Media Xəbərləri > Çap üçün versiya > Qər­bi şo­ka sa­la bi­lə­cək Ru­si­ya-Tür­ki­yə qaz söv­də­ləş­mə­lə­ri...

Qər­bi şo­ka sa­la bi­lə­cək Ru­si­ya-Tür­ki­yə qaz söv­də­ləş­mə­lə­ri...

Qər­bi şo­ka sa­la bi­lə­cək Ru­si­ya-Tür­ki­yə qaz söv­də­ləş­mə­lə­ri...Ru­si­ya Azər­bay­can qa­zı­nın nəq­li­ni za­man­ca qa­baq­la­ya bi­lə­cək­mi?

Av­ro­pa qaz ba­za­rı uğ­run­da baş­la­nan rə­qa­bət get­dik­cə da­ha kəs­kin xa­rak­ter al­ma­ğa baş­la­yır. Ha­zır­da bu rə­qa­bət əsas eti­ba­rı ilə Azər­bay­can və Ru­si­ya ara­sın­da mü­şa­hi­də olun­maq­da­dır. Özü də mə­sə­lə­nin ma­raq do­ğu­ran tə­rə­fi odur ki, Av­ro­pa ye­ni mən­bə ki­mi qa­zı əsas eti­ba­rı ilə Azər­bay­can­dan al­maq niy­yə­tin­də­dir. La­kin ener­ci ki­mi gə­lir­li və bö­yük tə­sir va­si­tə­si­nə ma­lik pred­me­tin əl­dən çıx­ma­sı­nı is­tə­mə­yən Ru­si­ya da ge­ri çə­kil­mək niy­yə­tin­də de­yil. Ha­zır­da Krem­li ma­raq­lan­dı­ran əsas mə­sə­lə öz qa­zı­nı müm­kün qə­dər tez Tür­ki­yə­yə çat­dır­maq, bu xü­sus­da bü­tün zid­diy­yət­lə­ri ara­dan qal­dır­maq­dır.

