Media Xəbərləri > Çap üçün versiya > Azərbaycan mədəniyyətinə ağır itki üz verdi

Azərbaycan mədəniyyətinə ağır itki üz verdi

Azərbaycan mədəniyyətinə ağır itki üz verdiAzərbaycan mədəniyyətinə ağır itki üz verib.

Mediaxeberleri.az xəbər verir ki, respublikanın əməkdar mədəniyyət işçisi Şirin Həsən oğlu Rzayev ömrünün 77-ci ilində vəfat edib.

Qeyd edək ki, Şirin Rzayev 1942-ci il aprel ayının 25-də Gəncə şəhərində anadan olub. 1968-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyası) xor-dirijorluğu fakültəsini əla diplomla bitirib. 1968-1969-cu illərdə Konservatoriyada müəllim, 1969-1974-cü illərdə isə Gəncə orta ixtisas Musiqi məktəbinin direktoru və xor-dirijoru müəllimi kimi fəaliyyət göstərmişdir. 1969-cu ildə Şirin Rzayev Gəncədə ilk dəfə Simfonik Orkestr yaratmış və onun baş dirijoru kimi 1980-ci illərin sonunadək fəaliyyət göstərib.

Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=42419

© 2014 www.mediaxeberleri.com