Media Xəbərləri > Çap üçün versiya > Türkiyə və Qazaxıstan B liqasında, Fransadan qələbə

Türkiyə və Qazaxıstan B liqasında, Fransadan qələbə


Türkiyə və Qazaxıstan B liqasında, Fransadan qələbə



Bu gün Millətlər Liqasında qrup mərhələsinin 5-ci turu start götürüb.

Qol.az xəbər verir ki, ilk oyun günündə A, C və D Liqalarında ümumilikdə 10 oyun keçirilib. Türkiyə Lüksemburqla 3:3 hesablı heç-heçə edib. Bu nəticə ilə xalını 13-ə yüksəldən yığma qrup lideri kimi B liqasına vəsiqəni təmin edib.


Millimizin yer aldığı C liqasının 3-cü qrupunda olan Qazaxıstan Belarusa 2:1 hesabı ilə qalib gələrək liderliyi rəsmiləşdirib və qrup lider kimi B liqasına yüksəlib.

Millətlər Liqası, qrup mərhələsi, 5-ci tur

22 sentyabr

A Liqası

1-ci qrup


22:45. Fransa - Avstriya - 2:0

Qollar: Kilian Mbappe, 56, Olivye Jiru, 65

22:45. Xorvatiya - Danimarka - 2:1

Qollar: Borna Sosa, 49, Lovro Mayer, 79 - Kristian Eriksen

Xal durumu: Xorvatiya - 10, Danimarka - 9, Fransa - 5, Avstriya - 4

4-cü qrup

22:45. Polşa - Niderland - 0:2

Qollar: Kodi Qakpo, 14, Stiven Berqveyn, 60

22:45. Belçika - Uels - 2:1

Qollar: Kevin De Brüyne, 11, Mişi Batşuayi, 37 - Kieffer Moore, 50

Xal durumu: Niderland - 13, Belçika - 10, Polşa - 4, Uels - 1

C Liqası

1-ci qrup

22:45. Türkiyə - Lüksemburq - 3:3

Qollar: Cengiz Ünder, 16-pen, Maksim Şano-avtoqol, İsmail Yüksek, 87 - Marvin Martins, 9, Danel Sinani, 37, Jerson Rodriges, 69

22:45. Litva - Farer adaları - 1:1

Qollar: Vykintas Slivka, 41 - Yakub Andreasen, 22

Xal durumu: Türkiyə - 13, Lüksemburq – 8, Farer adaları – 5, Litva – 1

3-cü qrup

18:00. Qazaxıstan - Belarus - 2:1

Qollar: Mixail Qabışev, 29. Baxtiyor Zaynutdinov, 79 - Pavel Savitski, 45+3

Qırmızı vərəqə: Askat Taqibergen, 90+4 (Qazaxıstan)

22:45. Slovakiya - Azərbaycan - 1:2

Qollar: Erik Yirka, 90+3-pen - Renat Dadaşov, 44, Höccət Haqverdi, 90+5

Xal durumu: Qazaxıstan - 13, Azərbaycan - 7, Slovakiya - 6, Belarus - 2

Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=76115

© 2014 www.mediaxeberleri.com