Media Xəbərləri > Çap üçün versiya > “İki” nin iki təqdimatı keçirilib

“İki” nin iki təqdimatı keçirilib

“İki” nin iki təqdimatı keçirilib
Gülnarə İsrafilin “İki” adlı yeni kitabı “Elm və təhsil” nəşriyyatında nəşr olunub.
120 səhifədən ibarət şeir toplusunda şairin son illər qələmə aldığı əsərlər işıq üzü görüb.

Fevralın 24 Bakı şəhər “Milli hüquq evi”-də, 3 mart tarixində isə Gəncə şəhər, “Uğur kitab evi”-də təqdimat və imza günü kecirilib. Tədbirdə qələm dostları, media nümayəndələri, oxucular iştirak ediblər.

Gülnarə İsrafilin şeirləri bütün mövzuları əhatə etdiyi və gənc şairlər arasında ayrıca yeri olduğu bildirilib. Qələm dostlarının fikrinə görə, şair, sondövr ədəbiyyata yeni nəfəs gətirib... Yeni üslub, yeni sözlük yarada bilib.
Kitabın adına uyğun olaraq tədbirlərin aparıcısı da, iki olub. Demək olar ki, hər şey iki ilə başlayıb iki ilə bitib.

Nəzərinizə çatdıraq ki, onun şeirləri, 2002-ci ildən qəzetlərdə, jurnallarda, almanaxlarda çap olunmağa başlayıb. Hazırda “Ulduz”, “Azərbaycan” “Xəzan” jurnalı, “Ədəbiyyat” “Oxu məni” “Hürriyyət” və s. qəzetlərində- saytlarda...
Təbrizdə təsis olunan “Ədəbi-körpü”, “Sancaq” və Türkiyənin “Kumbet”, “Usari” dərgilərində, saytlarda, “Metropol” qəzetində dəfələrlə çap olunub. Onun ilk kitabı “Torpaq adamlar” Vitual “Milli kitabxanada” və Təbrizin “Tiruz” saytında yayımlanıb. “İki” sayca müəllifin ikinci şeirlər kitabıdır. O, “Zərrələr”, “Düşünürəmsə varam” layihəsinin müəllifi: Tele-aparıcıdır.

Şairə yeni yaradıcılıq uğurları diləyirik, nəzm, nəsr əsərləri gözləyirik...

Gülnarə Sadiq
“İki” nin iki təqdimatı keçirilib
“İki” nin iki təqdimatı keçirilib
“İki” nin iki təqdimatı keçirilib
“İki” nin iki təqdimatı keçirilib
“İki” nin iki təqdimatı keçirilib
“İki” nin iki təqdimatı keçirilib
“İki” nin iki təqdimatı keçirilib
“İki” nin iki təqdimatı keçirilib
“İki” nin iki təqdimatı keçirilib
“İki” nin iki təqdimatı keçirilib
“İki” nin iki təqdimatı keçirilib
“İki” nin iki təqdimatı keçirilib
“İki” nin iki təqdimatı keçirilib
“İki” nin iki təqdimatı keçirilib
“İki” nin iki təqdimatı keçirilib
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=29227

© 2014 www.mediaxeberleri.com