Media Xəbərləri > Çap üçün versiya > Ümumdünya Boks Superseriyasının ikinci finalçısı məlum oldu

Ümumdünya Boks Superseriyasının ikinci finalçısı məlum oldu

Ümumdünya Boks Superseriyasının ikinci finalçısı məlum oldu
Latviyalı Mayris Briedis Ümumdünya Boks Superseriyasının (WBSS) ikinci mövsümünün 90,71 kq-ə qədər çəki kateqoriyasında finalçısı oldu. O, Riqada baş tutan 12 raundluq döyüşün üçüncü raundunda polşalı Kşiştof Qlovatski üzərində texniki nokautla qələbə qazandı və Ümumdünya Boks Təşkilatının (WBO) versiyası üzrə dünya çempionu adını aldı.

Final döyüşündə Briedisin rəqibi kubalı Yuniel Dortikos olacaq. Qeyd edək ki, Dortikos Riqada keçirilən digər yarımfinalda amerikalı Endrü Tabitini 10-cu raundda nokauta yollamaqla qələbə qazanmışdı.

Ümumdünya Boks Superliqası hər il professional boksçular arasında keçirilən turnirdir. Qalib Məhəmməd Əlinin Kubokunu və 10 mln dollar məbləğində pul mükafatı alır. Turnirin ümumi mükafat fondu isə 50 mln dollar təşkil edir. Birinci mövsümdə turnirin qalibləri Usik (90,71 kq-a qədər çəki kateqoriyası) və britaniyalı Kallum Smit (76,2 kq-a qədər) olmuşdular.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=34074

© 2014 www.mediaxeberleri.com