Çünki artıq səsə baxan yoxdur” deyib.

Əvvəllər sinəsinin kiçik olduğunu və əməliyyatla böyütmək barədə düşündüyünü deyən Könül fikrini dəyişib: “Yaş ötdükcə insan canının qədrini bilir. Bu kimi əməliyyatlar ziyandır. Sinəmi böyütsəm, düşünürəm ki, başqa xəstəliklər yarana bilər. Hər yaşın öz gözəlliyi var. Gözəllik əməliyyata qalsa, gedib, bıçaq altına uzanıb, JLO da ola bilərəm, Rihanna da... Sonra 5 il gözəl görünə bilərəm. Amma 5 il sonra əməliyyatın fəsadları özünü göstərəcək. Heç vaxt əməliyyat etdirmərəm”.

Müğənni deyib ki, Azərbaycan kişiləri işləməyi sevmirlər: “Baxımsızdırlar, müəyyən bir yaşdan sonra özlərini buraxırlar… Həm də kişilərimiz çox kobud və aqressivdirlər. Avtomobillə yol gedirsən, maşını saxlayıb, söz soruşursan. Adamla çox acı danışırlar. Təbii ki, yaxşı kişilərimiz də var. Amma bu cür aqressiv olanları çoxdur deyə, yamanın oduna yaxşılar da yanır…”


“Şpaqat” açan müğənni: “Sinəmi böyütsəm...”
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=857

© 2014 www.mediaxeberleri.com