Media Xəbərləri > Çap üçün versiya > Nazirlikdən ƏHALİYƏ XƏBƏRDARLIQ – Belə heyvanları almayın

Nazirlikdən ƏHALİYƏ XƏBƏRDARLIQ – Belə heyvanları almayın

Nazirlikdən ƏHALİYƏ XƏBƏRDARLIQ – Belə heyvanları almayın
Biz nazirlik olaraq vətəndaşlara qurbanlıq heyvan seçərkən bir neçə amilə diqqət yetirməyi tövsiyə edirik.

Mediaxeberleri.az
xəbər verir ki, bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın inkişafı şöbəsinin müdiri Asəf Ömərov deyib.

Onun sözlərinə görə, qoyunun sağlam olmasına dəlalət edən bir çox göstəricilər var: “Biz qurbanlıq qoyunun dərisinə, ayaqlarına, dırnaqlarına baxırıq ki, heç bir nöqsan olmasın. Əgər qoyun və ya qaramalın ağzından və ya gözlərindən selik axırsa, sallaq, büzüşmüş halda dayanıbsa, belə qoyunların alınmasını məqsədəuyğun hesab etmirik. Bundan əlavə heyvanın qulağında birka, yəni qulağında baytarlıq tədbirlərinin aparıldığını göstərən üçbucaq şəkilli düzgün kəsilmiş nişan olmalıdır. Əgər heyvanın buynuzunda fiziki zədə varsa, bu onun xəstə olmasına heç bir dəlalət etmir”.

Nazirlik rəsmisi qurbanlıq heyvan satıcılarından xahiş edib ki, ümumiyyətlə damazlıq keyfiyyəti olan yerli və xaricdən gətirilmiş cins heyvanları qurbanlıq heyvan kimi bazara çıxarmasınlar.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=22312

© 2014 www.mediaxeberleri.com