Media Xəbərləri > Çap üçün versiya > Azərbaycan 11-ci qızıl medalını qazandı (CƏDVƏL)

Azərbaycan 11-ci qızıl medalını qazandı (CƏDVƏL)

Azərbaycan 11-ci qızıl medalını qazandı (CƏDVƏL)Bu gün birinci Avropa Oyunlarında keçirilən yarışlarında Azərbaycan 11-ci qızıl medalını qazanıb.

Komandamız bir gündə 3 qızıl medal qazanıb. Lakin Azərbaycan yenə siyahıda ikinci yerdədir.

Reytinq siyahısına artıq bir neçə gündür ki, Rusiya başçılıq edir.

Kişi idmançılar arasında olan reytinq cədvəlində də 1-ci yerdə Rusiya, 2-ci yerdə Azərbaycandır. Qadın idmançıların reytinq cədvəlində isə komandamız geriləyərək 5-ci yerə düşüb.

Ümumilikdə, Azərbaycan birinci Avropa Oyunlarında 11 qızıl, 3 gümüş və 9 bürünc medal qazanıb. Rusiya idmançıları isə 16 qızıl, 5 gümüş, 8 bürünc medal qazanıb. Rusiya ümumilikdə 29, Azərbaycan isə 23 medala sahibdir.

Xatırladaq ki, bu gün Azərbaycanın daha 3 güləşçisi xalça üzərinə çıxıb. Bir az əvvəl Toğrul Əsgərov (65 kq) Avropa Oyunlarının qızıl, Cəbrayıl Həsənov (74 kq) isə bürünc medalını qazanıb. Yaşar Əliyev (57 kq) 3-cü yer uğrunda mübarizə aparsa da, yarışların bürünc medalını qazana bilməyib.

Qeyd edək ki, yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz iki dəst medal qazanıblar. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub.

İyunun 15-və 16-da qadın güləşçilərin yarışında güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb.

Hansı ölkənin nə qədər medal qazandığı və neçənci yerdə olduğunu aşağıdakı cədvəldə görə bilərsiniz.


Azərbaycan 11-ci qızıl medalını qazandı (CƏDVƏL)
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=4128

© 2014 www.mediaxeberleri.com