Media Xəbərləri > Çap üçün versiya > "Həmsədrlərdən nəsə gözləməyin, onlardan kənarda hansısa proseslər gedir”

"Həmsədrlərdən nəsə gözləməyin, onlardan kənarda hansısa proseslər gedir”

Bu sözləri “Yeni Müsavat”ın canlı yayımında qonaq olan Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib
"Həmsədrlərdən nəsə gözləməyin, onlardan kənarda hansısa proseslər gedir”O bildirib ki, bu səfərdən sonra həmsədrlərin açıqlaması onda bu təəssüratı yaradıb: “Onlar burada Düşənbədə nə baş verdiyi, kontaktlardan nə əldə olunması ilə bağlı məlumat aldıqlarını açıqladı. Bu, onu göstərir ki, vasitəçilər sülh prosesindən uzaqdadırlar. Yəni onlar regiona sırf hansısa məlumatı almaq üçün gəlir. Onlardan nəsə gözləmək düzgün deyil. Düşünürəm ki, artıq onlar prosesdən kənardadır”.

T.Zülfüqarov qeyd edib ki, Düşənbədə əldə olunan razılaşmaların 2-3 dəqiqəlik kontaktdan irəli gəlmədiyi məlumdur: “Bu kontaktı kimsə hazırlayıb. Ola bilsin, təklif kimi Rusiya hazırlayıb. Bu da normal bir şeydir.

İkinci bir məsələ Boltonun səfəridir. Həmsədrlərin bölgəyə səfərindən qabaq Bolton çox ciddi açıqlamalar verdi. Yəni həmsədrlərdən kənarda da hansısa proseslər gedir”.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=24191

© 2014 www.mediaxeberleri.com