Məhz be­lə bir vaxtda bəl­li olub ki, Ru­si­ya­nın "Qazprom" şir­kə­ti ilə Tür­ki­yə­nin BO­TAŞ şir­kə­ti Ru­si­ya qa­zı­nın sa­tış qiy­mə­tin­də gü­zəş­tə ge­dil­mə­si­nə da­ir il­kin an­laş­ma əl­də edib və ya­xın za­man­lar­da bu an­laş­ma sə­nəd­ləş­di­ri­lə­cək. "Kom­mer­sant" qə­ze­ti­nin mə­lu­ma­tı­na gö­rə, "Qazprom" şir­kə­ti Tür­ki­yə­nin "Ener­co Ener­ji", "Bospho­rus gas", "Av­ras­ya gaz", "Shell", "Ba­ti Hat­ti", "Ak­fel gas" və "Ki­bar Ener­ji" kom­pa­ni­ya­la­rı ilə or­taq nə­ti­cə­yə gə­lə bi­lib. Ra­zı­lı­ğa əsa­sən, Ru­si­ya bun­dan son­ra hə­min şir­kət­lə­rə ilin bi­rin­ci kvar­ta­lın­da min kub­metr qa­zı 300 dol­la­ra, ikin­ci kvar­ta­lın­da isə 260 dol­la­ra sa­ta­caq. Tə­rəf­lər ara­sın­da əl­də edil­miş ra­zı­laş­ma­ya əsa­sən, mü­qa­vi­lə bu il yan­va­rın 1-dən eti­ba­rən qüv­və­yə min­miş sa­yı­lır. Bu­na gö­rə də "Qazprom" türk şir­kət­lə­ri­nə 250-300 mil­yon dol­lar həc­min­də pul qay­tar­mış ola­caq. Qeyd edək ki, bun­dan ön­cə Tür­ki­yə Ru­si­ya­dan min kub metr qa­zı 374 dol­la­ra alır­dı. Bu isə Moskva­nın Av­ro­pa­ya sat­dı­ğı qa­zın qiy­mə­tin­dən ba­ha­dır. Elə bu da Tür­ki­yə­ni na­ra­zı sa­lır və Ru­si­ya­dan bu öl­kə­yə çə­ki­lə­cək "Türk axı­nı" kə­mə­ri­nin də ta­le­yi­ni su­al al­tı­na alır­dı. La­kin in­di Moskva və­ziy­yə­ti də­yi­şir. Bu ara­da da­ha bir diq­qət­çə­kən mə­qam Ru­si­ya­nın "Qazprom" şir­kə­ti­nin rəh­bə­ri Alek­sey Mil­le­rin An­ka­ra­da Tür­ki­yə­nin ener­ji na­zi­ri Ta­ner Yıl­dız­la "Türk axı­nı" qaz kə­mə­ri la­yi­hə­si­nə da­ir növ­bə­ti da­nı­şıq­lar apar­ma­sı­dır. Da­nı­şıq­lar­dan son­ra Alek­sey Mil­ler bil­di­rib ki, "Türk axı­nı" kə­mə­ri­nin is­tis­ma­ra ve­ril­mə­si 2016-cı ilin de­kab­rı­na plan­laş­dı­rı­lır:"Tür­ki­yə ilə Ru­si­ya ara­sın­da "Türk axı­nı" kə­mə­ri­nin 2016-cı ilin de­kab­rın­da is­tis­ma­ra ve­ril­mə­si­nə və kə­mər­lə qaz nəq­li­nin baş­la­ma­sı­na da­ir ra­zı­laş­ma əl­də olu­nub". "Qazprom" rəh­bə­ri de­yib ki, Ru­si­ya hol­din­qi la­yi­hə­yə da­ir iş qra­fi­ki­ni bu ra­zı­laş­ma­ya uy­ğun mü­əy­yən edə­cək. Bu isə o de­mək­dir ki, "Qazprom" Azər­bay­can qa­zı­nın Tür­ki­yə üzə­rin­dən Av­ro­pa­ya nəq­li­ni azı 3 il qa­baq­la­ma­ğa ha­zır­la­şır. "Türk axı­nı" la­yi­hə­si­nə əsa­sən, "Qazprom" Qa­ra də­ni­zin di­bin­dən Tür­ki­yə­yə kə­mər çə­kə­cək. Bu kə­mər Tür­ki­yə­nin Yu­na­nıs­tan­la sər­hə­di­nə qə­dər uza­na­caq, ora­dan isə təx­min olu­nan marşru­ta gö­rə Al­ba­ni­ya, Mon­te­neq­ro, Bos­ni­ya-Her­se­qo­vi­na və Slo­ve­ni­ya­dan keç­mək­lə mər­kə­zi Av­ro­pa­ya is­ti­qa­mət ala­caq.

