Media Xəbərləri > Çap üçün versiya > Elman Paşayev: “11 milyon almışamsa...”

Elman Paşayev: “11 milyon almışamsa...”

Elman Paşayev: “11 milyon almışamsa...”Rusiyalı aktyor Mixail Yefremovun vəkili Elman Paşayev müvəkkilindən 11 milyon rubl qonorar alması barədə yayılan məlumatlara münasibət bildirib.

Mediaxeberleri.az xəbər verir ki, bu barədə Paşayev "Komsomolskaya pravda” qəzetinə müsahibəsində danışıb.

"Deyilənlər ağlasığmazdır. Yayılanlar çirkin şayiədən başqa bir şey deyil. Bunu iddia edirlərsə, ödəniş qəbzlərini göstərsinlər, o zaman hər şey aydın olacaq”, - vəkil bildirib.

Elman Paşayevə qarşı kampaniya bununla yekunlaşmır. Daha bir iddiaya görə, Elman Paşayev 1997-ci ildə Yelizaveta Kirsanovanın mənzilində saxta yolla qeydiyyatdan keçib, sonra isə onun mənzilini özəlləşdirərək qadını evsiz qoyub.

E.Paşayev bu iddianı da axmaqlıq və cəfəngiyat adlandırıb. Bununla belə, hüquq-mühafizə orqanları bu məlumatları yoxlayırlar.

Qeyd edək ki, Elman Paşayevin müvəkkili aktyor Mixail Yefremov sərxoş vəziyyətdə avtomobil idarə edən zaman yolun qarşı zolağına çıxaraq sərnişin avtomobilinə çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü yerindəcə ölüb. Yefremov isə məhkəmənin hökmü ilə 8 il azadlıqdan məhrum edilib.

Rusiyanın Ədliyyə Nazirliyi Elman Paşayevi vəkillik statusundan məhrum etmək istəyir. Nazirlik belə bir qərarın aktyor Mixail Yefremovun işi üzrə məhkəmə prosesi zamanı vəkilin davranışları ilə əlaqəli olduğunu vurğulayıb. Mixail Yefremov hökmdən sonra Paşayevin apellyasiya şikayətindən imtina edəcəyini bildirib. İstintaq təcridxanasında onu ziyarət edən hüquq müdafiəçilərinin dediyi kimi, aktyor da Paşayevin hərəkətlərinin onu çətin vəziyyətə saldığını fikirləşir.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=50855

© 2014 www.mediaxeberleri.com