Media Xəbərləri > Çap üçün versiya > “Qarabağ” və “Qəbələ”nin oyunlarının vaxtı açıqlandı

“Qarabağ” və “Qəbələ”nin oyunlarının vaxtı açıqlandı

“Qarabağ” və “Qəbələ”nin oyunlarının vaxtı açıqlandıUEFA Çempionlar Liqası yarışlarının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Yanq Boyz” (İsveçrə) – “Qarabağ” (Ağdam, Azərbaycan) komandaları arasındakı ilk oyunun başlama saatı müəyyənləşib.

Mediaxeberleri.az UEFA-nın saytına istinadla xəbər verir ki, Berndə “Stad de Syuiss” arenasında keçiriləcək ilk görüş avqustun 20-də Bakı vaxtı ilə 23:00-da (yerli vaxtla 20:00) başlayacaq. Azərbaycan çempionunun “Yanq Boyz” ilə cavab qarşılaşması isə avqustun 27-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Artıq bu oyunun biletləri İsveçrədə satışa çıxarılıb.

UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsində digər təmsilçimiz “Qəbələ” komandası Yunanıstanın “Panatinaikos” klubunu avqustun 20-də qəbul edəcək.

“Bakcell Arena”da keçiriləcək qarşılaşmanın start fiti saat 21:00-da veriləcək.

“Qəbələ” komandasının “Panatinaikos” ilə cavab görüşü isə avqustun 27-də Afinanın 16 min tamaşaçı yerlik “Apostolos Nikolaidis” stadionunda keçiriləcək.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=5402

© 2014 www.mediaxeberleri.com