Azər­bay­can qa­zı isə ti­kil­mək­də olan TA­NAP kə­mə­ri ilə Tür­ki­yə-Yu­na­nıs­tan sər­hə­di­nə nəql edi­lə­cək. Ora­dan ti­kin­ti­si hə­lə baş­la­ma­yan TAP kə­mə­ri ilə Yu­na­nıs­ta­na, İta­li­ya­ya və Al­ba­ni­ya­ya is­ti­qa­mət ala­caq. Be­lə­lik­lə, "Qazprom" Tür­ki­yə tə­rə­fi ilə da­nı­şıq­lar apa­ra­raq "Türk axı­nı" kə­mə­ri­nin 2016-cı ilin so­nun­dan gec ol­ma­ya­raq işə düş­mə­si­nə da­ir ra­zı­lıq əl­də edib. Əl­bət­tə, bu ta­ri­xin nə qə­dər re­al ol­du­ğu­nu de­mək hə­lə çə­tin­dir. Çün­ki "Türk axı­nı" kə­mə­ri la­yi­hə­si­nin tex­ni­ki-iq­ti­sa­di əsas­lan­dı­rıl­ma­sı hə­lə ba­şa çat­ma­yıb. Kə­mə­rin ti­kin­ti­si­nin bu qə­dər qı­sa müd­dət­də ba­şa gə­lə­cə­yi ina­dı­rı­cı gö­rün­mür. Bu­nun­la be­lə, "Qazprom" gös­tə­ri­lən müd­dət­də ti­kin­ti­ni ba­şa çat­dır­maq im­ka­nın­da ol­du­ğu­na ha­mı­nı əmin et­mə­yə ça­lı­şır. Be­lə gö­rü­nür ki, "Qazprom" 2016-cı ilin so­nu­na qə­dər kə­mə­rin Tür­ki­yə-Yu­na­nıs­tan sər­hə­di­nə qə­dər olan his­sə­si­ni ba­şa çat­dır­maq is­tə­yir. La­kin Av­ro­pa Ru­si­ya­nın be­lə id­di­a­lı ge­diş­lə­ri ilə ba­rış­maq is­tə­mir. Be­lə ki, Av­ro­pa Ko­mis­si­ya­sı ar­tıq "Türk axı­nı" ilə bağ­lı bu pla­nın müm­kün­lü­yü­nü ana­liz et­mə­yə baş­la­yıb. Mə­lu­mat­la­ra gö­rə, Av­ro­pa Ko­mis­si­ya­sı bu pla­nın müm­kün­lü­yü­nü iq­ti­sa­di ya­şam qa­bi­liy­yə­ti, həm­çi­nin nor­ma­tiv-hü­qu­qi məq­sə­də­uy­ğun­lu­ğu və nə­ti­cə­lə­ri ba­xı­mın­dan ana­liz edir. Av­ro­pa Ko­mis­si­ya­sın­dan bu­nu da əla­və edib­lər ki, hər bir hal­da, Av­ro­ko­mis­si­ya ümid edir ki, tə­rəf­lər Av­ro­pa Bir­li­yi­nin mü­va­fiq nor­ma­la­rı­na, mə­sə­lən, döv­lət sa­tı­nal­ma­la­rı və şə­bə­kə­yə bu­ra­xı­lış ki­mi mə­qam­la­ra əməl edə­cək və möv­cud mü­qa­vi­lə­lər­dən irə­li gə­lən öh­də­lik­lər ye­ri­nə ye­ti­ri­lə­cək. Be­lə bir vaxtda Ser­bi­ya pre­zi­den­ti To­mis­lav Ni­ko­liç bil­di­rib ki, "Türk axı­nı"nın Ser­bi­ya əra­zi­sin­dən in­şa­sı­nı müm­kün­süz sa­yır: "Dü­şü­nü­rəm ki, "Türk axı­nı"nın re­al­laş­ma­sı müm­kün­süz­dür və biz bu is­ti­qa­mət­də qaz al­ma­ya­ca­ğıq". Ekspertlər he­sab edir ki, Av­ro­pa­nın möv­qe­yi Azər­bay­can­dan çə­ki­lən qaz la­yi­hə­si­nin "Türk axı­nı"na nis­bə­tən da­ha tez hə­ya­ta keç­mə­si­nə im­kan ve­rə­cək. Xa­tır­la­daq ki, Ru­si­ya "Cə­nub axı­nı" la­yi­hə­si­ni əvəz edə­cək "Türk axı­nı" ide­ya­sı­nı ötən ilin so­nun­da or­ta­ya atıb. 2014-ci il de­kab­rın 1-də "Qazprom"la Tür­ki­yə­nin "Bo­taş" şir­kə­ti "Qa­ra də­niz"in di­bi ilə Tür­ki­yə­yə qaz kə­mə­ri­nin çə­kil­mə­si­nə da­ir me­mo­ran­dum im­za­la­yıb. Kə­mə­rin bu­ra­xı­lış gü­cü 63 mil­yard kub­metr ola­caq. 1100 km-lik kə­mər dörd his­sə­dən iba­rət ola­caq və Yu­na­nıs­tan-Tür­ki­yə sər­hə­di­nə 47 mil­yard kub­metr qaz çı­xa­ra­caq. La­kin Av­ro­pa bu la­yi­hə­yə qar­şı­dır.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=3337

© 2014 www.mediaxeberleri.com