Media Xəbərləri > Çap üçün versiya > Bakıda mənzildə kişi meyiti aşkar olundu

Bakıda mənzildə kişi meyiti aşkar olundu

Bakıda mənzildə kişi meyiti aşkar olundu
Bakıda bağlı qapı arxasında qalan şəxsin meyiti aşkarlanıb.

Mediaxeberleri.az
-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, əməliyyat "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasında həyata keçirilib.

Məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Cəfərov Müseyib Şirin oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=30600

© 2014 www.mediaxeberleri.com