Media Xəbərləri > Çap üçün versiya > Bənövşə Mahmudqızı. SƏN, EY QADIN!

Bənövşə Mahmudqızı. SƏN, EY QADIN!

Bənövşə Mahmudqızı. SƏN, EY QADIN!

Bənövşə Mahmudqızı
SƏN, EY QADIN!

Sən, ey qadın...
Dodaqlarında uşaq qəhqəhəsi,
Gözlərində qəm,
Həyat fəlsəfəsi...
Kipriklərin sıralanmış əsgərlər kimi.
Necə gəncin ürəyinə batır onlar ox kimi.
Sən, ey qadın...
Bədbəxt qadın, xoşbəxt qadın!
Bədbəxtliyi, xoşbəxtliyi,
Gülüşündə, yerişində,
Ürəyində, gözlərində,
Söylədiyin sözlərində
Yaşatdın, yaşatdın...
Gözlərində yağmur kimi
Damla- damla boşaltdın,
Qəlbindəki kədərini, qəhərini,
Yox edərmi dərdini?
Yox!
Gözəlliyin başa bəla,
Əksilmədi başdan bəla.
Sevgiylə də, sevgisiz də incitdilər,
Dəyərini bilmədilər!
Saçların rəqs eyləyir küləklə,
Saçlarının hər bir teli,
Vücudunun, ruhunun incəliyi,
Xatırladır incə ruhlu hər şeiri.
Sən, ey qadın...
Gözlərin...
Dodaqların...
Kipriklərin...
Əllərin...
Hər bir telin...
Sənin səsin...
Gözəlliyin, gözəlliyin, gözəlliyin...
Bir rəsm, bir şərab,
Bir günah, bir səvab...
Sən, ey qadın...
Sən nəsən, sən kimsən?!
Ürəyinə baxan deyər:
- Mələksən!
Bu dünyaya gərəksən!
Gözəlliyinə baxan...
Sərxoş olar, başı dönər...
Günah kimi səni sevər
Deyər gözəlliyinə baxan:
- Şeytan, şeytan, şeytan!
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=32

© 2014 www.mediaxeberleri.com