Media Xəbərləri > Çap üçün versiya > Diaspor Paşinyana qarşı yalnız bu halda çıxacaq

Diaspor Paşinyana qarşı yalnız bu halda çıxacaq

Diaspor Paşinyana qarşı yalnız bu halda çıxacaq
Paşinyan Diaspor Nazirliyinin ləğvi ilə keçmiş iqtidarın xarici siyasətə müdaxiləsini tam aradan qaldırmaq istəyir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Diaspor Nazirliyinin ləğvinə bir neçə aspektdən yanaşmaq olar:

“Paşinyan tərəfdən bu, ağıllı addımdır. Lakin ümumi ermənilər tərəfdən Diaspor Nazirliyinin ləğvi qalmaqallı gedişdir. Bu, hətta növbəti qarşıdurmaya rəvac verir. Görünür, Paşinyan təyin etdiyi yeni səfirlərlə xarici ölkələrdə yerləşən diasporlara təsir etmək istəyir. Bu da xarici ölkələrdə erməni diasporları içində yeni qarşıdurma yaradacaq. Köhnə iqtidar isə diaspor qurumlarında mövqelərini əldən vermək istəməyəcək və müqavimət göstərəcək. Ən azı Rusiyada olan diasporda köhnə iqtidar çox güclüdür”.

Politoloq vurğulayıb ki, buna baxmayaraq, diasporun Paşinyandan imtina etməsi mümkünsüzdür:

“Narazılıq edə bilərlər. Hətta bəziləri Paşinyanı devirmək də istəyər, amma Paşinyan güclü olduqca, heç bir diaspor təşkilatı yeni iqtidardan imtina etməz. Əgər Paşinyan xalq arasında dəstəyi itirməyə başlasa, onda yeni erməni iqtidarına xaricdə yerləşən diaspor qurumları tərəfindən də yeni hücumlar başlayar. Onu da unutmayaq ki, Paşinyanın hakimiyyətə gəlməsində diaspor təşkilatlarının da əməyi olub. Yəni diaspor təşkilatlarında Paşinyanın dostları çoxdur. Ona görə ən azı hələlik diaspor ilə Paşinyan arasında ciddi qarşıdurma gözləmirəm. “Erməni inqilabı”na dəstək verən diaspor qurumları yaşadığı dövlətlərin xüsusi xidmət orqanlarına bağlıdırlar. Bu da o deməkdir ki, həmin dövlətlər istəməyənə qədər diaspor təşkilatları ilə Paşinyan arasında heç bir ciddi qarşıdurma olmayacaq”.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=27529

© 2014 www.mediaxeberleri.com