Media Xəbərləri > Çap üçün versiya > Xalq şairi Hüseyn Arifin ev muzeyi ziyarət olundu

Xalq şairi Hüseyn Arifin ev muzeyi ziyarət olundu

Xalq şairi Hüseyn Arifin ev muzeyi ziyarət olundu
Ağstafa rayon İcra hakimiyyəti başçısı Nizaməddin Quliyev xalq şairi Hüseyn Arifin ev muzeyində olub.

Mediaxeberleri.az
xəbər verir ki, muzey haqqında icra başçısına məlumat verilib.

Son illər Ağstafa rayon icra hakimiyyətinin və Ağstafa rayon Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə əsaslı təmir olunan muzeydə 2000-dən çox ekspanat var. Şairin sağlığında ona rayonda yaşadığı vaxtlarda işlədiyi otağı – yatdığı taxt, şeirlərini yazdığı masa, eynəyi, qələmləri, qələmdanları, hətta, çay istəkanı və çay qaşığı belə – olduğu kimi qorunub saxlanılır. Muzey 1993- cü ildən fəaliyyət göstərir. Ümumi sahəsi 250 kv.m-dir. Muzeydə xalq şairi Hüseyn Arifin irsini özündə əks etdirən eksponatlar var Xalq şairi H.Arifin ev muzeyi 05.02.1993-cü ildə Nazirlər Kabinetinin müvafiq əmrinə əsasən yaradılmışdır. Muzey 2 otaq, 1 zal, 1 foyedən ibarətdir Muzeydə 18 nəfər işçi çalışır. Hüseyn Arifin həyat və yaradıcılığı təbliğ edilir, məktəblərdə şairlə bağlı şeir müsabiqələri keçirilir.

Mediaxeberleri.az olaraq hörmətli oxuculara öz yaddaşlarını bir daha yeniləməkdən ötrü Hüseyn Arifin həyat bioqrafiyasını qısaca olaraq təqdim edirik:

Azərbaycan xalq şairi, Dövlət mükafatı laureatı, pedaqoq Hüseynzadə Hüseyn Camal oğlu (Hüseyn Arif) 1924-cü il iyunun 15-də Qazax rayonunda (Ağstafa) anadan olub. 1937-1940-ci illərdə Bakı Pedaqoji məktəbində təhsil alıb. 1943-1945-ci illərdə SSRİ Xalq Daxili İşlər Komissarılığı qoşunlarında bölük komandiri olub, döyüşən ordu tərkibində Ukrayna cəbhəsində, Polşa, Çexoslovakiya və Almaniyada döyüşüb, yaralanıb və müalicə olunduqdan sonra Moskva Hərbi Mühəndislik təhsili almağa göndərilib. 1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsilini davam etdirib. 1951-1952-ci illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirib. Ədəbi fəaliyyətə ikinci dünya müharibəsi illərində başlayan Hüseyn Arif 1957-1959-cu illərdə Xarici ölkələrdə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri, 1965-1967-ci illərdə “Azərnəşr”in Bədii Ədəbiyyat redaksiyasında böyük redaktor,1967-1968-ci illərdə “Gənclk” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri olub. 1984-1992-ci illərdə Azərbaycan Aşıqlar Birliyinə rəhbərlik edib. 1949-cu ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Hüseyn Arif 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilib. 1957-ci ildə şairin liberettası əsasında “Azad” tamaşası Opera və Balet teatrında, “Yolda” poeması əsasında yazdığı eyniadlı pyesi isə 1974-cü ildə Gənc Tamaşaçılar teatrında səhnəyə qoyulub.

1971-ci ildə şair “Dağ kəndi” poemasına görə “Qızıl Oraq” mükafatına layiq görülüb. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə çevrilib. Şairin şerlərinə neçə-neçə mahnı bəstələnib. 1971-cı ildə Yuqoslaviyada (Sarayeva) Beynəlxalq poeziya günlərinin, 1979-cu ildə Liviyada SSRİ günlərini iştirakçısı olub.

Otuzdan artıq kitabın, o cümlədən “Yeni həyat yollarında”, “Məhəbbət nəğmələri”, “Yolda”, “Sən mənimlə get”, “Qocalan deyiləm”, “Ömür gözəlsə”, “Ömür deyir” və s. kitabın müəllifidir.

Hüseyn Arif 1992-ci il sentyabrın 14-də 68 yaşında vəfat edib və Ağstafada qədim Yenigün qəbiristanlığında dəfn olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Hüseyn Arifin 90 illik Yubileyinin keçirilməsinə dair” 2014-cü il 2 may tarixdə sərəncam imzalanıb. Sərəncama uyğun olaraq respublikada yubiley tədbirləri həyata keçirilib.

Bu isə Hüseyn Arifin zəngin bədii-poetik irsinə həm dövlət, həm də ümumxalq məhəbbətinin təzahürüdür.

Ruhun şad olsun ustad!

Xalq şairi Hüseyn Arifin ev muzeyi ziyarət olundu
Xalq şairi Hüseyn Arifin ev muzeyi ziyarət olundu
Xalq şairi Hüseyn Arifin ev muzeyi ziyarət olundu
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=36609

© 2014 www.mediaxeberleri.com