Media Xəbərləri > Çap üçün versiya > Millimiz ruslara penaltilərdə uduzdu - VİDEO

Millimiz ruslara penaltilərdə uduzdu - VİDEO

Millimiz ruslara penaltilərdə uduzdu - VİDEOPortuqaliyanın Nazare şəhərində Avropa Liqası (Euro Beach Soccer League) turnirində iştirak edən çimərlik futbolu üzrə Azərbaycan milli komandası ilk oyununu keçirib.

Mediaxeberleri.az xəbər verir ki, Rusiya millisi ilə qarşılaşmanın əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatıb.

Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penalti seriyasında rəqib daha dəqiq oynayıb və 4:3 hesabı ilə qalib gəlib. Oyun zamanı millimizin qollarını Sabir Allahquliyev, Elşad Manafov və Amid Nəzərov vurub.

Millimizdən penaltini Rüfət Məmmədov vura bilməyib.
Qeyd edək ki, komandamız turnir çərçivəsində növbəti oyununu bu gün daha güclü komanda olan İspaniyaya qarşı keçirəcək.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=34476

© 2014 www.mediaxeberleri.com