Media Xəbərləri > Çap üçün versiya > Həmyerlimiz güləş üzrə dünya çempionu oldu

Həmyerlimiz güləş üzrə dünya çempionu oldu

Həmyerlimiz güləş üzrə dünya çempionu olduYarımfinalda erməniyə, finalda isə bolqara qalib gələn Murad Məmmədov..

Braziliyanın Salvador de Bahya şəhərində gənclər arasında güləş üzrə Dünya çempionatı davam edir.

Mediaxeberleri.az xəbər verir ki, keçən gecə yunan-roma üslubunda güləşən Azərbaycan güləşçisi Murad Məmmədov (55 kq) qızıl medal qazanıb.

Çempionluğa gedən yolda o, Hindistan, İran, Özbəkistan, Ermənistan və Bolqarıstan nümayəndələri üzərində qələbə qazanıb.

İslam Abbasov (84 kq) finalda məğlub olaraq gümüş, Ruhin Mikayılov (66 kq) isə bürünc medala layiq görülüb.

Yarışların ilk günündə Azərbaycan gümüş medal qazanıb. Dörd medal və 53 xal ilə yunan-roma güləşi üzrə komandamız komanda yarışında 2-ci yeri tutub.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=5433

© 2014 www.mediaxeberleri.com