Media Xəbərləri > Çap üçün versiya > "Qarabağ" və "Neftçi"nin avrokuboklarda rəqibləri... - Siyahı

"Qarabağ" və "Neftçi"nin avrokuboklarda rəqibləri... - Siyahı

"Qarabağ" və "Neftçi"nin avrokuboklarda rəqibləri... - Siyahı
“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə enib.

Səpələnmişlər sırasında yer alan Azərbaycan təmsilçisinə "Valletta" (Malta), "Sarayevo" (Bosniya və Herseqovina), "Sutyeska" (Monteneqro), "Partizani" (Albaniya) və ya "Saburtalo" (Gürcüstan) komandalarından biri rəqib olacaq.

Digər komandalarımızın UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin də sayı azalıb.

Səpələnmişlər sırasında yer alan "Neftçi"yə "Hibernians" (Malta), "Rujomberok" (Slovakiya), "Pandev Akademiyası" (Makedoniya), "Speranta" (Nisporeni, Moldova) və ya "Zeta" (Monteneqro), "Səbail"ə isə "Universitatya Krayova 1948" (Rumıniya), "Baltsan" (Malta), "Laçi" (Albaniya), "Şkupi" (Makedoniya), "Petrokub-Hincesti" (Moldova) və ya "Narva Trans" (Estoniya) rəqib olacaq.

Azərbaycanın daha bir təmsilçisi "Qəbələ" isə mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

Qeyd edək ki, iyunun 18-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=34159

© 2014 www.mediaxeberleri.com