Media Xəbərləri > Çap üçün versiya > Sumqayıtda cinayət: tanışını qətlə yetirdi

Sumqayıtda cinayət: tanışını qətlə yetirdi

Sumqayıtda cinayət: tanışını qətlə yetirdi
Yanvarın 11-i saat 21 radələrində Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Rövşən Musayevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə Mediaxeberleri.az-a şəhər prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla zərərçəkmişlərin tanışı, 1975-ci il təvəllüdlü Rüfət Məmmədovun Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Rövşən Musayevə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Rüfət Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=68727

© 2014 www.mediaxeberleri.com