Media Xəbərləri > Çap üçün versiya > Bakıda polis zabitinin həyat yoldaşı avtobus qəzasında ölüb

Bakıda polis zabitinin həyat yoldaşı avtobus qəzasında ölüb

Bakıda polis zabitinin həyat yoldaşı avtobus qəzasında ölübXəbər verdiyimiz kimi, dünən axşam saatlarında Bakıda “BakuBus”ın avtobusu ilə “Nissan Qasqai”ın toqquşması nəticəsində minik avtomobilinin qadın sürücüsü ölüb.

Mediaxeberleri.az Criminal.az-a istinadən məlumatına görə, ölən 1967-ci il təvəllüdlü Sevda İsmayılova Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi imiş.

Universitetin “İnformatika” kafedrasının müəllimi Sevda İsmayılova qəzadan sonra xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

S.İsmayılova müxtəlif illərdə Azərbaycan Dövlət Aqrar Universitetində, Gəncə elm mərkəzində işləyib. 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İnformatika” kafedrasının müəllimi idi.

S.İsmayılovanın həyat yoldaşı isə polis zabitidir, polkovnik-leytenant Asif İsmayılov Daxili İşlər Nazirliyinin “Xəzri” istirahət Mərkəzinin baş mühasibidir.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=16362

© 2014 www.mediaxeberleri.com