Media Xəbərləri > Çap üçün versiya > Qazaxda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər bu gün də davam etdirilir

Qazaxda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər bu gün də davam etdirilir

Qazaxda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər bu gün də davam etdirilir
Son illər ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası sayəsində bu gün nəinki paytaxt Bakı, eləcə də respublikamızın bütün şəhər və rayonları gündən-günə inkişaf edir, genişmiqyaslı quruculuq işləri aparılaraq abad bölgələrimizə çevrilir.

Ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonu da bu gün böyük bir tikinti meydançasına bənzəyir. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra rayonda başlanılan abadlıq işləri bu gün də davam etdirilir. Çəkilişlə paralel olaraq işlər yekunlaşan ərazilər abadlaşdırılıb, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanıb, səkilərə yeni tamet, bardür düzülüb, qaz, elektrik, rabitə xətləri səliqəyə salınıb. Şəhərin Heydər Əliyev prospektində, Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində yerləşən 31A,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.

Respublikamızda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər Qazaxda da uğurla icra olunur. Çoxmənzilli yaşayış binalarının dam örtüyü yenilənir, blok və fasadı əsaslı şəkildə təmir edilir. Bu işlər sayəsində bu gün rayonda Qazax Mənzil İstismar Sahəsinin balansında olan 164 çoxmənzilli yaşayış binasından 130-dan çoxu günün tələblərinə cavab verən səviyyəyə çatdırılıb.

Hazırda təmir işləri aparılan binalardan biri Azadlıq küçəsi 100 ünvanında yerləşən birmərtəbəli yaşayış binasıdır. Artıq binanın dam örtüyü yenilənir, söküntü işlərinə başlanılıb. Təmirə ehtiyacı olan digər binalarda da işlərin aparılması nəzərdə tutulub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov dam örtüyü yenilənən həmin binada olub, görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Görülmüş işlə tanış olan icra başçısı aidiyyatı üzrə müvafiq tapşırıqlarını da verib.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=64554

© 2014 www.mediaxeberleri.com