Media Xəbərləri > Çap üçün versiya > Pakistanlı həkimdən dəhşətli əməl: Xəstəni bu hala saldı - VİDEO

Pakistanlı həkimdən dəhşətli əməl: Xəstəni bu hala saldı - VİDEO

Pakistanlı həkimdən dəhşətli əməl: Xəstəni bu hala saldı - VİDEO
Özünü həkim kimi təqdim edən pakistanlı Cəfər adlı şəxs xəstələri sağaldacağına söz verib və onların yaxınlarından pul alaraq aradan çıxıb. Üstəlik həmin şəxsin verdiyi dərmanlar da xəstələrin halını daha da pisləşdirib və onları ölümcül hala salıb.

Mediaxeberleri.az xəbər verir ki, Cəfər paytaxt sakini Yunus İmranovu aldadaraq ondan 9 min manat nəğd pul alıb və aradan çıxıb.

Yunus İmranovun sözlərinə görə, pakistanlı Cəfəri ona təxminən 20 gün əvvəl bir tanışı məsləhət görüb.

3 gün keçdikdən sonra pakistanlı şəxs Yunusa İmranova zəng vuraraq dərmanların hazır olduğunu deyib və görüşərək pulları alıb.

Ancaq qadına vurulan dərmanlar gözlənilən effekti verməyib. Əksinə onkoloji xəstə olan Elmira İmranova ölümcül hala düşüb.



Yunus İmranov dəfələrlə həmin şəxslə əlaqə saxlamağa çalışıb. Amma yalançı həkim onun nömrəsini "qara siyahı"ya atıb.

İddialara görə, bu dirnaqarası həkim bir nəfərdən də 3500 ABŞ dolları alıb. Ancaq çox keçməyib ki, həmin şəxs dünyasını dəyişib.

Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=21905

© 2014 www.mediaxeberleri.com