Media Xəbərləri > Çap üçün versiya > Köçvəli və Yenigünun içməli su təminatı yaxşılaşadırılacaq - Ağstafada

Köçvəli və Yenigünun içməli su təminatı yaxşılaşadırılacaq - Ağstafada

Köçvəli və Yenigünun içməli su təminatı yaxşılaşadırılacaq - Ağstafada
Prezident İlham Əliyev aprelin 9-da “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən Ağstafa rayonunun Köçvəli və Yenigün kəndlərinin içməli su təminatı yaxşılaşdırılacaqdır.


Mediaxeberleri.az xəbər verir ki, respublikanın 13 rayonunun ümumilikdə 45 min nəfər əhalisi olan 30 yaşayış məntəqəsində içməli su ilə təminatın yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 12,5 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Respublikanın 13 rayonunun ümumilikdə 45 min nəfər əhalisi olan 30 yaşayış məntəqəsində (siyahı əlavə olunur) içməli su ilə təminatın yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 12,5 milyon (on iki milyon beş yüz min) manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=21606

© 2014 www.mediaxeberleri.com