Media Xəbərləri > Çap üçün versiya > Zərdabda cinayət: - 3 aptek sahibi şantaj olundu...

Zərdabda cinayət: - 3 aptek sahibi şantaj olundu...

Zərdabda cinayət: - 3 aptek sahibi şantaj olundu...
Mayın 11-də Zərdab rayon sakinləri olan 3 nəfərin barələrində sosial şəbəkədə rüsvayedici məlumatlar yayacağı ilə hədələyib pul tələb etməsi barədə Rayon Polis Şöbəsinə müraciətləri əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılan Çallı kənd sakini Qənimət Məmmədovun digər cinayət əməllərinin də üstü açılıb.

Belə ki, onun cari ilin fevral ayından aprel ayınadək olan müddətdə Zərdab şəhərində yanacaqdoldurma məntəqələrinin birinin və Ucar şəhərində 3 aptekin sahiblərinin xidməti fəaliyyətləri ilə əlaqədar barələrində sosial şəbəkəyə rüsvayedici məlumatlar yerləşdirəcəyi ilə hədələməsi, onların ikisindən - hər birindən 100 manat aldığı da müəyyən edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir ki, faktlarla bağlı araşdırmalar aparılır.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=21858

© 2014 www.mediaxeberleri.com