Media Xəbərləri > Çap üçün versiya > Ordu minlərlə itki verdi

Ordu minlərlə itki verdi

Ordu minlərlə itki verdiBelə bir iddia ilə Rusiya pərəst separatçılar çıxış edib, amma ...
Ukrayna ordusunun son döyüşlərdə verdiyi itkilərin sayı açıqlanıb.

Ordu ölkənin şərqindəki Debaltsevo şəhərindən çıxarılarkən azı 40 hərbçisini itirib.

Bu barədə Ukraynanın “Qromadske TV” kanalına Artyomsk şəhər xəstəxanasındakı morqun rəhbəri deyib.

Onun sözlərinə görə, xəstəxanaya hələ də cəsədlər gətirilir. Ukrayna prezidenti Pyotr Poroşenko fevralın 18-də Ukrayna ordusunun şəhərdən çıxdığını bəyan edib.

Rusiyapərəst separatçılar isə bəyan edir ki, Debaltsevo döyüşlərində 2-3 min arası Ukrayna əsgəri ölüb.

Kiyev hələlik bu məlumata münasibət bildirməyib.ans
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=231

© 2014 www.mediaxeberleri.com