Media Xəbərləri > Çap üçün versiya > UFC prezidenti Həbiblə bağlı qərarını açıqladı

UFC prezidenti Həbiblə bağlı qərarını açıqladı

UFC prezidenti Həbiblə bağlı qərarını açıqladı
Rusiyalı döyüşçü Həbib Nurməhəmmədov UFC himayəsi altında çıxış etməyə davam edəcək.

Oxu.Az-ın xəbərinə görə, bunu təşkilatın prezidenti Deyna Uayt bəyan edib.

“O qalır. Biz bacardıq və işimizə davam edəcəyik. Həbib üzülmüşdü və özündən çıxmışdı”, - Uayt deyib.


UFC prezidenti qeyd edib ki, Nurməhəmmədovun çox emosional döyüşü olub, buna baxmayaraq, onlar münasibətlərini qoruya biliblər.

Oxu: Nurməhəmmədov UFC prezidentini hədələdi
“Həbib əla oğlandır”, - təşkilat rəhbəri əlavə edib.

Uayt bildirib ki, Zubayra Tuhuqovun turnirdəki taleyi barədə hələ qərar verilməyib.

Xatırladaq ki, oktyabrın 7-də UFC 229 turniri çərçivəsində dağıstanlı Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqora qalib gələrək çempion kəmərini qoruyub. Döyüşdən sonra rusiyalı irlandiyalının məşqçisi Dillon Denisə, Tuhuqov isə Makqreqora hücum edib.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=23268

© 2014 www.mediaxeberleri.com